Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-436/2024 05.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fərəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qax Rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qax Rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək JN-324 KOD 40316018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasn mərhum X1, X2, X3 ümumibirgə mülkiyyətində olan və onlardan miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən 0.73 ha torpaq sahəsinə və **********70-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X1, X2, X3 ümumibirgə mülkiyyətində olan və onlardan miras qalmış Qax rayonu, Tasmalı kəndində (yeni qaydalarla Qax rayonu, Tasmalı kəndi, S.Vurğun küçəsi, giriş 25) yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 93 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbul müddətinin üzürlü hesab etməklə həmin müddətin üzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə baxış iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçının cavabdeh Qax Rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə "xxxx" ASC-nin Qax filialı vasitəsilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Karimov
Məhkəmə qərarları › İş №2(024)-436/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-436/2024
05.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver