Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-440/2024 03.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Ərizəçi maraqlı şəxs Qax rayon Notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” nə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi : Ərizəçi maraqlı şəxs Qax rayon Notariat ofisinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin plan və ölçü hüquq müəyyənedici sənədinin X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Müəyyən edilmişdir ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Lakin ərizəçi Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədində yaranmış texniki səhvin aradan qaldırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət etmədən məhkəməyə müraciət etmiş, həmin orqanın imtina məktubunu ərizəyə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 152.1.6-cı maddəsinin tələbinə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ərizəçi tərəfindən "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli, 15479 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı və ərizəçiyə qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152.1.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Ərizəçi maraqlı şəxs Qax rayon Notariat ofisinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin plan və ölçü hüquq müəyyənedici sənədinin X1 məxsus olması faktının müəyyən edilməsi” nə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılsın. Ərizənin verilməsi üçün "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli, 15479 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-440/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-440/2024
03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver