Məhkəmə qərarları › İş №2(024)-462/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-462/2023

13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-462/2023 13.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlu, İddiaçı X2 cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum əri X1 JN-181A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə iddia ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 JN-181A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Belə ki, məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X5 və “ExpressPay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə uyğun olmalı, digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinə X3 adına ödənilən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmişdir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçılar X4 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı X2 cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum əri X1 JN-181A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqularının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Qax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar