Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-484/2024 22.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı iştirak ilə. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qax rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının tanınması, mərhum atadan və anadan miras qalmış əmlakda payın müəyyən edilməsi və mülkiyyətə verilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qax rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək atası X28 və anası X14 miras qalmış Qax rayonu, Ləkit Malax kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən ona çatacaq payının müəyyən edilərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X50 xx.xx.2013-cü il tarixdə, anası X34 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə atasına, anasına, ona və bacıları Gülmiraya və Şəmsiyə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Atası Zabit X11 ilə qeyri rəsmi olaraq evlənmiş və onların iki qızı, yəni cavabdehlər dünyaya gəlmişdir. Hazırda cavabdehlər hər ikisi ərdədir. Bacıları Şəmsi və Gülmira atadan və anadan miras qalmış paylarından onun xeyrinə imtina edirlər. Lakin ögey bacıları atadan miras qalmış əmlakın onun adına keçməsindən imtina edərək problem yaradırlar. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Miras əmlaka faktiki sahiblik etmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qax rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq Neftçala rayonunda yaşadığını, himayəsində 2 azyaşlı övladının olduğunu və maddi imkanı ilə əlaqədar məhkəmə iclasında iştirak ed bilməyəcəyini bildirərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçrilməsini xahiş etmiş, digər cavabdehlər Cavabdeh3 və Qax rayon Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 11 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, atası 2013-cü ildə, anası isə 2016-cı ildə dünyasını dəyişmişdir. Hal-hazırda atasının, anasının və iki bacısının mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Çıxarış almaq istəyir. Atasının faktiki nikahdan olan arvadından Cavabdeh3 və Cavabdeh2 ibarət uşaqları vardır. Onların imzaları olmadığı üçün Çıxarışı ala bilmir. Ona görə də məhkəmədə iddia qaldırmışdır. Cavabdeh3 və Cavabdeh2 ilə münasibətləri normaldır. Cavabdehlərin anası onlara miras paydan imtina etmək üçün imza etməyə icazə vermir. Digər bacıları Gülmira və Şəmsiyə miras əmlakdan pay tələb etmirlər. X64 rayonunda olur və ona etibarnamə vermişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 27 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyib izahat verərək göstərmişdir ki, mərhum atası X28 miras qalmış əmlakdan öz payını tələb edir. Cavabdeh3 27 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyib izahat verərək göstərmişdir ki, iddia tələbindən narazıdır. Mərhum atası X29 miras qalmış əmlakdan öz payını tələb edir. Əvvəllər notariusda iddiaçının hazırda tələb etdiyi miras əmlakla bağlı yox, digər əmlakla bağlı imtina ərizəsinə qol çəkmişdir. Həmin ərizədə hazırki miras əmlak olmamışdır. Həmin əmlak başqa ərazidə olan torpaq sahəsindən ibarət olmuşdur. İddiaçı əvvəl onlara müraciət edərək həmin torpaq sahəsini satmaq istədiyini bildirmiş, onlar da sənədsiz icazə vermişlər. Lakin hazırda iddiaçı onları məhkəməyə verdiyi üçün onlar da öz paylarını tələb edirlər. İddiaçı həmin torpaq sahəsini alqı-satqı olmadan başqa şəxsə satmışdır. İndi də sənədləşdirmək istəyir. Ona görə də, onlar da icazə vermirlər ki, iddiaçı torpağı tam adına rəsmiləşdirsin. Yəqin ki, torpağı alan adam torpağın sənədini tələb edir, ona görə də iddiaçı onları məhkəməyə vermişdir. Odur ki, qərar qəbul edərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X12 və X5 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, onlar mərhum ataları X50 və anaları X14 miras qalmış əmlakdan və torpaq sahəsindən özlərinə düşən paylarından qardaşları İddiaçı xeyrinə imtina etdiklərini və gələcəkdə bu barədə iddia qaldırmayacaqlarını göstərmişlər. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 605 saylı məktubdan görünür ki, X1 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi miras şərikləri arasında ixtilaf olması göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 606 saylı məktubdan görünür ki, mərhum X28 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi miras şərikləri arasında ixtilaf olması göstərilmişdir. JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsi X51, X34, İddiaçı Zabit oğlu, X22 və X6 ümumibirgə mülkiyyətindədir. XİV-ЖГ № 465208 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X50, anası isə X23r. Qax rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixdə verdiyi № 05/76-634/69 nömrəli doğum haqqında Arayışdan görünür ki, Abdurahmanova (Şabanzadə) Şəmsi Zabid qızının atası X50, anası isə X23r. AZ-İİ № 084867 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X16 nikahları 03 sentyabr 2016-cı il tarixdə 09 nömrə ilə qeyd edilmiş və ərə və arvada Abdurahmanov (Abdurahmanova) soyadını daşımaq hüququ verilmişdir. XVİİ-ЖГ № 261932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova (Saadova) Gülmira Zabid qızının atası X50, anası isə X23r. AZ-İ № 703093 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X17 nikahları 14 oktyabr 2011-ci ildə 294 nömrə ilə qeyd edilmiş və ərə və arvada Hüseynov (Hüseynova) soyadını daşımaq hüququ verilmişdir. XVİİİ-ЖГ № 431719 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova (Saadova) Aytac Zabid qızınınn atası X50, anası isə X30r. AZ-İİ № 021164 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə X31 nikahları 05 sentyabr 2015-ci ildə 07 nömrə ilə qeyd edilmiş və ərə və arvada Əhmədov (Əhmədova) soyadını daşımaq hüququ verilmişdir. XİX-ЖГ № 479776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 atası X50, anası isə X30r. AZ-İİ № 127147 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X52 ilə X32 nikahları 03 aprel 2017-ci ildə 26 nömrə ilə qeyd edilmiş və ərə və arvada Rəcəb soyadını daşımaq hüququ verilmişdir. Ölüm haqqında AZ-İ № 623692 saylı şəhadətnamənin surətindən görünür ki, X50 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 25 oktyabr 2013-cü il tarixdə 26 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ № 778568 saylı şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 04 may 2016-cı il tarixdə 10 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-nın Ləkit Kənd İƏDÜN-nin verdiyi Arayışdan görünür ki, X33-arvadı X34 (xx.xx.2016-cı ildə ölüb), oğlu İddiaçı, qızları X26, X15, X45 və Cavabdeh3 ibarət vərəsələri vardır. Qax RİHB-nın Ləkit Kənd İƏD-i üzrə nümayəndəsinin verdiyi Arayışdan görünür ki, X18-oğlu İddiaçı, qızları X26 və X4 ibarət vərəsələri vardır. AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Ləkit Malax kəndində qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 Qax rayonu Ləkit Malax kəndində qeydiyyatdadır. AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh3 Qax şəhəri, 28 May küçəsi, ev 35-də qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Abdurahmanova (Saadova) Şəmsi Zabid qızı mərhum ata və anasından miras qalmış əmlakdan və torpaq sahəsindən özünə düşən payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Hüseynova (Saadova) Gülmira Zabid qızının etibaramə üzrə nümayəndəsi, həmçinin İddiaçı Gülmira Hüseynovanın əvəzinə məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, mərhum ata və anasından miras qalmış əmlakdan və torpaq sahəsindən ona düşən payını tələb etmir, gələcəkdə heç bir iddiası olmayacaq. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerliözünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X13, DƏDKR Publik Hüquqi şəxsinin 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Ləkit kənd İƏD-si üzrə nümayəndəsi X8, Ləkit kənd bələdiyyəsinin nümayəndəsi X19 və İddiaçı iştirakı ilə tərtib olunmuş 08 may 2024-cü il tarixli Aktdan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN- 026G sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmişlər. Sənəddə (siyahı faylı) üzrə X51 şəxsiyyət vəsiqəsi üzrə X50, Saadov X42 Fikrət Zabid oğlu, X2 Gülmira Zabid qızı, X36 isə X9r. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X3 Fikrət Zabid oğluna miras əmlakla bağlı sərəncam vermək və digər hərəkətlərlə bağlı onu təmsil etməsi üçün etibarnamə vermiş, etibarnamə xx.xx.2025-ci il tarixə kimi qüvvədədir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X50 xx.xx.2013-cü il tarixdə, X34 xx.xx.2016-cı il tarixdə ölmüşlər. Mərhumların oğlu İddiaçı, qızları X15 və X10 ibarət vərəsələri qalmışdır. Bundan başqa mərhum X37 Cavabdeh2 və Cavabdeh3 ibarət vərəsələri qalmışdır. Miras qoyanlardan JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi miras qalmışdır. X53 və Əntiqə Saadovanın digər övladları X15, X26 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizələr verərək mərhum X50 və X14 onlara çatası miras əmlak paylarından İddiaçı xeyrinə imtina etmişlər. Zabid Saadovun digər vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə atalarından miras qalan əmlaklardan onlara çatacaq qanun üzrə və məcburi paydan imtina etməmişlər. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar İddiaçı xx.xx.2013cü il və X34 xx.xx.2016-cı ildə vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçılar və cavabdeh tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçı və cavabdehlərin izahatlarından, digər vərəsələr Gülmira Hüseynova və Şəmsi Abdurahmanovanın miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Cavabdehlər tərəfindən də bu barədə məhkəməyə etiraz daxil olmamışdır. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahəsindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə mərhumlar X50, X34, İddiaçı, X26 və X5 ümumibirgə mülkiyyətində olan JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumla X50 və X18 vərəsələri İddiaçı, X26 və X15, mərhum Zabid Saadovun başqa qadından dünyaya gəlmiş vərəsələri Cavabdeh2 və Cavabdeh3 ibarətdir. Mərhumlardan qalmış miras qanun üzrə keçir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlərə miras əmlakdan qanunla nəzərdə tutulmuş payın verilməsinə də etiraz etmir. Ona görə də, vərəsələr Cavabdeh2 və Cavabdeh3 tərəfindən miras əmlakdan pay tələbi ilə bağlı tələb irəli sürülməsə də, miras əmlak üzərində onların qanun üzrə pay hüququnun olması və cavabdehlərin payının açıqda saxlanılması məsələsinə qiymət verilməlidir. JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsində paylar müəyyən edilməmişdir. Odur ki, mərhum miras qoyanların və onların hər birinin payları 1/5 hissədə müəyyən edilməlidir. Miras kütləsinə isə X50 ilə X27 məxsus olan hər birinin 1/5 payı olmaqla, cəmi 2/5 hissə pay daxildir. 0.10 ha həyatyanı torpaq sahəsində İddiaçı, Gülmira Hüseynovanın və Şəmsi Abdurahmanovanın hər birinin payı 1/25 hissədə müəyyən edilməlidir. Ümumibirgə mülkiyyətçi olan hər iki bacı, yəni Gülmira və Şəmsi miras paylarından iddiaçının xeryrinə imtina etdikləri üçün iddiaçının payı 3/25 hissədə, cavabdehlərin payı isə 1/25 hissədə müəyyən edilir. X1 qalmış miras payında 3 vərəsənin (Fikrət, Gülmira və Şəmsi) miras payı 1/15 hissə olmalı, hər iki bacı iddiaçının xeyrinə miras payından imtina etdikləri üçün iddiaçının payı 3/15 hissədə müəyyən edilməlidir. Yekunda iddiaçının payını hesablayarkən miras əmlakda özünə düşən 1/5 pay + 3/15 pay + 3/25 pay = 39/75 pay şəklində müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 miras payları isə 1/25 *3 = 3/75 hissədə müəyyən edilməli və açıqda saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mərhum valideyinlərindən miras qalmış əmlakdan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməli və JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X50, X34, İddiaçı, X26 və X5 ümumibirgə mülkiyyətində olan 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı 39/75 hissə müəyyən edilməli, miras əmlakdan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hər birinin payları 3/75 hissədə müəyyən edilməli və açıqda saxlanılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X50, X34, İddiaçı, X26 və X5 ümumibirgə mülkiyyətində olan 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. JN-026G, KOD 40314038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X50, X34, İddiaçı, X26 və X5 ümumibirgə mülkiyyətində olan 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində İddiaçı qanun üzrə 39/75 hissə payı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-484/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-484/2024
22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver