Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-488/2024 18.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (hakim köməkçisi) Ehsanov Kənan Nərman oğlunun katibliyi ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras əmlakda payın müəyyən edilərək mülkiyyətinə verilməsi” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəblərini üzürlü hesab etməklə uzadılması və həmin miras əmlakda payının tam müəyyən edilərək mülkiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X11 xx.xx.1998-ci il tarixdə, anası X8 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 Qax şəhəri, S.Vurğun küçəsində bir otaqdan ibarət yaşayış evi miras qalmışdır. Anası 1-ci qrup əlil olmuş və anasına iddiaçı baxmışdır. Ailədə yeganə övlad odur, yəni ana və atasının başqa vərəsələri yoxdur. İddiaçı həmin əmlakı öz adıma sənədləşdirmək istəyir. Bunun üçün Qax rayon DNK-na müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Lakin notarius ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, o qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddəti buraxmışdır. Qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin olmasını bilməmiş, buna baxmayaraq miras əmlakı faktiki qəbul etmiş və həmin evdə təmir işləri görmüşdür. Anasına 22 il o baxmışdır. Dəfn xərclərini özü qarşılamışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq gəlməmiş, iddiaçı məhkəməyə elektron qaydada məlumat göndərərək xx.xx.2024-cü il tarixə təyin edilmi məhkəmə baxış iclasına səhhəti ilə əlaqədar gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək, işə özünün iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 07 avqust 2024-cü il tarixdə və 30 avqust 2024-cü il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq onu göstərdi ki, anası İ qrup gözdən əlil, eyni zamanda da onkoloji xəstə olmuşdur. 08 noyabr 2020-ci ildə anası dünyasını dəyişmiş, 15-20 gün Qax rayonunda qaldıqdan sonra Bakı şəhərinə qayıtmış və orda qalmışdır. 2021-ci ildə pandemiya dövründə o da korona virusuna yoluxmuş, müalicə olunduqdan sonra sağalmışdır. Anası öldükdən sonra ona yeganə vərəsənin özü olduğu deyilmiş, 6 aylıq müddətin olmasından məlumatı olmamışdır. Hətta həmin dövrdə ASAN xidmətə müraciət edərkən belə ona bu barədə heç bir söz deyilməmişdir. Tək vərəsə özüdür. Mərhum anasının sağlığında əri ilə köməkləşərək mənzilin otaqlarını artırmışlar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 432 saylı məktubdan görünür ki, mərhum X3 qalmış miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1-də yerləşən yaşayış evi X4 adına qeydə alınmışdır. Qax rayon dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 10 dekabr 1999-cu il tarixli 12 saylı sərəncamının surətindən görünür ki, Qax şəhəri, S.Vurğun küçəsi 4 nömrəli evin 1-ci mənzili X5 özəlləşdirilmişdir. Qax rayon İcra Hakimiyyəti Mİİ-nin verdiyi 19 yanvar 2011-ci il tarixli 1709 nömrəli arayışdan görünür ki, ünvan 1-də yerləşən mənzilin mülkiyyətçisi X6r. АЗ № 148333 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 nikahları xx.xx.1970-ci ildə qeydə alınmış, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1970-ci ildə 25 nömrə ilə qeydiyyat aparılmışdır. Vİİ-ЖГ № 310720 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 nikahları xx.xx.1998-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 2 nömrə ilə qeydiyyat aparılmışdır. İ-ЖГ № 351592 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X11, anası isə X6r. AZ-İİ № 189435 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 270 nömrə ilə qeydiyyat aparılmışdır. Vİ-ЖГ № 495136 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998ci il tarixdə 55 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 990 nömrəli arayışdan görünür ki, X8 08 noyabr 2020-ci ildə ölmüş, onun İddiaçı ibarət vərəsələri qalmışdır. Qax Mənzil İstismar Müəssisəsinin verdiyi 19 yanvar 2011-ci il tarixli 436170 nömrəli və 436171 nömrəli qəbzlərdən görünür ki, X8 7.68 manat və 9.07 manat məbləğində mənzil haqqı ödəmişdir. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 3-cü massiv, Bünyadzadə küçəsi, ev 34, mənzil 20-də qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli 05/09lS/069638-24 nömrəli və 05/09lS/069641-24 nömrəli arayışlardan görünür ki, X11 və X2 qalan vərəsəsi İddiaçıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, miras qoyan iddiaçının anası mərhum Səfurə Şahidovadır. X3 qalmış miras əmlak isə İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-də yerləşən mənzildir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan 2000-ci ildən sonra vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin iddiaçı mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Həmçinin miras qoyan Səfurə Şahidovanın vəfatından sonra dünyada, o cümlədən Azərbaycan Respublikasında da qlobal pandemiya dövrü hökm sürmüş, qapanmalar olmuş, nəticədə iddiaçı öz hüquqlarını vaxtında həyata keçirə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəbləri üzürlüdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəblərinin üzürlü olması nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsinə İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-də yerləşən mənzil daxildir. Həmçinin mərhum Səfurə Şahidovanın İddiaçı başqa sağ qalan vərəsəsi yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı mərhum X3 miras qalmış İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-də yerləşən mənzildən ibarət miras əmlakda payı tam müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı, İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-də yerləşən mənzildən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və İddiaçı mülkiyyətinə verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. İnventar nömrəsi 2046, reyestr nömrəsi 01 olan Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-də yerləşən mənzildən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-488/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-488/2024
18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver