Məhkəmə qərarları › İş №2(024)-489/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-489/2025

12.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-489/2025 12.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsqarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Qax şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbinin dəlilləri: Ərizəçi «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək onların birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X8 və xx.xx.2021-ci il tarixdə doğulmuş X10 adlı uşaqların saxlanması üçün ata-Maraqlı şəxs tərəfindən hər bir uşaq üçün 2023-cü ilin dekabr ayının 1-dən hesablanmaqla hər ay 100 manat olmaqla cəmi 300 manat ödənilməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarıda olan nikah qeydi Qax rayon Məhkəməsinin e-2(024)-249/2024 №li, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onların nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş Rəhimli Rama» Ramin oğlu, xx.xx.2017-ci il tarixdə doğulmuş X8 və xx.xx.2021-ci il tarixdə doğulmuş X10 adlı uşaqları var. Uşaqlar onun himayəsində yaşayır. Uşaqların himayədə olması və alimentlə bağlı cavabdeh ilə aralarında razılığa gəlmiş və bu barədə mediasiya şurasında barışıq sazişi bağlamışlar. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən ata- Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, başlamaqla hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat aliment ödəməsi barədə razılığa gəlmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda maraqlı şəxsin ona 4.400 manat aliment borcu vardır. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2023-cü ildən ayrılmışlar. Cavabdehin uşaqlara baxmamağı aliment verməməyi bir yana, onun işləməsinə belə narazılıq edərək nə üçün uşaqları atıb getdiyini deyir. Cavabdeh uşaqlara baxmırsa, alimentin pulunu göndərmirsə, bəs işləməsə uşaqlara kim baxacaq?. Üç azyaşlı övladları vardır. Borclunun ona nalayiq sözlər deməsinə baxmayaraq onu şikayət etməmiş, işləyərək uşaqlarına baxmışdır. Cavabdeh sazişlə razılaşmır. Sazişdə ən aşağı aliment məbləği ilə bağlı razılaşma olmuşdur ki, hər uşağa 100 manat aliment kəsilsin. Cəmi 300 manat pul edir, onu belə ödəmir. Müəyyən məbləğ də olsa ödəmir ki, desin bunu ödəyə bilir. Yəni cavabdeh uşaqlara baxmaqda ona köməklik etmir, hətta ona uşaqları atıb gedib işləməməsini deyir. Ramin Bakı şəhərində olur, gəlmir, gələndə uşaqlar da onun görüş vaxtları təyin olunmasa da cavabdehə qadağa qoymayıb və uşaqları ilə ona sərbəst görüş vermişdir. 2-3 aydan bir gəlib uşaqlarla görüşür. Məktəb tətilləri zamanı uşaqları aparır. Lakin uşaqları geyimlə paltarla təmin etmir, uşaqları necə aparırsa elə də göndərir. O isə bacardığı qədər işləyir və uşaqları saxlamağa çalışır. Cavabdeh isə əvvəllər işləməsinə və yaxşı maaş almasına baxmayaraq uşaqlara bir manat pul belə göndərmirdi. Hazırda işdən çıxıb və fəhlə işləyir, yenə də pul göndərə bilmir. İndiyədək aliment borcu yığılıb, buna heç nə demir, cavabdeh heç olmasa uşaqlarına saxlamaqda ona köməklik etsin. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 492162 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X1 nikahları Qax Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 16 may 2024-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 17 dekabr 2024-cü il tarixdə, 55 №-ə ilə qeydiyyat aparılmışdır. Nikaha xitam verildikdən sorna ərə «Rəhimov» arvada isə «Məmmədli» soyadı verilmişdir. AZ-İ 121929 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. AZ-İ 015919 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. AZ-İV 560040 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixdə mediasiya reyestrində MŞŞ/MT- 018/2023-02791 №-ə ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, Maraqlı şəxs və X3 aralarında 24 avqust 2017-ci il tarixdə Şəki rayonu, Aşağı Küngüt kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın onlara barışmaları üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına razıdırlar. Maraqlı şəxs və X1 birgə nikahdan anadan olmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları X1 himayəsində və yanında saxlanılmalarına hər iki valideyn Maraqlı şəxs və X3 razıdırlar. Maraqlı şəxs və X1 birgə nikahdan anadan olmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin hesablanmasına 01 dekabr 2023-cü il tarixdən başlamaqla hər uşaq üçün hər ay 100 (bir yüz) manat, ümumilikdə 3(üç) uşağa görə cəmi hər ay 300 (üç yüz) manat kimi müəyyən edilməsinə, həmçinin həmin alimentin Maraqlı şəxs tərəfindən X2 hər ayın son on günlüyündə ödənməsini Maraqlı şəxs öz öhdəsinə götürür və bu şərtlərə qarşlıqlı olaraq Maraqlı şəxs və X3 razıdırlar. Bu saziş imzalandıqdan sonra tərəflərin təqdim etdikləri sənədlərin əsilləri mediator tərəfindən həmin sənədləri təqdim etmiş tərəfə qaytarılmış və mediatorda yalnız təqdim edilmiş zəruri sənədlərin surətləri və mediasiya prosesi ilə bağlı tərtib edilmiş sənədlər qalır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə qanunla müəyyən edilmiş müddət ərzində lazımınca icra edilməsi üçün, ərizə təmin edilməli, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X8 və xx.xx.2021-ci il tarixdə doğulmuş X10 adlı uşaqların saxlanması üçün ata-Maraqlı şəxs tərəfindən hər bir uşaq üçün 2023-cü ilin dekabr ayının 1-dən hesablanmaqla hər ay 100 manat olmaqla cəmi 300 manat ödənilməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 01 dekabr 2023-cü il tarixdən imzalanmaqla, həmin tarixdən başlayaraq tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından sonra, yəni 01 dekabr 2023-cü ildən başlayaraq hər ayın son on günlüyündə razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» qanun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ərizənin verilməsi üçün ərizəçinin ödəməkdən azad olunduğu 56 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 01 dekabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün hər ay 100 (bir yüz) manat, ümumilikdə 3(üç) uşağa görə cəmi hər ay 300 (üç yüz) manat müəyyən edilməsi və tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 01 dekabr 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində qeydiyyata alınmış barışıq sazişi təsdiq edilsin. Ərizənin verilməsi üçün ərizəçinin ödəməkdən azad olunduğu 56 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar