Məhkəmə qərarları › İş №2(024)-499/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-499/2023

30.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-499/2023 30.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacımurad qızına və maraqlı tərəflər Qax rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikhüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, vəsiyyətnamənin icrası, X1 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.10 kv/m fərdi yaşayış evinin 44 kv/m hissəsindən və 0.03 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətimə verilməsi tələbinə tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, vəsiyyətnamənin icrası, X1 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109.10 kv/m fərdi yaşayış evinin 44 kv/m hissəsindən və 0.03 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətimə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacımurad qızı və maraqlı tərəflər Qax rayon Notariat ofisinin notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacımurad qızı və maraqlı tərəflər Qax rayon Notariat ofisinin notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsi ev 23, mənzil 240 yaşayır. X4 19 oktyabr 2009-ci il tarixdə vəfat etmişdir. Atası sağlığında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 05 avqust 2002-ci il tarixdə vəsiyyət etmişdir. X1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109.10 kv/m fərdi yaşayış evinin 44 kv/m hissəsi və 0.03 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, atasından qalan miras əmlakdan vəsiyyənamə üzrə payını və qanun üzrə ona düşən payını istəyir. O, sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsədə orada ona məhkəməyə müraciət etməsini məsləhət gördülər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, vəsiyyətnamənin icrası, X1 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109.10 kv/m fərdi yaşayış evinin 44 kv/m hissəsindən və 0.03 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətimə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 121, Yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 65.1 kv.m hissəsi X10, fərdi yaşayış evinin 44 kv.m hissəsi və 0.03 ha torpaq sahəsi tam X11 mülkiyyətindədir. İşə əlavə edilmiş 05 avqust 2002-ci il tarixdə Qax rayonu DNK-da tərtib olunmuş vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X21 özünə məxsus olan Qax şəhəri, Azərbaycan küçəsi, 121-də yerləşən evinin kürsüsündəki bir otağını və mal damını qızı İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş AZ-İ № 415144 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2010-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 369338 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mahmudova (Gözəlova) Gülnarə Hacımurad qızının atası X15, anası isə X3r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 atası X15, anası isə X3r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 atası X15, anası isə X3r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 atası X15, anası isə X3r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 atası X15, anası isə X3r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 atası X22, anası isə X19r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 atası X22, anası isə X19r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 atası X15, anası isə X3r. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 1084 saylı arayışdan görünür ki, X11 qızları Cavabdeh2 Hacımurad qızı, X2, Cavabdeh1, X20, X25 və İddiaçı vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 1085 saylı arayışdan görünür ki, X10 arvadı X27, oğlu X38 və qızı X16 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 Qəsəbəsi, Nərimanov küçəsi, ev 23, mənzil 240-da qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki¸ Cavabdeh1 Qax şəhəri, İ.Dağəstanlı küçəsi, ev 41-də qeydiyyatdadır. İşə əlavə edilmiş X20, Allahverdiyeva Gülsabə, Hacımurad qızı və X17 ərizələrindən görünür ki, qızının imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar ataları X8 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 12 iyul 2023-cü il tarixli № 502 saylı məktubundan görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 121, Yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 65.1 kv.m hissəsi X10, fərdi yaşayış evinin 44 kv.m hissəsi və 0.03 ha torpaq sahəsi tam X11 mülkiyyətindədir. X21 özünə məxsus olan Qax şəhəri, Azərbaycan küçəsi, 121-də yerləşən evinin kürsüsündəki bir otağını və mal damını qızı X7 vəsiyyət etmişdir. X21 xx.xx.2009-cu ildə ölmüş, onun Cavabdeh2 Hacımurad qızı, X2, Cavabdeh1, X20, X25 və İddiaçı ibarət vərəsələri qalmışdır. Hacımurad Mahmudovun övladı X22 xx.xx.2010-cu ildə ölmüş, onun arvadı X27, oğlu X38 və qızı X16 ibarət vərəsələri qalmışdır. X20, Allahverdiyeva Gülsabə, Hacımurad qızı və X25 ataları X8 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. X27, oğlu X38 və qızı X28 ataları X9 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 61.5 kv.m hissəsindən ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 121, Yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X11 mülkiyyətinə verilmiş 44 kv.m hissəsi və həmin evin yerləşdiyi 0.03 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 121, Yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X11 mülkiyyətinə verilmiş 44 kv.m hissəsi və həmin evin yerləşdiyi 0.03 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 121, Yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X11 mülkiyyətinə verilmiş 44 kv.m hissəsi və həmin evin yerləşdiyi 0.03 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və iddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar