Məhkəmə qərarları › İş №2(024)-500/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-500/2023

30.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-500/2023 30.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qax rayon Notariat Ofisinə və maraqlı tərəf Şəki 8 saylı RQİ və TB şöbəsinə qarşı “mirasın qəbulu müddətinin buraxılmasının üzürlü hesab edilməklə uzadılması və miras əmlakdan pay tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 miras qalmış 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını üçün mirasın qəbul edilməsinə görə buraxılmış müddətin üzürlü hesab edilməklə uzadılması və miras əmlakdan payının müəyyən edilərək qeydiyyat şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Şəki 8 saylı RQİ və TB şöbəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Qax rayon Notariat ofisinin notariusu gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin maraqlı tərəf Şəki 8 saylı RQİ və TB şöbəsinin rəisi Müşfiq Sadıqov məhkəməyə ərizə göndərərək işə özlərinin iştirakı olmadan baxılmasına ətiraz etmədiyini bildirmişdir. Məhkəmə işə Azərbaycan Respubliaskının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Şəki 8 saylı RQİ və TB şöbəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu Tasmalı kəndində yaşayır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 ona 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını miras qalmışdır. O X1 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Vərəsəliklə bağlı Qax rayonu Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisində ona mirasın qəbulu müddətini keçirdiyi bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən X1 miras qalmış 1998-ci il istehsalı olan **-BD- *** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını üçün mirasın qəbul edilməsinə görə buraxılmış müddətin üzürlü hesab edilməklə uzadılması və miras əmlakdan payının müəyyən edilərək qeydiyyat şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 eyni məzmunlu izahatlar verərək, həmçinin ərizələr təqdim edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmişlər, X4 miras qalmış miras əmlaka dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına etiraz etmədiklərini bildirdilər. İş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını X5 mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Tasmalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 414 saylı arayışdan görünür ki, mərhum X6 öldükdən sonra onun İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş vərəsələr Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yazılmış ərizədən görünür ki, onlar xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmişlər, X4 miras qalmış miras əmlaka dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax rayonu Tasmalı kəndində yaşayır. İddiaçının X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X2 mülkiyyətində 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını var. X6 öldükdən sonra onun İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ibarət vərəsələri qalmışdır. İddiaçı hazırda mərhum atasından miras qalmış əmlakdan qanun üzrə payını tələb edir. Həmçinin digər vərəsələr hazırda ona düşən miras əmlakdan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, o mirasqoyanın vərəsəsidir və miras əmlakda onun qanun üzrə payı vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, AC № 563126 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X5 mülkiyyətində olan və ondan miras qalmış 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşınından ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılmalı və 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. AC № 563126 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X5 mülkiyyətində olan və ondan miras qalmış 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşınından ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılsın. AC № 563126 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X5 mülkiyyətində olan və ondan miras qalmış 1998-ci il istehsalı olan **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 2106 markalı minik maşını üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə İddiaçı mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar