Məhkəmə qərarları › İş №2(024)-502/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-502/2025

12.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-502/2025 12.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızınını katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs Qax Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: Ərizəçi maraqlı şəxs Qax Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 11 oktyabr 1969-cu il il tarixdə Qax rayonunda, doğulmuş qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. 11 oktyabr 1969-cü il tarixdə doğulmuş qardaşı X4 da onlarla birlikdə yaşayır. Qardaşı 2-ci qrup əlildir. Ona paranoid şizofreniya diaqnozu qoyulmuşdur. Hal-hazırda qardaşının 56 yaşı var. Qardaşı onun himayəsindədir. Hazırda qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. Bunun üçün oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Ona görə də, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, iddia ərizəsinə oxşar məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, qardaşı İlyas onun himayəsində yaşayır. Qardaşı İİ qrup əlildir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Qax Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, İcra Hakimiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Qax rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 tərəfindən verilmiş 940 №li, 12 dekabr 2025-ci il tarixli rəydən görünür ki, motivləşdirici hissə. Mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlirəm ki, yoxlanılan şəxs X3 «ŞİZOFRENİYA PARANOİD FORMA PSİXİ QÜSUR HALİ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu mülki iş materiallarında və tibbi sənədlərdə olan qeydlər-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X4 16 mart 2005-ci ildə müayinədə olmuş «Paranoid şizofreniya halyusinator paranoid sindromla şəxsiyyətin qüsur halı» diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlil hesab olunmasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Ruhi-Əsəb Dispanserində 27 fevral 2003-cü ildən «Paranoid şizofreniya, halyusinator paranoid sindromlarla» diaqnozu ilə dispanser müşahidəsinə götürülməsinin qeyd edilməsi təsdiq edir. Mülki işdə təqdim olunmuş tibbi sənədlərin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, X4 onda qeyd olunan şizofreniya paranoid forma psixi qüsur halı nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: Mülki işi materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1-ci ci sual: 11 oktyabr 1969-cu ildə doğulmuş X3 hər hansı psixi xəstəlik və ya anlaqlılığı istisna edən psixi pozuntu varmı? Cavab: X3 «Şizofreniya paranoid forma psixi qüsur halı» diaqnozu qeyd olunur. 2-ci sual: 11 oktyabr 1969-cu ildə doğulmuş X4 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: X4 psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onlan şüurlu idarə etmək iqtidanna malik deyil. 3-cü sual: 11 oktyabr 1969-cu ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab: X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şəki rayon psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 902 №li Arayışından görünür ki, Ərizəçixəlil oğlu həqiqətən də Şəki Rayon psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair ərizəçinin izahatını dinləyib, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Tətbiq edilən hüquq: Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. Həmin Məcəllənin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən X1 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən rəylə onun öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq ekspert rəyi sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 101.7-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 tərəfindən verilmiş 940 №li, 12 dekabr 2025-ci il tarixli ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar vardır. Ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 11 oktyabr 1969-cu il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizənin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar