Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-520/2024 16.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı , X31 İobeyeviçin iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «atası X12, nənəsi X9 və babası X13 miras qalan Qax rayonu Əlibəyli kəndində yerləşən 0.91 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə, 0.1733 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və 1.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X10, babası X14 və nənəsi X15 miras qalan Qax rayonu Əlibəyli kəndində yerləşən 0.91 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə, 0.1733 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və 1.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Əlibəyli kəndində yaşayır. Atası X23 xx.xx.2014-ci il tarixdə, nənəsi X24 xx.xx.2011-ci il tarixdə və babası X25 xx.xx.1996-cı ildə vəfat etmişlər. Atası X10, nənəsi X14 və babası X15 miras qalan Qax rayonu Əlibəyli kəndində yerləşən 0.91 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, 0.1733 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və 1.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qalmışdır. Atası, nənəsi və babası rəhmətə getdikdən sonra mirası özü idarə edir. Atasından, babasından və nənəsindən qalan miras əmlakı səndləşdirmək üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir. Orada ona buraxılmış prosessual müddəti keçirdiyini və prosesual müddətin bərpası üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. İddiaçı elə hesab etmişdir ki, atası, babası və nənəsi öldükdən sonra mirası öz adına keçirə bilər. Prosessual müddəti keçirdiyini bilməmişdir. Vərəsə olaraq daima ata və anasının qulluğunda durmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək səhvən iddia ərizəsində nənəsi və babasının adlarını səhv yazdığını göstərərək, hazırda iddia tələbini dəqiqləşdirdiyini və atası X12, babası X13 və nənəsi X9 miras qalan Qax rayonu Əlibəyli kəndində yerləşən 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.1733 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsin və 1.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X12, nənəsi X9 və babası X13 torpaq sahələri miras qalmışdır. O, həmin torpaqlara dair vərəsəlik hüquq haqqında şəhadətnamə almaq üçün qanunla nəzərdə tutulan müddəti ötürmüşdür. Həmin müddətin bərpa olunmasını istəyir. Miras əmlaklar Qax rayonu Əlibəyli kəndində yerləşən 0.91 ha, 0.1733 ha və 1.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrindən ibarətdir. Mirasın qəbulu müddətini ötürməsinin səbəbi uşağının xəstə olası ilə əlaqədardır. Əvvəllər nikahda olmuş və nikahı sonradan pozulmuşdur. Qızı onun himayəsindədir və onda sümük boşluğu xəstəliyi vardır. Uşağının 7 yaşı var. Yeriyə və danışa bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehin və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ИЖ-№ 230359 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1937-ci il tarixdə doğulmuş X4 atası X5, anası isə X21. İ-AZ № 090014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci ildə doğulmuş İddiaçı atası X26, anası isə X2. ИЕ № 633733 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1933-cü ildə doğulmuş X11 atası X16, anası isə X6. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 02 iyun 2024-cü il tarixli № 3-16-5/8-xx-xx/2024 nömrəli doğum haqqında Arayışın surətindən görünür ki, X26 17 aprel 1965-ci ildə Qax rayonu Əlibəyli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1965-ci ildə Qax rayonu Əlibəyli kənd İƏD-də 29 №-li doğum haqqında Akt qeydi tərtib olunmuşdur. İ-ИЕ 291019 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X17 X11 nikahları 2 oktyabr 1962-ci ildə 26 №-li akt qeydi ilə tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə Sukaşvili, arvada Sukaşvili soyadı verilmişdir. AZ-İ № 569151 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2011-ci ildə ölmüşdür. AZ-İİ № 363201 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1996-cı il tarixdə ölmüşdür. AZ-İ № 674454 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2014-cü ildə ölmüşdür. Qax rayon İcra Hakimiyyəti Başçısının Əlibəyli kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 252 nömrəli arayışından görünür ki, X26 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, onun X32, X29 və X18 ibarət vərəsələri qalmışdır. Qax rayon İcra Hakimiyyəti Başçısının Əlibəyli kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 435 nömrəli arayışından görünür ki, İddiaçı Qax rayonu Əlibəyli kəndində yaşayır, onun ailə tərkibi onun özündən, anası X7 və qızı X1 ibarətdir. Qax rayon Notariat Ofisinin verdiyi 13 iyun 2024-cü il tarixli 396 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum atası X12 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün imtina olunmuş və mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qax rayon Notariat Ofisinin verdiyi 30 iyun 2024-cü il tarixli 428 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum nənəsi X9 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün imtina olunmuş və mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qax rayon Notariat Ofisinin verdiyi 30 iyun 2024-cü il tarixli 429 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum babası X13 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün imtina olunmuş və mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1456 ha torpaq sahəsi X22, X26 və X20 ümumibirgə mülkiyyətinə verilmişdir. ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1733 ha torpaq sahəsi X22, X26 və X20 ümumibirgə mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-362, KOD 40303018 nömrəli Dövlət Aktından görünür ki, Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.91 ha torpaq sahəsi X24, X23 və X20 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerliözünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X8, DƏDKR Publik Hüquqi şəxsinin 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Əlibəyli kənd İƏD-si üzrə nümayəndəsi Surami Emraşvilinin və Əlibəyli kənd bələdiyyəsinin nümayəndəsi Nikola Aslamazaşvilinin və İddiaçı iştirakı ilə tərtib olunmuş 05 dekabr 2023-cü il tarixli Aktdan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN-362, KOD 40303018 sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə müvafiq hesab etmişlər. Sənəd (siyahı faylı) üzrə X24 şəxsiyyət vəsiqəsi üzrə X22, X27 X27, X28 isə X19. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-cü il təvəllüdlüdür. Vİ-ЖГ № 467031 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X3 nikahları xx.xx.1999-cu il tarixdə Əlibəyli kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X27 xx.xx.1996-cı ildə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisəyə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, miras qoyan X20 vəfat etdiyi 1996-cı ildə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -552-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. -552-ci maddəsinin 4-cü hissəsinə əsasən yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. - 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzürlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib natura ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Digər mirasqoyanlar X26 xx.xx.2014-ci il tarixdə, X22 xx.xx.2011-ci il tarixdə vəfat etdiyindən onlara münasibətdə vərəsəlik hüquq münasibəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İş materiallarından görünür ki, miras əmlakın kütləsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1458 ha torpaq sahəsi, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1733 ha torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-362, KOD 40303018 nömrəli Dövlət Aktına əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.91 ha torpaq sahəsi daxildir. Vərəsə kimi iddiaçı mərhum atası, babası və nənəsindən qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etsə də, mirasın qəbulu müddətinin onun tərəfindən ötürülməsi əsasına görə ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr arasında mirasa dair hər hansı mübahisə olmadığından və mübahisənin müsbət mənada həlli iddiaçıların qanunla qorunan vərəsəlik hüquqlarının real olaraq həyata keçirilməsinə zəmin yaradacağından iddianın təmin edilməsi qanunamüvafiq olar. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1458 ha torpaq sahəsi, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1733 ha torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-362, KOD 40303018 nömrəli Dövlət Aktına əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.91 ha torpaq sahəsindən ibarət miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1458 ha torpaq sahəsi, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1733 ha torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-362, KOD 40303018 nömrəli Dövlət Aktına əsasən X22, X26 və X20 ümumibirgə mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.91 ha torpaq sahəsindən ibarət miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-520/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-520/2024
16.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver