Məhkəmə qərarları › İş №2(024)-548/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-548/2024

09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-548/2024 09.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh “Azəriqaz İB-nin X2 İstismar İdarəsinə qarşı “əsassız yaranmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi : İddiaçı Yusubov X1 İB Zaqatala Regional Qİİ-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz İB-nin X2 İstismar İdarəsi tərəfindən ona qanuna zidd olaraq hesablanmış 6480 m3 qazın müvafiq manat pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə baxış iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə baxış iclasında iştirak etmiş və ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azəriqaz İB Zaqatala RQİİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Lakin hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçı dövlət rüsuum ödəməkdən azad olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.7, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz İB-nin X2 İstismar İdarəsinə qarşı “əsassız yaranmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Karimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar