Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-554/2024 16.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəflər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və R PHŞ -nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs maraqlı tərəflər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və R PHŞ -nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının X14 komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin plan və ölçü hüquq müəyyənedici sənədinin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Qaxingiloy kəndində doğulmuşdur. Hazırda Qaxingiloy kəndində yaşayır. X2 xx.xx.2009-cu il tarixdə Qax rayonu Qaxingiloy kəndində vəfat etmişdir. Atası sağlığında Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2012-ci il tarixli Çıxarışına əsasən 1000 kv/m fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 484332 saylı Torpaq sahəsinin plan və ölçü sənədi verilmiş, lakin atası sağ ikən həmin torpaq sahəsinə Dövlət Restrindən çıxarış almamışdır. Atası rəhmətə getdikdən sonra özü atasından qalan mirası sənədləşdirmək üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət etmişdir. Orada iddiaçıya Notariat Ofisindən vərəsəlik məktubu gətirməsini bildirdilər. Lakin Notariat ofisi sənədlərdə adlarda olan uyğunsuzluqlarla bağlı əməliyyat etməkdən imtina etdi və məlum oldu ki, Azərbaycan Respublikasının X14 komitəsi tərəfindən xx.xx.2014-cii il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində atasının adı səhvən X10 ilə kimi göstərilmişdir. Atası sağlığında bunu biləsydi özü bu səhvləri düzəldilməsini tələb edərdi. Bu səhvlər iddiaçıya öz hüququnu həyata keçirməyə imkan vermir. Hazırda o evdə yaayır. Evini sənədləşdirmək istəyir. Belə ki, Azərbaycan Respublikasının X14 komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədinin X12 məxsus olmasını bütün qohumları və tanışları təsdiq edə bilərlər. Belə olduğu halda bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı tərəflər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və R PHŞ -nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hüquqi əhəmiyyətli faktın müəyyən olunması özünə həyətyanı 0.10 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Həmçinin atasının sənədlərdə adının düzəldilərək X10 qeyd edilməsini istəyir. Özündən başqa vərəsə kimi 2 bacısı vardır və onlar da həmin miras qalmış torpaqdan imtina edəcəklər. Mirası qəbul etmək istəyir. Buna görə də ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ № 970346 saylı doğum haqqında şəhadətnamənin təkrarının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə doğulmuşdur. X3, anası isə X1r. İ-ИЕ № 057720 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 nikahlarını xx.xx.1960-cı ildə 23 nömrə ilə qeyd etdirməklə Tasmalı kənd icraiyyə komitəsində qeyd etdirməklə bağlamışlar. Nikahlarından sonra ərə “Hətəmov”, arvada “Abdullayeva” soyadə verilmişdir. AZ-İ № 369370 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdə ölmüşdür. xx.xx.2014-cü il tarixli, A № 484332 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin plan və ölçüsü əsasən Qax-İngiloy kənd sakini X5 Qax rayonu, Dövlət Arxivinin 24 sentyabr 2012-ci il tarixli 258 saylı Çıxarışına əsasən verilmiş 1000 kv.m sahəli fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir. 24 may 2024-cü il tarixli, № 342 saylı Azərbaycan Respublikaının Ədliyyə Nazirliyi Qax Rayon Notariat Ofisi tərəfində göndərilən məktubdan görünür ki, Doğum haqqında şəhadətnamədə və təqdim edilən ölüm haqqında şəhadətnamədə uyğunsuzluq olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaə verilməsindən imtina edilmişdir. Qax rayon İcra Hakimiyyəti Başçısının yanında Qax İngilov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, №562 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının X14 komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü-A № 484332 ömrəli sənədində qeyd edilmiş X10 ilə Qax rayonu Qax İngiloy Ərazi İcra Nümayəndəliyi tərəfindən 08 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İ № 369370 nömrəli “Ölüm haqqında Şəhadətnamə”də göstərilən X13 eyni bir şəxsdir. 13 dekabr 2021-cü il tarixli № 3-21-3-39/2-H-0079-8/2024 saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən ölüm haqqında şəhadətnamədə göstərilən ad, ata adı və soyadın X6masına baxmayaraq, ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində X10 olmaqla səhv göstərildiyi müəyyən edilmişdir. 24 oktyabr 2024-cü il tarixli № 3-13-87/2-16504/2024 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsi tərəfindən verilmiş məlumata əsasən bildirilmişdir ki, məktubda göstərilən şəxs – xx.xx.1934-cü il təvəllüdlü, X13 adı ilə xx.xx.2005-ci il tarixdə yaşayış yeri Qax rayonu Qax-İngiloy kəndi qeyd olunaraq AZE № 05108054 (FİN 4BASZZ2) nömrəli şəxsiyyət vəsiqəsi ilə Qax RPŞ-si tərəfindən təmin edilmişdir. xx.xx.2009-cu il tarixdə isə B.A.Qatamovun ölüm səbəbi ilə şəxsiyyət vəsiqəsi tərəflərindən deaktivləşdirilmişdir. xx.xx.2024-cü il tarixli № ********** saylı qəbzdən görünür ki, Ərizəçi qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahidlərin ifdələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış hüquqmüəyyənedici sənədlərin məxsus olması faktının təsdiq edilməsindan ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən edilməsi üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materialları ilə təsdiqin tapmışdır ki, xx.xx.2014-cü il tarixli, A № 484332 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin plan və ölçüsü əsasən Qax-İngiloy kənd sakini X5 Qax rayonu, Dövlət Arxivinin 24 sentyabr 2012-ci il tarixli 258 saylı Çıxarışına əsasən verilmiş 1000 kv.m sahəli fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir. Ərizəçi onun oğludur. X12 eyni ad soyad və ata adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin ölüm haqqında şəhadətnamədə də bu ad qeyd edilmişdir. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilən zaman texniki səhvə yol verilmiş və ərizəçinin ata adı səhvən “Beydullah” göstərilmişdir. Ərizəçi texniki səhvin aradan qaldırılması üçün maraqlı şəxsə müraciət etsələr də, onun ərizəsinin təmin edilməsindan imtina edilmişdir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 6.1 və 6.3-cü bəndləri). Məhkəmə diqqətə çatdırır ki, hazırda ərizənin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Odur ki, ərizə təmin edilməklə ərizəçinin vərəsəlik hüquqları hüquqmüəyyənedici sənəd üzrə bərpa edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X14 komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş A № 484332 nömrəli Torpaq sahəsinin plan və ölçü hüquq müəyyənedici sənədinin X12 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-554/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-554/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver