Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-56/2024 20.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Qax rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştriakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.1966-ci ildə Qax rayonu Oncallı kəndində anadan olmuşdur. Yoldaşı ilə birlikdə həmin kənddə yaşayır. X3 Süleyman oğlu xx.xx.1991-ci ildə Qax rayonu Oncallı kəndində anadan olmuşdur. Oğlu anadangəlmə spastik serebral iflicdir. Həmin vaxtdan bəri övladı xəstədir. O, hazırda torpaq sənədləşmə işləri ilə bağlı Qax rayon Notariat Ofisinə getmiş, lakin oğlunun davranış pozuntusu olduğu üçün etibarnamə almaq mümkün olmamışdır. X2 Süleyman oğlunda orta dərəcədə əqli gerilik və davranış pozuntusu vardır. Dəfələrlə müalicəyə aparsalar da heç bir xeyri olmamışdır. X3 Süleyman oğlu özünün hərəkətlərinin mənasını anlaya bilmir və ya öz hərəkətlərini idarə edə bilmir. Psixi qüsurun mövcudluğu aydın görsənir. Məhəmməd Məmmədovun müalicəsi üçün Qax RMX-na müraciət etmişlər. Orada ona müalicə yazılsa da heç bir nəticəsi yoxdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 verdiyi xx.xx.2023-cü il tarixli 816 saylı Rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxanda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs Məmmədov Məhəmməd Süleyman oğlunda hal-hazırda YÜNGÜL DƏRƏCƏLİ KƏMAGİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ. UŞAQ SEREBRAL İFLİCİ, AŞAĞİ ƏTRAFLARİN PARAPAREZİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Qax MRX-dan verilmiş arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri {ekspertiza zamanı onun bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməyərək izah etmək qabiliyyətində olmaması, adi məişət problemlərini sərbəst həll edə bilməsi, emosiyalarında davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, özünü bir qədər narahat və gərgin aparması, intellektinin inkişafdan geri qalması İQ=54% və s.) sübut edir. H.Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların. Həmçinin halhazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Sual 1. xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlunun ağıl zəifliyi və psixi xəstəliyi vardırmı? Cavab xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlu DAVRANİŞ POZUNTULARİ İLƏ. UŞAQ SEREBRAL İFLİCİ, AŞAĞİ ƏTRAFLARİN PARAPAREZİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. Sual 2. Məmmədov Məhəmməd Süleyman oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədirmi? Cavab. Məmmədov Məhəmməd Süleyman oğlu DAVRANİŞ POZUNTULARİ İLƏ. UŞAQ SEREBRAL İFLİCİ, AŞAĞİ ƏTRAFLARİN PARAPAREZİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Sual 3. Məmmədov Məhəmməd Süleyman oğlunun sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan verirmi? Cavab. Məmmədov Məhəmməd Süleyman oğlu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab olunması səbəbindən məhkəmə iclasında iştirak etməsi məsləhət görülmür. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi Qax rayonu Oncallı kəndində yaşayır. İş materiallarında olan Qax RMX-nın PHŞ-nin verdiyi xx.xx.2023-cü il tarixli 18-1-50/2-M-588-42-518/2023 nömrəli arayışdan görünür ki, Məmmədov Məhəmməd Süleyman oğlu həqiqətən də MRX-nın PHŞ poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Ona G80.1 Spastik serebral iflis Aşağı paraplegiya oliqofreniya diaqnozu qoyulmuşdur. İş materiallarında olan Məmmədov Məhəmməd Süleyman oğluna məxsus tibbi sənədlərdən görünür ki, ona G80.1 Spastik serebral iflis Aşağı paraplegiya oliqofreniya diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş 028488 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Məmmədov Məhəmməd Süleyman oğlu uşaqlıqdan əlildir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün banka 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 verdiyi xx.xx.2023-cü il tarixli 816 saylı Rəyi ilə müəyyən edilmişdir ki, Məmmədov Məhəmməd Süleyman oğlunun müayinəsi zamanı ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs Məmmədov Məhəmməd Süleyman oğlunda hal-hazırda YÜNGÜL DƏRƏCƏLİ KƏMAGİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ. UŞAQ SEREBRAL İFLİCİ, AŞAĞİ ƏTRAFLARİN PARAPAREZİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Qax MRX-dan verilmiş arayış), anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri {ekspertiza zamanı onun bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməyərək izah etmək qabiliyyətində olmaması, adi məişət problemlərini sərbəst həll edə bilməsi, emosiyalarında davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, özünü bir qədər narahat və gərgin aparması, intellektinin inkişafdan geri qalması İQ=54% və s.) sübut edir. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır. xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlu DAVRANİŞ POZUNTULARİ İLƏ. UŞAQ SEREBRAL İFLİCİ, AŞAĞİ ƏTRAFLARİN PARAPAREZİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. Məmmədov Məhəmməd Süleyman oğlu DAVRANİŞ POZUNTULARİ İLƏ. UŞAQ SEREBRAL İFLİCİ, AŞAĞİ ƏTRAFLARİN PARAPAREZİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Məmmədov Məhəmməd Süleyman oğlu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab olunması səbəbindən məhkəmə iclasında iştirak etməsi məsləhət görülmür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağil zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Şərh olunanlara obyektiv hüquq qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 349, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə anadan olmuş Qax rayonu Oncallı kəndində yaşayan Məmmədov Məhəmməd Süleyman oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-56/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-56/2024
20.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver