Məhkəmə qərarları › İş №2(024)-59/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-59/2025

07.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-59/2025 07.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Ərizəçi maraqlı tərəf Qax rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “bacısı X1 fəaliyyət qabiliyyətinin olmaması kimi sayılması və Qəyyumluq və Himayəçilik orqanının üzərinə onun himayəçi təyin olunması vəzifəsinin qoyulması tələbi”nə dair ərizəsi üzrə mülki işə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı tərəf Qax rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “bacısı X1 fəaliyyət qabiliyyətinin olmaması kimi sayılması və Qəyyumluq və Himayəçilik orqanının üzərinə onun himayəçi təyin olunması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbul edilməsi mərhələsində müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydaların pozmaqla vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Belə ki, iş materiallarında olan və məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı psixonevroloji Sosial xidmət müəssisəsi PHŞ-nin direktor müavini Azər Süleymanov tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdən həmin müəssisəsəyə yerləşdirilmiş və hal-hazırda müəssisədə yaşayır. Həmin məktubda müəssisənin yerləşdiyi ünvan ünvan 1çinin qeydiyyatda olduğu ərazi üzrə Göygöl rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi baxılması üçün başqa məhkəməyə verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 40, 44, 45, 263, 264, 266-268, 317.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizəçi maraqlı tərəf Qax rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “bacısı X1 fəaliyyət qabiliyyətinin olmaması kimi sayılması və Qəyyumluq və Himayəçilik orqanının üzərinə onun himayəçi təyin olunması vəzifəsinin qoyulması” tələbinə dair mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» gün müddətində Qax Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar