Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-627/2023 04.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MTO182023-01920 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin məcburi icra edilməsi, barışıq sazişi üzrə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanması barədə ərizəsinə dair mülki işə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Ərizəçi məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MTO182023-01920 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin məcburi icra edilməsi, barışıq sazişi üzrə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanması, qızıl-zinət əşyaları ümumi dəyəri 4000 manat dəyərində əmlakın ona verilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərlə lazımi qaydada məlumat verilmiş, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs məhkəməyə gəlməmiş, Ərizəçi məhkəməyə teleqram göndərərək himayəsində azyaşlı övladı olduğu üçün məhkəməyə gələ bilməyəcəyini göstərərək işə onu iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı tərəf Maraqlı şəxs isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Maraqlı şəxs ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2016-ci il tarixdə X4 və xx.xx.2020-ci il tarixdə X5 adlı övladları anadan olmuşdur. O və Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması, boşanmadan sonra da uşağın özümün yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 2023-cü ilin iyul ayının sonundan başlayaraq hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla 320 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və qızıl-zinət əşyaları ümumi dəyəri 4000 manat dəyərində əmlak tələbinin ona verilməsi ilə bağlı razılığa gəlmişlər və mediasiya prosesində bu barədə xx.xx.2023-cü il tarixli MŞŞ/MTO 182023-01920 nömrəli barışıq sazişi bağlamışlar. Bundan sonra o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)- 520/2023 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması qət edilmiş, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın nikahın pozulmasından sonra onun yanında qalması və uşağın saxlanması üçün aliment tutulması ilə bağlı tərəflərin mediasiya prosesində öz aralarında könüllü razılığa gələrək barışıq sazişi bağlamaları nəzərə alınmışdır. Hazırda Maraqlı şəxs barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmir və uşağın saxlanması üçün ona ödəməli olduğu alimenti vermir. Qeyd olunan barışıq sazişi üzrə Maraqlı şəxs ona hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 manat, 2 ay üçün cəmi 640 manat aliment borcu və qızıl-zinət əşyaları ümumi dəyəri 4000 manat borcu yaranmışdır. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli MŞŞ/MT01822023-01920 nömrəli barışıq sazişi, Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-520/2023 nömrəli qətnaməsi ilə müəyyən edildi ki, Maraqlı şəxs ilə Ərizəçi nikahları 20 avqust 2015-ci ildə Qax rayon Qeydiyyat şöbəsində bağlanmış, onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Uğur və xx.xx.2020-ci il tarixdə isə Onur adlı uşaqları dünyaya gəlmişdir. Tərəflər aralarında bağlanmış nikahın pozulması, boşanmadan sonra da uşağın özünün yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 2023-cü ilin iyul ayının sonundan başlayaraq hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla 320 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və qızıl-zinət əşyaları ümumi dəyəri 4000 manat dəyərində əmlakın ona verilməsi ilə bağlı razılığa gəlmiş və mediasiya prosesində bu barədə barışıq sazişi bağlamışlar. Bundan sonra Maraqlı şəxs nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-520/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə Ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hazırda Ərizəçi Maraqlı şəxs barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyini və uşağın saxlanması üçün ona ödəməli olduğu alimenti vermədiyini, qeyd olunan barışıq sazişi üzrə Maraqlı şəxs cəmi 640 manat aliment borcu və qızıl-zinət əşylarının dəyərinin 4000 manat yarandığını bildirərək onunla aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ərizəçinin tələbi ilə bağlı qeyd edir ki, ərizəyə əlavə edilmiş barışıq sazişindən görünür ki, Maraqlı şəxs qızıl-zınət əşyalarının dəyəri olan 4000 manat pulu 2023-cü ilin dekabr ayının sonunda ödəyəcəyi barədə razılığa gəlmişdir. İddiaçı isə həmin müddəti göstərmədən qeyd olunan məbləği vaxtından əvvəl tələb etmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Həbibə X1 2019-cu ildə xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin alınıb özünə verilməsinə dair iddia qaldırmış, Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-589/2019 saylı qətnaməsinə əsasən onun iddia tələbi təmin olunmuş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Həbibə Abdullyeva isə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin ödənilməsi barədə tələblə müraciət etmək əvəzinə yenidən aliment tələbi ilə müraciət etmişdir. Beləliklə də məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla ərizə qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə məhkəmə alimentin miqdarı ilə bağlı məsələni deyil, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayır və bunun nəticəsi olaraq barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi qismən təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən qismən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT01822023-01920 nömrəli barışıq sazişinin şərtlərindən görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin 2023-cü ilin iyul ayının sonundan başlayaraq tutulması qərara alınmış və hər iki tərəf həmin barışıq sazişinin şərtlərini qəbul edərək sazişi imzalamışlar. Həbibə Abdullyeva isə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin ödənilməsi barədə tələblə müraciət etmək əvəzinə yenidən aliment tələbi ilə müraciət etmişdir. Qeyd olunan barışıq sazişi üzrə indiyədək hər hansı məbləğdə aliment ödənilmədiyini də hər iki tərəf təsdiq edir. Eyni zamanda sazişlə müəyyən olunur ki, mübahisənin digər predmeti əmlak tələbi (qızıl-zinət əşyalarının tələbi) ilə bağlı tərəflər qızılların qiymətinin ümumilikdə 4000 (dörd min) manat dəyərində qiymətləndirərək həmin məbləğin 2023-cü ilin dekabr ayının sonunadək ödənilməsini Maraqlı şəxs öz öhdəliyinə götürməklə tərəflər öz aralarında razılığa gəlmişlər. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş azyaşlı xx.xx.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın saxlanması üçün alimentin tutulması ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişinin bağlandığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl edəcəyi təqdirdə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsinə, buna görə dövlət rüsumu ödəməsinə də zərurət qalmayacaqdı. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ərizəçinin məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun 39.20 manatı maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin hər ay bir uşaq üçün 160 manat miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1920 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 39.20 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə maraqlı şəxs dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, ərizəçinin məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləğinin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödəniləcəyi və həmin məbləğin maraqlı şəxsin alimentə görə ödəməli olduğu 39.20 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı maraqlı şəxsdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinin məzmununa görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT01822023-01920 nömrəli barışıq sazişi qismən təsdiq edilsin. Barışıq sazişi qismən məcburi icra edilərək Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Ərizəçi ödənilsin. Alimentin tutulmasının əvvəli barışıq sazişinin bağlandığı xx.xx.2023-cü il tarixdən hesablansın. Ərizəçi məhkəməyə müraciət etmək üçün ödədiyi 39.20 (otuz doqquz manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Ərizənin qalan hissəsi rədd edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-627/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-627/2023
04.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver