Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-662/2024 18.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs X18 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Qax rayon Notariat Ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6, X28, X29 və X19 qarşı «buraxılmış prosessual müddətin bərpası, X8ndan miras qalan ƏMDK yanında DƏDRX-i tərəfindən **********82 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0574 ha həyətyanı torpaq sahəsindən və 60.10 kv.m fərdi yaşayış evindən, ƏMDK yanında DƏDRX-i tərəfindən **********19 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və ƏMDK yanında DƏDRX-i tərəfindən **********21 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0526 ha torpaq sahəsindən ibarət miras əmlakdan özünə düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Qax rayon Notariat Ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6, X28, X29 və X19 qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X8ndan miras qalan ƏMDK yanında DƏDRX-i tərəfindən **********82 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0574 ha həyətyanı torpaq sahəsindən və 60.10 kv.m fərdi yaşayış evindən, ƏMDK yanında DƏDRX-i tərəfindən **********19 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha torpaq sahəsindən, ƏMDK yanında DƏDRX-i tərəfindən **********21 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0526 ha torpaq sahəsindən ibarət miras əmlakdan və Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha torpaq sahəsindən ibarət miras əmlakdan özünə düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X8 vəfat etdikdən sonra Qax rayonu İlisu kəndində yerləşən 0.0574 ha həyətyanı torpaq sahəsi və 60.10 kv.m fərdi yaşayış evi, Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha torpaq sahəsi və Qax rayonu İlisu kəndində yerləşən 0.0526 ha torpaq sahəsi miras qalmışdır. Atasından miras qalan miras əmlakları iddiaçı idarə edir. İşıq pulu, qaz pulu və su pullarını özü ödəyir. Əmlakın iddiaçının adına keçirilməsinə bütün bacı-qardaşları icazə verəsələr də bir bacısı Cavabdeh2 ondan öz payını tələb edir. İddiaçı bununla bağlı ona pul təklif etsə də bacısı Cavabdeh2 pul istəməmişdir. Bildirir ki, atası öldükdən sonra ondan qalan mirası sənədləşdirmək istəmişdir. Aralarında mübahisə olduğu üçün mirası sənədləşdirə bilmir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada ona buraxılmış prosesual müddəti keçirdiyini və vərəsə bacısı Cavabdeh2 notariat ofisinə gəlmədikləri üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı bunu bilməmiş, elə hesab etmişdir ki, atası öldükdən sonra mirası öz adına keçirə bilər. Prosessual müddəti keçirdiyini bilməmişdir. Vərəsə olaraq daim atasının qulluğunda durmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmələrinə baxmayaraq sonuncu məhkəmə baxış iclasında iştirak etməmiş, həmçinin cavabdeh Qax rayon Notariat Ofisinin və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 və X25 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Qax rayon Notariat Ofisinin və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X28 və X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq onu göstərdi ki, 15 yaşından etibarən evin yükü onun üzərinə düşmüşdür. Digər qardaşı Rusiya Federasiyasına getmiş, ana, ata və bacılarına özü baxmışdır. Atası İİ qrup əlil və X35 arxa cəbhədə iştirak etmiş və müharibə veteranı olmuşdur. Atası vəfat edənə qədər atasının qulluğunda durmuşdur. Anası hazırda sağdır, lakin ayaqları tutulmuşdur. Anasına da hazırda özü baxır. O, ilin yarısını İlisu kəndində, yarısını isə Qax şəhərində yaşayır. Anası yay fəslində isti havaya dözmədiyi üçün İlisu kəndinə aparır. İddia ərizəsi ilə müraciət emək səbəbi mərhum atasına məxsus evin sənədsiz olmasıdır. Anası iddiaçıya evi adına rəsmiləşdirməsini təklif etmiş, həmçinin qardaşı və bacıları da evin onun adına rəsmiləşdirməsinə etiraz etməmişlər. Atası 2008-ci ildə vəfat etmişdir. Hazırda evi onun adına sənədləşdirməyə qərar vermişlər. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mirasın qəbul müddətinin ötürməsi ilə bağlı deyə bilər ki, mərhum atasının vərəsələri həmişə bir-biri ilə mehriban olmuş, heç vaxt ağıllarına gətirməmişlər ki, miras əmlakla bağlı mübahisə yaransın. Bu səbəbdən də miras əmlakı sənədləşdirməmişlər. Lakin hazırda qardaşı və anasının təkidindən, həm də özünün yaşa dolması səbəbindən, evin gələcəkdə sənədsiz qalacağını düşünərək mirası sənədləşdirmək qərarına gəlmişdir. Digər vərəsələr mərhum atasından miras qalmış paydan onun xeyrinə imtina etmişlər. Hazırda miras əmlakla bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur və bütün vərəsələr miras paydan onun xeyrinə imtina etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, Qax rayon Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası, X8ndan miras qalan ƏMDK yanında DƏDRX-i tərəfindən **********82 reystr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0574 ha həyətyanı torpaq sahəsindən və 60.10 kv.m fərdi yaşayış evindən, ƏMDK yanında DƏDRX-i tərəfindən **********19 reystr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və ƏMDK yanında DƏDRX-i tərəfindən **********21 reystr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0526 ha torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın müəyyən edilməsi və mülkiyyətimə verilməsi tələbinə dair iddia ərizəsi vermişdir. Lakin ərizəyə Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın verilməsini əlavə etməyi unutmuşdur. Odur ki, iddia tələbinin həcmini artıraraq buraxılmış prosesual müddətin bərpası, X8ndan miras qalan ƏMDK yanında DƏDRX-i tərəfindən **********82 reystr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0574 ha həyətyanı torpaq sahəsindən və 60.10 kv.m fərdi yaşayış evindən, ƏMDK yanında DƏDRX-i tərəfindən **********19 reystr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha torpaq sahəsindən, ƏMDK yanında DƏDRX-i tərəfindən **********21 reystr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu İlisu kəndində yerləşən 0.0526 ha torpaq sahəsindən və Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha torpaq sahəsindən ibarət miras əmlakdan özünə düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iştirak etdiyi 03 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia ərizəsi ilə tanış olmuşdur. Mərhum atası X15 miras qalan əmlakların qardaşının, yəni İddiaçı adına rəsmiləşməsinə razıdır. Miras əmlakla bağlı heç bir tələbi yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. Mərhum atasından miras qalan əmlakdan iddiaçının xeyrinə imtina edir. İddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum atası X15 miras qalan əmlaklardan qardaşı İddiaçı xeyrinə imtina edir. Məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Miras əmlakla bağlı heç bir tələbi yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirak etdiyi 03 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdi və izahat verərək göstərdi ki, mərhum əri X15 miras qalan əmlakların oğlunun adına rəsmiləşməsinə razıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 624 nömrəli məktubdan görünür ki, X2 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbul edilməsi müddətinin ötürülməsi və mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olması göstərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82- 10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu İlisu kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0574 ha torpaq sahəsində ümumi sahəsi 60.10 kv.m fərdi yaşayış evi X20 tam, həmin evin yerləşdiyi torpaq sahəsi X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi idarəsinin verdiyi **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inventar nömrəsi 465 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Qax rayonu İlisu kəndində yerləşən həyətyanı təyinatlı 0.0574 ha torpaq sahəsi X6, X29, X25, X26, X36 və X16 ümumibirgə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayş evi isə X16 tam mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X16 mülkiyyətinə verilmiş, həmin daşınmaz əmlakın reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024cü ildir. Arayışda qeyd olunmuşdur ki, Arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X16, X4, X18, X14, X17 və X30 mülkiyyətinə verilmiş, həmin daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü ildir. Arayışda qeyd olunmuşdur ki, Arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. JN-466, KOD 40308018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X31, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmişdir. Tədiyyə bildirişlərindən görünür ki, İddiaçı İlisu Bələdiyyəsinə əmlak və torpaq vergilərini ödəmişdir. АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 atası X31, anası isə X5r. İİ-ИЕ № 080894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 atası X31, anası isə X5r. АЗ № 373276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası X31, anası isə X5r. Elektron notariat X3 vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X37 ilə X10 nikahları xx.xx.1993-cü ildə rəsmi qeyd edilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeydiyyat aparılmışdır. Mehriban Seydəliyeva ərinin Muradova soyadını qəbul etmişdir. İ-ИЕ № 057014 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X7 nikahları 4 oktyabr 1958-ci ildə rəsmi qeyd edilmiş və bu barədə nikah haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeydiyyat aparılmış və Tamara Xəlilova ərinin Seydəliyeva soyadını qəbul etmişdir. Ölüm haqqında AZ-İ № 309774 saylı şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2008-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 14 avqust 2008-ci il tarixdə 20 nömrə ilə qeydiyyat aparılmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, №05/09lS/074963-24 nömrəli arayışdan görünür ki, X16 arvadı X6, Cavabdeh2, X28, X29, İddiaçı və X13 ibarət vərəsələri qalmışdır. Qax RİHB-nın İlisu kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 244 nömrəli arayışdan görünür ki, mərhum X16 övladlarının doğum haqqında şəhadətnamələrində X11 göstərilmişdir. X24 ilə X31 eyni şəxslərdir. Qax RİHB-nın İlisu kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 245 nömrəli arayışdan görünür ki, mərhum X16 övladlarının şəxsiyyət vəsiqələrində X11 göstərilmişdir. X24 ilə X31 eyni şəxslərdir. Hökümət ödəniş portalı vasitə ilə ödənilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. X28 tərəfindən Rusiya Federasiyası Sverdlovsk vilayəti Pervouralsk şəhərində xx.xx.2009-cu il tarixdə yazılaraq imzasının həqiqiliyi notarat qaydada təsdiq olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş ərizədən görünür ki, 06 avqust 2008-ci ildə vəfat etmiş atası X20 vəfatından sonra mirasın qəbul edilməsi müddəti tərəfindən ötürülmüşdür, onun vəfatından sorna mirası qəbul etməmiş, onun nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq həmin miras əmlaka iddia etmir, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmir. Mirasın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək niyyətində deyildir. X6, X29 və X14 imzalarının həqiqiliyi natariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X12 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası hissəsini ya notariat ofisinə müraciət edərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. X2 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. Cavabdeh2 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, cavabdeh xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8ndan miras qalmış əmlakların özünə çatası pay hissəsindən qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə X6, X28, X29 və X25 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatları dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X24 xx.xx.2008-ci ildə ölmüşdür. X16 arvadı X6, uşaqları Cavabdeh2, X28, X29, İddiaçı və X13 ibarət vərəsələri qalmışdır. X12 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsinin 1/6 hissəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/6 hissəsi (reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), JN-466, KOD 40308018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X31, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən miras qalmışdır. X1 (miras qoyanın arvadı), X28, Seydəliyeva (Muradova) Mehriban Nemət qızı, X25 və Cavabdeh2 məhkəməyə ərizə verərək X2 miras qalmış əmlaklardan özlərinə çatası paydan İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2008-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin iddiaçı mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəbləri üzürlüdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəblərinin üzürlü olması nəticəsinə gəlindiyi üçün miras əmlakın nədən ibarət olması müəyyən edilməlidir. Miras kütləsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsinin 1/6 hissəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/6 hissəsi (reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), JN-466, KOD 40308018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X31, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən ibarətdir. Miras əmlakın kütləsi məhkəmə tərəfindən müəyyən edildiyi üçün miras əmlakda iddiaçının payı müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, X12 qalmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının payı tam, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsində 6/36 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən X16, X4, X18, X14, X17 və X30 ümumibirgə mülkiyyətində olan Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının 6/36 hissədə payı müəyyən edilməlidir. JN-466, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X24, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras kütləsində isə iddiaçının payı 6/30 hissədə müəyyən edilməlidir. Belə ki, miras qoyan X16 arvadı X6 və uşaqları Muradova (Seydəliyeva) Mehriban Nemət qızı, X25, X28 notariat qaydada təsdiq edilmiş ərizə verərək mirası faktiki olaraq qəbul etmədiklərini, gələcəkdə bununla bağlı müraciət etməyəcəklərini, Cavabdeh2 isə məhkəməyə ərizə verərək miras qalmış əmlaklardan özünə çatası paydan qardaşı İddiaçı xeyrinə imtina etmələrini göstərmişlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı X12 miras qalmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsinin 1/6 hissəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/6 hissəsi (reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), JN-466, KOD 40308018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X31, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/5 hissədən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və X12 qalmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının payı tam, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsində 6/36 hissədə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının payı tam, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən X16, X4, X18, X14, X17 və X30 ümumibirgə mülkiyyətində olan Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının payı 6/36 hissədə, JN-466, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X24, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras kütləsində isə iddiaçının payı 6/30 hissədə müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı X12 miras qalmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsinin 1/6 hissəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/6 hissəsi (reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), JN-466, KOD 40308018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X31, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/5 hissədən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri İddiaçı münasibətdə üzürlü hesab edilməklə uzadılsın. X12 qalmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının payı tam, X6, X29, X25, X26, X36 və X20 ümumibirgə mülkiyyətində olan 0.0574 ha torpaq sahəsində 6/36 hissədə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən Qax rayonu İlusi kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının payı tam, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən X16, X4, X18, X14, X17 və X30 ümumibirgə mülkiyyətində olan Qax rayonu İlusi kəndində yerləşən 0.0526 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının payı 6/36 hissədə, JN-466, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X24, X6, X21, X25 və X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu İlisu kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras kütləsində isə iddiaçının payı 6/30 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-662/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-662/2024
18.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver