Məhkəmə qərarları › İş №2(024)-663/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-663/2023

04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-663/2023 04.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Qax rayon Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən verilmiş JN- 064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Qax rayon Notariat Ofisinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Qax rayon Notariat Ofisinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu, Ağçay kəndində yaşayır. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən atası X8 və anası X7 0.10 ha həyətyanı və 0.81 ha pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN- 064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN- 283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Atası və anası hər ikisi vəfat etmişdir. O sənədləşmə işləri ilə bağlı Qax rayon Notariat ofisinə müraciət etdikdə JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mərhum anası X6 ad soyadının X15 və X5 səhv yazıldığı müəyyən olunmuşdur. Belə ki, həmin adlı siyahıda adı səhvən yazılmış X15 və X10 ilə X9 eyni bir şəxslərdir. O hazırda müəyyən sənədləşmə işləri etmək isdəyir, lakin həmin səhvlər ona sənədləşmə işlərində müəyyən çətinliklər yaradır. Belə ki, JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı atası X8 və anası X7 məxsusdur. Belə olduğu halda o məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən verilmiş JN- 064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. X4 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçini və ərizəçinin mərhum anasını yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən verilmiş JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 məxsusdur. X12 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçinin həmkəndlisidir. Təsdiq edir ki, həqiqətən də Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən verilmiş JN- 064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 məxsusdur. İş materiallarını nəzərdən keçirib, şahidlərin ifadələrini dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Qax rayon İlisu kənd İƏD-si üzrə nümayəndəliyin verdiyi arayışdan görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən verilmiş JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adlı siyahıda adı səhvən yazılmış X3 Fətmət Məhəmməd qızı və X9 eyni bir şəxslərdir. İş materiallarında olan **********2 saylı ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Qax rayonu, Ağçay kəndində yaşayır. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarlarına əsasən ərizəçinin atası X8 və anası X7 0.10 ha həyətyanı və 0.81 ha pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN- 064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Ərizəçinin atası və anası hər ikisi vəfat etmişdir. Ərizəçi sənədləşmə işləri ilə bağlı Qax rayon Notariat ofisinə müraciət etdikdə JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ərizəçinin mərhum anası X6 ad soyadının X15 və X5 səhv yazıldığı müəyyən olunmuşdur. Belə ki, həmin adlı siyahıda adı səhvən yazılmış X15 və X10 ilə X9 eyni bir şəxslərdir. Həmin səhvlər ərizəçiyə öz hüququnu həyata keçirməyə imkan vermir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan mötəbər sübutlarla yanaşı şahid ifadələri ilə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarına əsasən verilmiş JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus olması faktı sübuta yetirilmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarına əsasən verilmiş JN-064A KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-283 KOD 40308028 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən alındığı vaxtdan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar