Məhkəmə qərarları › İş №2(024)-675/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-675/2023

07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-675/2023 07.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Elçin Fezullah oğlunun katibliyi ilə. İddiaçı cavabdeh X1rşı “Dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair qanunsuz tərtib edilmiş qərarın və bildirişin etibarsız hesab edilməsi, hesabıma qalıq borc adı altında yazılmış cəmi 12960 kubmetr qaz sərfiyyatı və həmin qaza görə 1555 manat pulun silinməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı ərizə ilə müraciət edərək, cavabdeh X2 X6 İstismarı İdarəsinin baş mühəndisi Taleh Həsənov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair qanunsuz tərtib edilmiş qərarın və bildirişin etibarsız hesab edilməsi, hesabıma qalıq borc adı altında yazılmış cəmi 12960 kubmetr qaz sərfiyyatı və həmin qaza görə 1555 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdirki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə mülki iş xx.xx.2023-cü ildə Qax rayon məhkəməsinin icraatına qəbul edilmişdir və iş icraatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cı maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cı maddəsinin tələblərinə əsasən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 264, 266 – 268, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3rşı “dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair qanunsuz tərtib edilmiş qərarın və bildirişin etibarsız hesab edilməsi, hesabıma qalıq borc adı altında yazılmış cəmi 12960 kubmetr qaz sərfiyyatı və həmin qaza görə 1555 manat pulun silinməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar