Məhkəmə qərarları › İş №2(024)-689/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-689/2024

23.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-689/2024 23.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirak ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı «X3ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən JN 154A KOD 40311018 nömrəli dövlət aktı ilə 0.07 ha həyətyanı torpaq sahəsinə, JN 154-D KOD 40311018 nömrəli dövlət aktı ilə 0.04 ha həyətyanı torpaq sahəsinə, JN 154-B KOD 40311018 nömrəli dövlət aktı ilə 0.03 ha həyətyanı torpaq sahəsinə, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən verilmiş 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə, atası X17 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən JN 154A KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 44 kv/m fərdi yaşayış evinə, JN 154-D KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş ilə 0.04 ha həyətyanı torpaq sahəsinə, JN 154-B KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş 0.03 ha həyətyanı torpaq sahəsinə, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi və payının müəyyən edilərək mülkiyyətinə verilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X30 məxsus əmlakların vərəsəlik qaydasında qəbulu üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi və mirasın tərəfindən qəbul edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X3ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən JN 154A KOD 40311018 nömrəli dövlət aktı ilə 0.07 ha həyətyanı torpaq sahəsinə, JN 154-D KOD 40311018 nömrəli dövlət aktı ilə 0.04 ha həyətyanı torpaq sahəsinə, JN 154-B KOD 40311018 nömrəli dövlət aktı ilə 0.03 ha həyətyanı torpaq sahəsinə, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və ********** qeydiyyat nömrəli xx.xx.2024-cü tarixli Çıxarışa əsasən verilmiş 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə, atası X17 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən JN 154A KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 44 kv/m fərdi yaşayış evinə, JN 154- D KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş ilə 0.04 ha həyətyanı torpaq sahəsinə, JN 154-B KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş 0.03 ha həyətyanı torpaq sahəsinə, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi və payının müəyyən edilərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X40 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəməyə təqdim olunan xx.xx.1968-ci il tarixli A3 ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən atası X31r. Ş.Osmanov vəfat etdiyi tarixdə bir sıra daşınmaz əmlaklara sahib olmuşdur. Təqdim olunan xx.xx.1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Qax rayon, Qaşqaçay kəndi ərazisində yerləşən fərdi yaşayış, həmçinin digər torpaq sahələri atası Ş.Osmanovun mülkiyyətində olmuşdur. Hazırda atasından qalan fərdi yaşayış evi və torpaq sahəsi onun istifadəsindədir, o həmin evdə yaşayır, digər bacı qardaşları tərəfindən hər hansı bir etiraz bildirilmir. Onlardan asılı olmayan obyektiv səbəblərdən bugünki tarixədək vərəsəliklə bağlı müraciət olunmamışdır. Qax rayon Notariat Ofisinin müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli 669 nömrəli məktubunda göstərilmişdir ki, mirası qəbul etmək müddəti ötürülmüş və bu müddətin ötürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, Qax rayon Məhkəməsinə atası İddiaçı miras qalan əmlaklara vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin bərpa edilərək iddianın təmin edilməsi tələbinə dair iddia vermişdir. Lakin sonradan iddia ərizəsində bəzi nöqsanlar olduğunu X3ndan ona düşən payı tələb etmədiyini bilmişdir. X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Anasından Qax rayonu Qaşqaçay kəndində atası İddiaçı ilə ümumibirgə mülkiyyətdə JN 154A KOD 40311018 nömrəli dövlət aktı ilə 0.07 ha həyətyanı torpaq sahəsi, JN 154-D KOD 40311018 nömrəli dövlət aktı ilə 0.04 ha həyətyanı torpaq sahəsi, JN 154-B KOD 40311018 nömrəli dövlət aktı ilə 0.03 ha həyətyanı torpaq sahəsi, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. Bundan başqa atası və anasından miras qalan əmlakların siyahısını iddia ərizəsinin “xahiş edirəm” hissəsində qeyd etməmişdir. Zəruruət yarandığından iddia tələbinin həcmini artırmaq zərurəti yaranmışdır. Məhkəmədən X3ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən JN 154A KOD 40311018 nömrəli dövlət aktı ilə 0.07 ha həyətyanı torpaq sahəsinə, JN 154-D KOD 40311018 nömrəli dövlət aktı ilə 0.04 ha həyətyanı torpaq sahəsinə, JN 154-B KOD 40311018 nömrəli dövlət aktı ilə 0.03 ha həyətyanı torpaq sahəsinə, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və ********** qeydiyyat nömrəli xx.xx.2024-cü tarixli Çıxarışa əsasən verilmiş 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə, atası X17 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən JN 154A KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 44 kv/m fərdi yaşayış evinə, JN 154-D KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş ilə 0.04 ha həyətyanı torpaq sahəsinə, JN 154-B KOD 40311018 nömrəli şəhadətnamə ilə verilmiş 0.03 ha həyətyanı torpaq sahəsinə, JN 436 KOD 40311018 nömrəli dövlət aktı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi və payının müəyyən edilərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının ata və anasından miras qalmış əmlakların iddiaçıya verilməsini xahiş edir. İddiaçını anası 2009-cu, atası isə 2019-cu ildə vəfat etmişdir. Valideyinləri öldükdən sonra miras qalmış əmlaklar iddiaçı tərəfindən qəbul və idarə edilmişdir. Otlaq sahələri Qanlıqobu adlanan ərazidə yerləşir. Qalan əmlaklar Qax rayonu Qaşqaçay kəndində yerləşir. Miras qalmış evdə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Miras əmlaklarla bağlı vərəsələr arasında heç bir narazılıq yoxdur, onlar razılaşmışlar. İddianın təmin edilməsini xahiş edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh Qax rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X32, X23, X34, X35, X33, X8 və X9 imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar xx.xx.2009-cu tarixdə vəfat etmiş anaları X24 və xx.xx.2019-cu ildə vəfat etmiş X17 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası hissəsini ya notariat ofisinə müraciət edərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. X4 və xx.xx.2019-cu ildə vəfat etmiş X17 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 10 sentyabr 2024-cü il tarixli, 671 saylı məktubdan görünür ki, mərhum X3ndan miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu üzrə müddətin buraxılması göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 10 sentyabr 2024-cü il tarixli, 669 saylı məktubdan görünür ki, mərhum atası X17 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu üzrə müddətin buraxılması göstərilmişdir. X43 İcraiyyə Komitəsinin 27 nömrəli 1989-cu il qərarı əsasında, 86 nömrəsi reyestr kitabında 12 nömrə ilə qeyd olunmuş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən fərdi yaşayış evi X25 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən həyətyanı təyinatlı 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istehsalı təyinatlı torpaq sahəsi X25 və X11 ümumibirgə mülkiyyətindədir. JN-154A, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, 0.07 ha həyətyanı təyinatlı torpaq sahəsi X25 və X11 ümumibirgə mülkiyyətindədir. JN-154D, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, 0.04 ha həyətyanı təyinatlı torpaq sahəsi X25 və X11 ümumibirgə mülkiyyətindədir. JN-154B, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, 0.03 ha həyətyanı təyinatlı torpaq sahəsi X25 və X11 ümumibirgə mülkiyyətindədir. JN-436, KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istehsalı təyinatlı torpaq sahəsi X25 və X11 ümumibirgə mülkiyyətindədir Qax rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixdə verdiyi № 05/09/S/081637-24 nömrəli Arayışdan görünür ki, “X27” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X26 aid 15.1.1994-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında Akt qeydi aşkar edilməmişdir. X36 xx.xx.1971-ci ildə anadan olmuş, xx.xx.1994-cü ildə ölmüş, həmin vaxtadək subay olmuşdur. АЗБ № 070808 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 atası X40, anası isə X14r. АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X40, anası isə X14r. XV-İİİ-ЖГ № 431596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə1 Asad oğlunun atası İddiaçı, anası isə Nümayəndə2dır. V-ЖГ № 355848 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikahları 11 avqust 1991-ci ildə 13 nömrə ilə qeyd edilmiş və ərə və arvada Osmanova soyadını daşımaq hüququ verilmişdir. Ölüm haqqında AZ-İ № 967733 saylı şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 21 iyun 2009-cu il tarixdə 06 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ № 326549 saylı şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 02 aprel 2009-cu il tarixdə 7 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında İİ-ЖГ № 420087 saylı şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1994-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 17 yanvar 1994-cü il tarixdə 2 nömrə ilə qeydiyyat aparılmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X25 oğlu X32, qızları X15, X23, X34, oğlu İddiaçı, qızı X35, oğlu X36 (xx.xx.1944-cü ildə vəfat etmişdir), qızları X33 və X1 ibarət vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X11 oğlu X32, qızları X15, X23, X34, oğlu İddiaçı, qızı X35, oğlu X36 (xx.xx.1944-cü ildə vəfat etmişdir), qızları X33 və X1 ibarət vərəsələri qalmışdır. Qax RİHB-nın Qaşqaçay kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 375 nömrəli Arayışdan görünür ki, reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********** olan Çıxarışda İddiaçı anasının adı səhv yazılmışdır. Belə ki, səhvən yazılan X18 əslində X6 yazılmalıdır. Onlar eyni şəxsdir. Qax RİHB-nın Qaşqaçay kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 417 nömrəli Arayışdan görünür ki, X17 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən torpaq sahəsinin vergi borclarını oğlu İddiaçı ödəyir. xx.xx.2024-cü il tarixli 4701 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X12, DƏDKR Publik Hüquqi şəxsinin 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsi X10, Qaşqaçay kənd bələdiyyəsinin nümayəndəsi X16 və İddiaçı iştirakı ilə tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli Aktdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN-154B sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmişlər. Sənəddə (siyahı faylı) üzrə X21 şəxsiyyət vəsiqəsi üzrə X14r. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X12, DƏDKR Publik Hüquqi şəxsinin 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsi X10, Qaşqaçay kənd bələdiyyəsinin nümayəndəsi X16 və İddiaçı iştirakı ilə tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli Aktdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN-154D sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmişlər. Sənəddə (siyahı faylı) üzrə X21 şəxsiyyət vəsiqəsi üzrə X14r. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X12, DƏDKR Publik Hüquqi şəxsinin 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsi X10, Qaşqaçay kənd bələdiyyəsinin nümayəndəsi X16 və İddiaçı iştirakı ilə tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli Aktdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN-154D sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmişlər. Sənəddə (siyahı faylı) üzrə X21 şəxsiyyət vəsiqəsi üzrə X14r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X40 xx.xx.2019-cu, X18 xx.xx.2009-cu ildə ölmüşdür. X5, X15, X23, X34, İddiaçı, X35, X36 (xx.xx.1944-cü ildə vəfat etmişdir), X33 və X1 ibarət vərəsələri qalmışdır. Miras qoyanlardan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən həyətyanı təyinatlı 0.2494 ha kənd təsərrüfatı təyinatlı, JN- 154A, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.07 ha həyətyanı, JN-154D, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.04 ha həyətyanı, JN-154B, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.03 ha həyətyanı, JN-436, KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Mərhumların digər övladları X32, X15, X23, X34, İddiaçı, X35, X36 (xx.xx.1944-cü ildə vəfat etmişdir), X33 və X13 məhkəməyə ərizələr verərək mərhum valideyinlərindən onlara çatası miras əmlak paylarından İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar X40 xx.xx.2019-cu və X18 xx.xx.2009-cu ildə vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 217.2ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahələrindən və fərdi yaşayış evindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Qeydiyyat vəsiqəsinə əsasən (X43 icraiyyə komitəsinin 27 nömrəli 1989cu il qərarı əsasında, 86 nömrəsi reyestr kitabında 12 nömrə altında qeyd olunur) Qax rayonu Qaşqaçay kəndində yerləşən və X25 mülkiyyətində olan fərdi yaşayış evi, mərhumlar X25 və X11 ümumibirgə mülkiyyətində olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən həyətyanı təyinatlı 0.2494 ha kənd təsərrüfatı təyinatlı, JN-154A, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.07 ha həyətyanı, JN-154D, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.04 ha həyətyanı, JN-154B, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.03 ha həyətyanı, JN-436, KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumlar Şəmil Osmanov və Xanzada Osmanovanın vərəsələri X32, X15, X23, X34, İddiaçı, X35, X36 (xx.xx.1944-cü ildə vəfat etmişdir), X33 və X1 ibarətdir. Mərhumlardan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır və iddiaçı tərəfindən miras əmlak artıq faktiki qəbul edildiyi üçün miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi ilə bağlı tələb irəli sürməyə ehtiyac yox idi. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, X43 İcraiyyə Komitəsinin 27 nömrəli 1989-cu il qərarı əsasında verilmiş, 86 nömrəsi reyestr kitabında 12 nömrə ilə qeyd olunmuş Qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən və X25 mülkiyyətində olan fərdi yaşayış evi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan Qax rayonu Qaşqaçay kəndində yerləşən həyətyanı təyinatlı 0.2494 ha kənd təsərrüfatı təyinatlı, JN-154A, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 0.07 ha həyətyanı, JN-154D, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 0.04 ha həyətyanı, JN-154B, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 0.03 ha həyətyanı, JN-436, KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tam müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. X43 İcraiyyə Komitəsinin 27 nömrəli 1989-cu il qərarı əsasında verilmiş, 86 nömrəsi reyestr kitabında 12 nömrə ilə qeyd olunmuş Qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən və X25 mülkiyyətində olan fərdi yaşayış evi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan Qax rayonu Qaşqaçay kəndində yerləşən həyətyanı təyinatlı 0.2494 ha kənd təsərrüfatı təyinatlı, JN-154A, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 0.07 ha həyətyanı, JN-154D, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 0.04 ha həyətyanı, JN-154B, KOD 40311018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 0.03 ha həyətyanı, JN-436, KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən əsasən X25 və X11 ümumibirgə mülkiyyətində olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı qanun üzrə payı tam müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar