Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-721/2025 25.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə Ərizəçi X2 Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Qax şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbinin dəlilləri: Ərizəçi X4 «barışıq sazişinin təsdiqi» barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş 23 iyul 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tərəfindən 23 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində ödəməli olduğu 100 manat aliment pulu haqqında 23 mart 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə Maraqlı şəxs ilə rəsmi şəkildə ailə qurmuşlar. Onların birgə nikahından 23 iyul 2016-cı il tarixdə X7 adlı uşağı dünyaya gəlmişdir. Aralarında bağlanmış 23 mart 2024-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs tərəfindən hər ay sabit pul məbləğində 100 manat aliment pulunun ödənilməsi barədə razılığa gəlmişlər. Lakin aralarında barışıq sazişi olmasına baxmayaraq Elnur ona olan aliment borcundan heç nə ödəməmişdir. O özü heç bir yerdə işləmir və övladına baxmağa çətinlik çəkir. Dəfələrlə Maraqlı şəxsa deməsinə baxmayaraq aliment öhdəliyindən boyun qaçırır. O, məhkəmə iclasında 100 manat ödənilməsinə könüllü razılıq vermişdir. Buna baxmayaraq maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflərə məhkəmə iclasının məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, ərizəçi X4 məhkəməyə elektron məlumat göndərərək məhkəmə iclasına Zaqatala fındıq zavodunda işlədiyi üçün gələ bilməyəcəyini, ərizəsini müdafiə etdiyini, məhkəmədən işə onun iştirak olmadan baxılıb barışıq sazişinin təsdiq edilməsini xahiş etmiş, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə ərizəçi X4 və Maraqlı şəxs Azərbaycan Respublikasının MPM-in 185.5ci maddəsinə əsasən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİİ №li 730847 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 iyul 2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan 23 mart 2024-cü il tarixdə mediasiya reyestrində MŞŞ/MT- 018/2024-00565 №-ə ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, tərəflər hər ikisi birlikdə könüllü müraciət edərək mediasiya prosesinin tədbiqi barədə mediasiyada könüllü müqavilə imzalayaraq qarşılıqlı razılığa gəlmişlər. Mübahisənin predmetlərindən İ olan nikahın davam etdirilə bilməməsi (nikahın pozulması) ilə bağlı himayələrində azyaşlı uşaqlar olduğuna görə nikahın xitam olunması məhkəməyə müraciət olunmaqla baxılmasına razılıq verdilər. Mübahisənin digər İİ predmeti ilə bağlı birinci tərəf uşağın ananın himayəsində saxlanılmasına etiraz etmədiyini bildirdi. Mübahisənin digər İİİ predmeti ilə bağlı birinci tərəf 23 iyul 2016-cı il tarixli X1 üçün 100 AZN alimentin ödənilməsi barədə olan öhdəliyi birinci tərəf öz üzərinə götürməklə tərəflər qarşılıqlı razılıq əsasında barışıq sazişini imzaladılar. Bununla bağlı tərəflər qəyyumluq və himayəçilik orqanın nümayəndəsinin dəvət olunmasına ehtiyac olmadığını və yazılı məlum barışıq sazişinin surətinin göndərilməsini kifayət etdiyini bildirdilər. Tərəflərə izah olundu ki, sazişin şərtlərini pozan tərəf barşıq sazişini məhkəmə qaydasında təsdiq etdikdən sonra saziş məcburi qaydada icra və probasiya şöbəsi tərəfindən icra ediləcəkdir. 19 mart 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi Şəki 1 saylı Mediasiya təşkilatının hesabına 100 manat rüsum ödəmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə qanunla müəyyən edilmiş müddət ərzində lazımınca icra edilməsi üçün, ərizə təmin edilməli, 23 iyul 2016-cı il tarixli X1 üçün Maraqlı şəxs tərəfindən 100 AZN alimentin ödənilməsi barədə 23 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 23 mart 2024-cü il tarixdən imzalanmaqla, həmin tarixdən başlayaraq tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icrakçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, Saziş üç predmetdən yəni-nikahın davam etdirilə bilməməsi (nikahın pozulması) ilə bağlı himayələrində azyaşlı uşaqlar olduğuna görə nikahın xitam olunması məhkəməyə müraciət olunmaqla baxılmasına razılıqdan, birinci tərəfin uşağın ananın himayəsində saxlanılmasına etiraz etməməsindən və birinci tərəfin 23 iyul 2016-cı il təvəllüdlü X1 üçün 04.2023-cü il son həftəsindən nəzərə alınmaqla 100 AZN alimentin ödənilməsi ilə bağlı tərəflərin razılığa gəlməsindən ibarətdir. Tələbin mahiyyətindən də görünür ki, ərizəçi nikahın pozulması və uşağın onun himayəsində qalması ilə bağlı hər hansı bir mübahisənin olmasını göstərməmiş, barışıq sazişində üç barışıq şərti olsa da, yalnız 23 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində ödəməli olduğu 100 manat aliment pulu haqqında 23 mart 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini, yəni həmin sazişi bütünlüklə deyil, yalnız alimentlə bağlı hissəsinin təsdiq edilməsini xahiş etmişdir. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından sonra, yəni 23 mart 2024-cü ildən başlayaraq 04.2023-cü il son həftəsindən nəzərə alınmaqla razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, həmin hissə ilə bağlı onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Məhkəmə nəzərə alır ki, bağlanması üçün iki tərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» qanun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 32 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 23 mart 2024-cü il tarixdən hesablanmaqla 23 iyul 2016-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tərəfindən hər ay sabit pul məbləğində 100 manat alimentin X3 ödənilməsi haqqında 23 mart 2024-cü il tarixli barışıq sazişi (alimentlə bağlı hissədə) təsdiq edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 32 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №2(024)-721/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-721/2025
25.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver