Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-853/2025 13.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 07 iyun 1950-ci il tarixdə Maraqlı şəxs idarəsindən verilmiş N 633754 nömrəli doğum şəhadətnaməsində ata qrafasında yazılan X11 ilə bibisi X26 06 mart 1951-ci il tarixdə Maraqlı şəxsndə verilmiş 79 nömrəli doğum haqqında bərpa aktında ata qrafasında yazılan X12 və bibisi Abdurəhimova (Xudiyeva) Əsli Xanbaba qızının 06 mart 1951-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 79 №li doğum haqqında bərpa aktında yazılan X19 ilə -17 mart 1951-ci il tarixdə X41 ilə Əsli Xanbaba qızının Qax rayon Qum kənd İƏN-də bağlanmış 1 saylı nikah şəhadətnaməsində yazılmış X16 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, 30 avqust 1961-ci il tarixdə Qax rayonu, Süskənd kəndində anadan olmuşdur. X3 07 iyul 1932-ci il tarixdə Qax rayonu, Süskənd kəndində anadan olmuş və 24 iyun 2001-ci il tarixdə həmin kənddə vəfat etmişdir. X2 07 iyun 1950-ci il tarixdə Maraqlı şəxs tərəfindən 633754 №li doğum şəhadətnaməsi almış və həmin doğum şəhadətnaməsində ata qrafasında texniki səhv olaraq X1 yazılmışdır. Babasının soyadı Abdurəhimov idi. Lakin atasının bacısı yəni bibisi X26 06 mart 1951-ci il tarixdə Maraqlı şəxsndə verilmiş 79 №li doğum haqqında bərpa aktında ata qrafasında atasının adı X20 yazılmışdır. Bu hər iki uyğunsuzluq ona mane olur. Lakin hər iki şəxs doğma bacı-qardaşdır. X13 ilə X26 bacı qardaş olmasını bütün kənd camaatı sübut edə bilər. Bundan əlavə bibisi Abdurəhimova (Xudiyeva) Əsli Xanbaba qızının 06 mart 1951ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 79 №li doğum haqqında bərpa aktında adsoyadı X7 yazılmışdır. Lakin 17 mart 1951-ci il tarixdə X41 ilə Əsli Xanbaba qızının Qax rayon Qum kənd İƏN-də bağlanmış 1 №li nikah şəhadətnaməsində bibisinin ad soyadı X27 olaraq yazılmışdır. Bu hər iki uyğunsuzluq ona Qax rayon Notariat Ofisində atası ilə bibisinin bacı olmasını sübut etməkdə çətinlik yaradır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o atası ilə bibisinin bacı qardaş olmasını təsdiq etmək üçün müraciət etmişdir. Həm də bibisi öz sağlığında 1951-ci ildə ona verilmiş qeydiyyat şöbəsində onun soyadı X10 qeyd edilmişdir. Eyni zamanda 1951-ci ilin mart ayında bibisinə verilmiş Arayışda isə X19 yazılmışdır. Bibisinin atasının soyadı isə Qaraqədəev yazılmışdır. O bunun düzəldilməsini, bibisi ilə atasının bacı-qardaş olmasının təsdiq edilməsini xahiş etmişdir. Həm də bibisi öz sağlığında öz evini ona bağışlamışdır. Torpaq şöbəsi də həyətyanı torpaq sahəsinə iki hissədən sənəd vermişdir. Bir hissəsini notarius vasitəsi ilə bağışlamış, digər hissəsi isə sonradan üzə çıxmışdır və həmin hissəni öz adına keçirmək üçün vərəsəlik istəyir. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs verdiyi 23 oktyabr 2025-ci il tarixli № 3-16-5/8-69-308/2025 №li Arayışın surətindən görünür ki, X19 06 mart 1930-cu ildə Qax rayonu, Süskənd kəndində anadan olmuşdur. Bu barədə 06 mart 1951-ci ildə Qax rayonu Qeydiyyat şöbəsində 79 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X6, anası X18r. Qeyd: 11 mart 2013-cü ildə vəfat etmiş Ə.X.Xudiyevanın ölümü 15 mart 2013-cü il tarixdə 04 №li akt qeydi ilə Qax rayon Qum icra nümayəndiliyndə dövlət qeydiyyatına alınmışdır. İE № 633754 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X14, anası X22r. Evlənmə haqqında İE 005887 №li şəhadətnamənin surətindən görünür ki, X43 ilə X16 nikahı xx.xx.1951-ci ildə 1 № ilə ilə qeyd edilmişdir. 08 avqust 2006-cı il tarilxi ev bağışlama müqaviləsinin surətindən görünür ki, X24 rayonu, Süskənd kəndində 0.24 ha torpaq sahəsində yerləşən 1953-cü ildə tikilmiş ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 31.6 kv.m olan bir mərtəbəli iki otaqlı yaşayış evini qardaşı oğlu Ərizəçi bağışlamışdır. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X38 06 mart 1930-cu ildə doğulmuş, 11 mart 2013-cü ildə ölmüş, onun əri X41 06 mart 1926-cı ildə doğulmuş və 01 oktyabr 2005-ci ildə ölmüşdür. Qax RİHB-nın Qum kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 17 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum bibisi X27, X38, X19 eyni şəxslərdir. X15 ilə X23 eyni şəxslərdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin X3 07 iyul 1932-ci il tarixdə Qax rayonu, Süskənd kəndində anadan olmuş və 24 iyun 2001-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Ərizəçinin X2 07 iyun 1950-ci il tarixdə Maraqlı şəxs tərəfindən N 633754 nömrəli doğum şəhadətnaməsi almış və həmin doğum şəhadətnaməsində ata qrafasında texniki səhv olaraq X1 yazılmışdır. Lakin ərizəçinin babasının soyadı Abdurəhimov idi. Ərizəçinin atasının bacısı yəni bibisi X26 06 mart 1951-ci il tarixdə Maraqlı şəxsndə verilmiş 79 №li doğum haqqında bərpa aktında ata qrafasında atasının adı X20 yazılmışdır. Bundan başqa bibisi Abdurəhimova (Xudiyeva) Əsli Xanbaba qızının 06 mart 1951ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 79 №li doğum haqqında bərpa aktında adsoyadı X7 yazılmışdır. Lakin 17 mart 1951-ci il tarixdə X41 ilə Əsli Xanbaba qızının Qax rayon Qum kənd İƏN-də bağlanmış 1 №li nikah şəhadətnaməsində bibisinin ad soyadı X27 olaraq yazılmışdır. Qeyd olunan uyğunsuzluqlar ərizəçiyə Qax rayon Notariat Ofisində atası ilə bibisinin bacı olmasını sübut etməkdə maneçilik yaratmışdır. Ərizəçi qeyd olunan uyğunsuzluqlarla bağlı müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin qeyd olunan sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin X2na 07 iyun 1950-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 633754 №li doğum şəhadətnaməsində ata qrafasında texniki səhv olaraq X1, bibisi X26 06 mart 1951-ci il tarixdə Maraqlı şəxsndə verilmiş 79 №li doğum haqqında bərpa aktında ata qrafasında atasının adı X8, bibisi Abdurəhimova (Xudiyeva) Əsli Xanbaba qızının 06 mart 1951-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 79 №li doğum haqqında bərpa aktında ad-soyadı X7, 17 mart 1951-ci il tarixdə X41 ilə Əsli Xanbaba qızının Qax rayon Qum kənd İƏN-də bağlanmış 1 №li nikah şəhadətnaməsində ad soyadı X10 qeyd olunsa da, ərizəçinin ata və bibisini atalarının eyni şəxs olması və onların bacı qardaş olmaları ərizəçinin özünün izahatı, işdə olan əsaslı və mötəbər sübular, qeyd olunan sənədləri ərizəçinin başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin X4 07 iyun 1950-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş N 633754 nömrəli doğum şəhadətnaməsində ata qrafasında yazılan X11 ilə bibisi X26 06 mart 1951-ci il tarixdə Maraqlı şəxsndə verilmiş 79 №li doğum haqqında bərpa aktında ata qrafasında yazılan X12 və bibisi Abdurəhimova (Xudiyeva) Əsli Xanbaba qızının 06 mart 1951-ci il tarixdə Qax rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş 79 №li doğum haqqında bərpa aktında yazılan X19 ilə-17 mart 1951-ci il tarixdə X41 ilə Əsli Xanbaba qızının Qax rayonu, Qum kənd İƏN-də bağlanmış 1 №li nikah şəhadətnaməsində yazılmış X16 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «X4 07 iyun 1950-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 633754 №li doğum şəhadətnaməsində ata qrafasında yazılan X11 ilə bibisi X26 06 mart 1951-ci il tarixdə Maraqlı şəxsndə verilmiş 79 №li doğum haqqında bərpa aktında ata qrafasında yazılan X12 və bibisi Abdurəhimova (Xudiyeva) Əsli Xanbaba qızının 06 mart 1951-ci il tarixdə Qax rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş 79 №li doğum haqqında bərpa aktında yazılan X19 ilə -17 mart 1951-ci il tarixdə X41 ilə Əsli Xanbaba qızının Qax rayon, Qum kənd İƏN-də bağlanmış 1 №li nikah şəhadətnaməsində yazılmış X16 eyni şəxs olması faktının müəyyən edilməsi» barədə ərizəsi təmin edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №2(024)-853/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-853/2025
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver