Məhkəmə qərarları › İş №2(024)-901/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-901/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-901/2025 17.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək X15 29 oktyabr 1971-ci il tarixdə Qax ravon zakz idarəsindən verilmiş N 310082 №li doğum şəhadətnaməsində, X5 20 mart 1956-cı il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İJ 230917 №li doğum şəhadətnaməsində, X9 04 iyul 1950-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İE 764429 №li doğum şəhadətnaməsində, X16 22 yanvar 1963-cü il tarixdə Qax rayon zakz idarəsindən verilmiş N 373049 №li doğum şəhadətnaməsində, X6 26 mart 1965-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş N 329562 №li doğum şəhadətnaməsində, Ərizəçi 17 noyabr 1967-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş N ******* №li doğum şəhadətnaməsində ana qrafasında yazılan X23 ilə 14 yanvar 1999-cu il tarixdə Maraqlı şəxsndə verilmiş 03 №li ölüm haqqında şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1967-ci il tarixdə Qax rayonu, Qorağan kəndində anadan olmuşdur. Onlar ailədə 6 uşaq olmuşlar. X2 12 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. O və bacı qardaşları doğum şəhadətnaməsi alarkən heç biri fikir verməmişlər. Hər birinin doğum şəhadətnaməsində ana qrafasında anasının X10 əvəzinə texniki səhv olaraq X8 yazılmışdır. Anasının bütün digər sənədlərində və ölüm haqqında şəhadətnamədə X1 yazılmışdır. Bu hər uyğunsuzluq ona və bacı qardaşlarına mane olur. Anasından qalan miras əmlakı öz adlarına sənədləşdirə bilmirlər. X10 ilə X17 eyni şəxs olmasını bütün kənd camaatı sübut edə bilər. Bu sənəddəki uyğunsuzluq Qax rayon Notariat Ofisində onların anasının vərəsəsi olmasını sübut etməkdə çətinlik yaradır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o anasının adında olan uyğunsuzluğa görə məhkəməyə müraciət etmişdir. Belə ki, anasının ölüm haqqında şəhadətnaməsində Şəkərxanım, onların doğum haqqında şəhadətnaməsində isə Şəkər yazılmışdır. Lakin onlar eyni şəxslərdir. Notarius əməliyyat aparmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Onun 64 yaşı vardır. O, ərizəçinin anasını Şəkər kimi tanımışdır. Son vaxtlar eşitmişdir ki, ərizəçinin anasının adı Şəkərxanımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Əvvəllər ərizəçinin anasını Şəkər kimi tanımışlar. Sonradan isə öyrənmişlər ki, ərizəçinin anasının əsl adı Şəkərxanımdır. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-T № 310082 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 atası X24, anası X18r. İJ 230917 №li doğum şəhadətnaməsindən görünür ki, X5 anası X23 qeyd olunmuşdur. İ-İE 764429 №li doğum şəhadətnamədən görünür ki, X9 anası X23 qeyd olunmuşdur. AZ-№373049 №li doğum şəhadətnaməsindən görünür ki, X16 anası X23 qeyd olunmuşdur. AZ-T N 329562 №li i doğum şəhadətnamədən görünür ki, X6 anası X23 qeyd olunmuşdur. AZ-İİ № 504135 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 yanvar 1999-cu ildə ölmüşdür. Qax rayon Notariat ofisinin X19 imzaladığı 27 oktyabr 2025-ci il tarixli 872 №li məktubundan görünür ki, 29 oktyabr 1971-ci il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnamədə anasının adı Şəkər kimi, təqdim etdiyi 30 iyul 2025-ci il tarixli, AZ-İİ № 504135 №li ölüm haqqında şəhadətnamədə ölmüş şəxsin adı Şəkərxanım kimi yazılmışdir. Doğum haqqında şəhadətnamədə və təqdim etdiyi ölüm haqqında şəhadətnamədə uyğunsuzluq olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunur. Qax RİHB-ın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyii 18 dekabr 2025-ci il tarixli, 390 №li arayışdan görünür ki, Qax rayonu, Qorağan kənd sakini olmuş mərhum X4 uşaqlarının X11 ana qrafasında yazilmiş X13 doğum haqqında şəhadətnamə: İJ N- 230917, X20 doğum haqqında şəhadətnamə: İ-İE N-764429, X25 doğum haqqında şəhadətnamə: AZ N-373049, X14 doğum haqqında şəhadətnamə: AZ-T N-329562, Ərizəçi doğum haqqında şəhadətnamə: AZ N-1336378, X26 doğum haqqında şəhadətnamə: AZ-T N-310082, X23 ilə X7 (ölüm haqqında şəhadətnamə AZ-İİ N-504135) eyni vətəndaş olmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin X2 12 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. Ərizəçinin və digər bacı qardaşlarının doğum haqqında şəhadətanmələrində ana adı X8, lakin ölüm haqqında şəhadətnamədə isə X3 qeyd olunmuşdur. Qeyd olunan uyğunsuzluqlar ərizəçiyə Qax rayon Notariat Ofisində anasından miras qalmış əmlakları qəbul etməsinə maneçilik yaratmışdır. Ərizəçi qeyd olunan uyğunsuzluqlarla bağlı müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin qeyd olunan sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Tətbiq edilən hüquq Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hal-hazırda Ərizəçi 17 noyabr 1967-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ N ******* №li doğum şəhadətnaməsində X5 20 mart 1956-cı il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İJ- №230917 №li doğum şəhadətnaməsində, X9 04 iyul 1950-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İ İE 764429 №li doğum şəhadətnaməsində, X16 22 yanvar 1963-cü il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ N 373049 №li doğum şəhadətnaməsində, X6 26 mart 1965-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ-T №329562 №li doğum şəhadətnaməsində, X15 29 oktyabr 1971-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ-T 310082 №li doğum şəhadətnaməsində ana qrafasında X8, lakin 14 yanvar 1999-cu il tarixdə Maraqlı şəxsndə verilmiş 03 №li ölüm haqqında şəhadətnamədə X10 qeyd olunsa da, X23 ilə X4 eyni şəxs olması ərizəçinin özünün izahatı, şahidlərin izahatları, işdə olan əsaslı və mötəbər sübular, qeyd olunan sənədləri ərizəçinin başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından X15 29 oktyabr 1971-ci il tarixdə Qax ravon zakz idarəsindən verilmiş AZ-T №310082 №li doğum şəhadətnaməsində, X5 20 mart 1956-cı il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İJ- 230917 №li doğum şəhadətnaməsində, X9 04 iyul 1950-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İE 764429 №li doğum şəhadətnaməsində, X16 22 yanvar 1963-cü il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ 373049 №li doğum şəhadətnaməsində, X6 26 mart 1965-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ-T 329562 №li doğum şəhadətnaməsində, Ərizəçi 17 noyabr 1967-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ № ******* №li doğum şəhadətnaməsində ana qrafasında yazılan X23 ilə 14 yanvar 1999-cu il tarixdə Maraqlı şəxsndə verilmiş 03 №li ölüm haqqında şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «X15 29 oktyabr 1971-ci il tarixdə Qax ravon zakz idarəsindən verilmiş AZ-T №310082 nömrəli doğum şəhadətnaməsində, X5 20 mart 1956cı il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İJ № 230917 nömrəli doğum şəhadətnaməsində, X9 04 iyul 1950-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş İ-İE №764429 nömrəli doğum şəhadətnaməsində, X16 22 yanvar 1963-cü il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ №373049 nömrəli doğum şəhadətnaməsində, X6 26 mart 1965-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ-T №329562 nömrəli doğum şəhadətnaməsində, Ərizəçi 17 noyabr 1967-ci il tarixdə Qax rayon zakz idarəsindən verilmiş AZ №1336378 nömrəli doğum şəhadətnaməsində ana qrafasında yazılan X23 ilə 14 yanvar 1999-cu il tarixdə Maraqlı şəxsndə verilmiş 03 nömrəli ölüm haqqında şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi» barədə ərizəsi təmin edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar