Məhkəmə qərarları › İş №2(024)-924/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-924/2025

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-924/2025 25.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X7 29 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 nömrəli ölüm haqqında şəhadətnaməsində, yazılan X8 ilə 20 iyun 1953-cü il tarixdə verilmiş BE-N-764288nömrəli şəhadətnamədə yazılmış X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 25 fevral 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mərhum anası X9 29 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 nömrəli ölüm haqqında şəhadətnaməsində yazılan X10 ilə 20 iyun 1953-cü il tarixdə verilmiş BE-N-764288nömrəli şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, o xx xxxx 1963-cü il tarixdə Qax rayonu, Marsan kəndində anadan olmuşdur. Onlar ailədə 4 uşaq olmuşlar. Bacısı X20 10 iyun 1963-cü il tarixdə anadan olmuşdur. Anası X8 26 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı kəndində vəfat etmişdir. Bacsı və bacı qardaşları doğum şəhadətnaməsi alarkən heç biri fikir verməmişlər. Bacısı Qalinanın doğum şəhadətnaməsində ana qrafasında ana adının X8 əvəzinə texniki səhv olaraq X16 kimi yazılmışdır. Anasının bütün digər sənədlərində və ölüm haqqında şəhadətnamədə X8 kimi yazılmışdır. Onlar hər uyğunsuzluq ona və bacı qardaşlarına mane olur. Analarından qalan miras əmlakı öz adlarına sənədləşdirə bilmirlər. X8 ilə bacısı Qalinanın doğum şəhadətnaməsində ana qrafasında yazılmış X3 eyni şəxs olmasını bütün kənd camaatı sübut edə bilər. Bu sənəddəki uyğunszuluq Qax rayon Notariat Ofisində onun analarının vərəsəsi olmasını sübut etməkdə çətinlik yaradır. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o Qax rayonu, Məhkəməsinə mərhum anası X7 29 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 nömrəli ölüm haqqında şəhadətnaməsində, yazılan X8 ilə 20 iyun 1953-cü il tarixdə verilmiş BE-N-764288-nömrəİi şəhadətnamədə yazılmış X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiada səhvən anasının atasının adını Nikonorovna əvəzinə Nikolayevna yazmışdır. Zərurət olduğundan iddia tələbini dəqiqləşdirərək mərhum anası X9 29 noyabr 2004-cü il tarixdə Qax rayonu Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 nömrəli ölüm haqqında şəhadətnaməsində yazılan X10 ilə 20 iyun 1953-cü il tarixdə verilmiş BE-N- 764288-nömrəli şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bacısı X20 10 iyun 1963-cü il tarixdə anadan olmuşdur. Anası Z.N.Sergiyenko 26 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı kəndində vəfat etmişdir. Bacısı və bacı qardaşları doğum şəhadətnaməsi alarkən heç biri fikir verməmişlər. Bacısı Qalinanın doğum şəhadətnaməsində ana qrafasında ana adının Z.N.Sergiyenko əvəzinə texniki səhv olaraq Z.N.Əhmədova kimi yazılmışdır. Anasının bütün digər sənədlərində və ölüm haqqında şəhadətnamədə Z.N.Sergiyenko kimi yazılmışdır. Onlar hər uyğunsuzluq ona və bacı qardaşlarına mane olur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 göstərdi ki, o ərizəçinin atası və anasını tanımışdır. X10 ilə X17 eyni şəxslərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, o ailəsi ilə Qax rayonu, Turaclı kəndində yaşamışdır. Onun uşaqlıq vaxtlarında ərizəçinin ailəsi Turaclı kəndinə gəlmişlər. Onların evi olmadığı üçün atası qəbul etmişdir. Ərizəçinin atası, anası, bacıları vardır. Həmin vaxtı Aleksandr anadan olmamışdı. Aleksandr doğulduqdan sonra onun ailəsinə Turaclı kəndində ev vermişlər. Ziniaida Sergiyenki uzun müddət kənddə aşpaz işləmişdir. Yəni o ərizəçini və ailə üzvlərini yaxından tanıyır. Təsdiq edir ki, X10 ilə X17 eyni şəxslərdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs rəisi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BE-524879 №li doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, 03 fevral 1951-ci ildə doğulmuş X13 atası X21, anası X5. BE-764288 №li doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, 10 iyun 1953cü ildə doğulmuş X14 atası X21, anası X6. AZ-441775 №li doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1963-cü ildə doğulmuş Ərizəçi qızının anası X6. AZ-İ 121216 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 21 noyabr 2004-cü ildə ölmüşdür. Maraqlı şəxs verdiyi 08 iyul 202-ci il tarixli 3-16-5/8-xx-xx/2025 №li məktubdan görünür ki, ərizəçinin müraciətinə əsasən yoxlama aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Z.Serqiyenkonun nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Qızı X26ovnanın doğumu haqqında şəhadətnamədə ananın soyadı Əhmədova, digər uşaqlarının doğumu haqqında şəhadətnamədə soyad Serqiyenko qeyd olunmuşdur. Təqdim olunan sənədlərdə uyğunsuzluq olduğuna görə ailə üzvləri haqqında arayışın verilməsi mümkün deyil. JN-056A, KOD 40317018 №li torpağa mülkiyyət hüququna dair Şəhadətnamədən görünür ki, Qax rayonu Turaclı kəndində yerləşən 0.12 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin anası X12 26 noyabr 2004-cü il tarixdə Qax rayonu Turaclı kəndində vəfat etmişdir. Ərizəçinin bacısı X14 doğum haqqında şəhadətnaməsində ana adı X16 kimi, lakin ölüm haqqında şəhadətnamədə isə X11 kimi qeyd olunmuşdur. Qeyd olunan uyğunsuzluqlar ərizəçiyə Qax rayon Notariat Ofisində anasından miras qalmış əmlakları qəbul etməsinə maneçilik yaratmışdır. Ərizəçi qeyd olunan uyğunsuzluqlarla bağlı müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin qeyd olunan sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hal-hazırda ərizəçinin bacısı X15 mərhum anası X9 verilmiş BE-N-764288-nömrəli şəhadətnamədə ana adı X17, 29 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 nömrəli ölüm haqqında şəhadətnaməsində isə X10 qeyd olunsa da, X17 ilə X2 eyni şəxs olması ərizəçinin özünün izahatı, şahidlərin izahatları, işdə olan əsaslı və mötəbər sübular, qeyd olunan sənədləri ərizəçinin başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin mərhum anası X9 29 noyabr 2004-cü il tarixdə Qax rayonu Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 №li ölüm haqqında şəhadətnaməsində yazılan X10 ilə 20 iyun 1953-cü il tarixdə verilmiş BE-N-764288-nömrəli şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «mərhum anası X9 29 noyabr 2004-cü il tarixdə Qax rayonu, Turaclı ƏİN-dən verilmiş AZ-N 121216 nömrəli ölüm haqqında şəhadətnaməsində yazılan X10 ilə 20 iyun 1953-cü il tarixdə verilmiş BE-N-764288-nömrəli şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktının müəyyən edilməsi» barədə ərizəsi təmin edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar