Məhkəmə qərarları › İş №2(025)-1/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1/2024

06.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1/2024 06.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X10 hüquqi varisi Kərimova Həcər Ramiz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs X9 qarşı «Torpaq sahəsi üzərində özbaşına tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş «B» tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsi üzərində özbaşına tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş «B» tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh2 və Cavabdeh1 vəkili Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızının, X10 hüquqi varisi Kərimova Həcər Ramiz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs X9 qarşı «Torpaq sahəsi üzərində özbaşına tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş «B» tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı və mərhum X10 hüquqi varisi Kərimova Həcər Ramiz qızıməhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, ümumi paylı mülkiyyətlərinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr əsasında mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, sonuncunun həmin hissədən çıxarılması, özbaşına tikilmiş tikililərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 «a» saylı yaşayış evinin «Texniki pasportu»nda qanuni «B» tikilisinin Cavabdeh1 öz vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2021-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı və X10 hüquqi varisi Kərimova Həcər Ramiz qızı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 və X13 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər əsasında mülkiyyətlərində olan torpaq sahəsində Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması, onuntərəfindən özbaşına tikilmiş tikililərin onun vəsaiti hasabına sökülməsi, torpaq sahəsinin boşaldılması və cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini onun vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə məhkəmədə baxılarkən, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıların razılığı ilə Cavabdeh1 arvadı Cavabdeh2 və uşağı Cavabdeh3, habelə mübahisəsi gedən torpaq sahəsinin bir hissəsini almış X14 işə cavabdeh qismində cəlb olunmuşlar. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə ərizə ilə Qəbələ rayon X19 İcrayyə Komitəsinə müraciət etmişdir. Qəbələ rayonu X19 İcrayyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli 261 saylı qərarı ilə 400,0 m2 torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsində iki tikili tikmişlər. Qəbələ şəhəri Nizami küçəsindəki 35 “a” saylı yaşayış evinin “Texniki pasportu”ndan müəyyən olunur ki, həmin pasport 2002-ci ildə tərtib olunmaqla, Qəbələ rayon X19 İcrayyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli 261 saylı qərarı ilə İddiaçı1 ayrılmış 400,0 m2 torpaq sahəsindəki həmin torpaqda A və B tikililər inşa olunmuş fərdi tikililər texniki göstəriciləri Texniki pasportda öz əksini tapmışdır. Bunlar A tikilisi divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan (28,12 kv.metr və 27,74 kv.metr otaqlar) ibarət olan evdir və B tikilisindən ibarətdir. İddiaçı1 bu tikililərdən yalnız A tikilisini divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan (28,12 kv.metr və 24,74 kv.metr otaqlar) ibarət olan evi satmışdır və ailə üzvləridə razılıq vermişdir. Bu barədə Qəbələ rayon Dövlət Notariat Kontorunda İddiaçı1 ilə X17 arasında bağlanmış 4Ə-01-12 saylı reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 məxsus Qəbələ rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin İ/99 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 məxsus olan, ünvan 1 ünvanda yerləşən, A tikilisi 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət evin X1. Qəbələ şəhəri Nizami küçəsindəki 35 “a” saylı yaşayış evinin “Texniki pasportu”nda olan B tikilisini satmamışlar və həmin ünvanda bu günədək yaşayış yeri üzrə pasport qeydiyyatında qalmaqdadırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq onların ailələrinə də torpaq sahəsi ayrılaraq JN-839 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin lazımı qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən Qəbələ şəhərində X5 və ailə üzvləri X6, X15, İddiaçı3 və X10 ümumi mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında 804 “b” nömrə ilə kitabda qeydiyyat aparılmışdır. JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən Qəbələ şəhərində X5 və ailə üzvləri X6, X15, İddiaçı3 və X10 ümumi mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında 804 “a” nömrə ilə kitabda qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən onların yuxarıda qeyd etdikləri sənədlər əsasında mülkiyyətlərində olan torpaq sahələrində özbaşına ev tikmişdir. Halbuki, onlar bu torpaq sahəni ona satmamışlar. Yuxarıda qeyd olunan 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsində “Torpağın mülkiyyətə verilməsi barədə” JN-839 G və JN-839 F saylı şəhadətnamələr adı qeyd edilməmiş və bu alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Cavabdeh1 Qəbələ rayon məhkəməsində onlara, yəni İddiaçı1, İddiaçı2, X15, İddiaçı3 və X16 qarşı iddia qaldıraraq, JN-839 G və JN-839F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş, müvafiq olaraq 0,03 və 0,07 ha torpaq sahələrinin alqı-satqı müqaviləsinin baş tutmuş hesab edilməsi barədə iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışında iddiaçı Cavabdeh1, Azəbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə verib, CN-839 və CN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması haqqında ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Qəbələ rayon məhkəməsinin 13 noyabr 2014-cü il tarixli 2(025)-979/2014 saylı qətnaməsi ilə iddiaçının onlara qarşı iddia tələbini təmin edərək qət etmişdir ki, “cavabdehlər İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 və X13 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-389 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız hesab edilməsi” qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinin maddi və prosessual hüquq normalarının kobud pozulması ilə çıxarılmasını qeyd edərək, onun qanunsuz və əsasız olduğuna görə onunla hec cür razılaşmayaraq apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 06 iyul 2017-ci il tarixli 2(107)-1287/2017 saylı qətnaməsi ilə haqlı olaraq onların apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli 2(025)-979/2014 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 məhkəmədə cavabdehlər İddiaçı1, İddiaçı2, X15, İddiaçı3 və X16 qarşı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsitəmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 06 iyul 2017-cü il tarixli 2(107)-1287/2017 saylı qətnaməsindən narazı qalan iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili ali məhkəməyə kassasiya şikayəti vermişdir. İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 06 iyul 2017-ci il tarixli 2(107)-1287/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin müqavilədə onlar tərəfindən JN-839 G və JN-839 F saylı şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Nəzərə alınmalıdır ki, heç həmin tarixdə onlara bu qeyd olunan (0,03 hektar torpaq sahəsi) JN-839 G və (0,07 hektar torpaq sahəsi) JN-839 F saylı şəhadətnamələr əsasında torpaq verilməmişdir, həmin torpaq sahələri qeyd olunan alqı-satqı müqaviləsindən xeyli sonra, 2002-ci ilin oktyabr ayında verilmişdir. 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsində “Torpağın mülkiyyətə verilməsi barədə” JN-839 G və JN-839 F saylı şəhadətnamələr adı qeyd edilməmiş və bu alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən onların torpaq sahələri özbaşına zəbt edərək orada olan və texniki pasportda göstərilən “B” tikilisini sökmüşdür, halbuki, “B” tikilisi alqı-satqı predmeti olmamışdır. Həmçinin alqı-satqı müqaviləsindən 5 ay sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında adlarına olan mülkiyyət (JN-839 G və JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”yə) əsasən paylı mülkiyyətlərində olan mülkiyyətçilərin öz payının satılmasına dair alqı-satqı müqaviləsində qeyd olmadığı bu şəhadətnamələrin etibarsız hesab etmə barədə iddia etməsinin heç bir hüquqi əsası olmamışdır. Bunu Ali Məhkəmənin 29 noyabr 2017-ci il tarixli 2(102)-8278/2017 saylı qanuni qüvvəsini almış məhkəmə qərarı bunu sübut edir. Yuxarıda qeyd olunduğu kimi Qəbələ rayon Dövlət Notariat Kontorunda İddiaçı1 ilə X17 arasında bağlanmış 4Ə-01-12 saylı reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, İddiaçı1 məxsus Qəbələ rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin İ/99 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 2 ünvanda yerləşən, 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə iki otaqdan ibarət evin X2. Həmin müqavilədə onlar tərəfindən JN-839 G və JN-839 F saylı şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Nəzərə alınmalıdır ki, heç həmin tarixdə onlara bu qeyd olunan (0,03 hektar torpaq sahəsi) JN-839 G və (0,07 hektar torpaq sahəsi) JN-839 F saylı şəhadətnamələr əsasında torpaq verilməmişdir, həmin torpaq sahələri qeyd olunan alqı-satqı müqaviləsindən xeyli sonra, 2002-ci ilin oktyabr ayında verilmişdir. Beləliklə də, Cavabdeh1 özbaşnalığı nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Onlar buna görə də cavabdehin özbaşınalığının qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması və “B” tikilisinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı ədalət ümidilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh1 tərəfində onların mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçıların çıxarılmasını tələb etdikləri torpaq sahəsində həyat yoldaşı Cavabdeh1 adına qeydə alınmış fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılma istisna olmaqla, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə2Cavabdeh1 adına qeydə alınmış fərdi yaşayış evinin olmasının nəzərə alınmasını, fərdi yaşayış evinin yerləşdiyi hissəsində iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçılar və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü çəxs X7 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçıların, Cavabdeh3 və üçüncü şəxs X7iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasda iştirak edən şəxslərinizahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-839 G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasəm, Qəbələ şəhərində X5 və ailə üzvləri X6, X15, İddiaçı3 və X10 ümumi mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında 804 “b” nömrə ilə kitabda qeydiyyata alınmışdır. İşdə olan JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasəm, Qəbələ şəhərində X5 və ailə üzvləri X6, X15, İddiaçı3 və X10 ümumi mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında 804 “a” nömrə ilə kitabda qeydiyyata alınmışdır. İşdə olan Qəbələ şəhəri Nizami küçəsindəki 35 “a” saylı yaşayış evinin “Texniki pasportu”ndan müəyyən olunur ki, həmin pasport 2002-ci ildə tərtib olunmaqla, Qəbələ rayon X19 İcrayyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli 261 saylı qərarı ilə cavabdeh İddiaçı1 ayrılmış 400,0 m2 torpaq sahəsini və həmin torpaqda inşa olunmuş iki otaqlı fərdi yaşayış evinin texniki göstəricələrini özündə əks etdirir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsininxx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45.9 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh1 adına, 0,07 ha torpaq sahəsi isə İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 233 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 5 ünvanındaX7 adına 0,03 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 24fevral 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyində göstərilmişdir:

1. Qəbələ rayon AlK-nın 26 fevral 2001-ci il tarixii 03 nömrəli qərarı ilə X5, X4, X8, İddiaçı3, X10 birgə mülkiyyətinə JN-839 G (KOD: ********) nömrəli və JN-839 F (KOD: ********) nömrəli "Torpağın mülkiyyətə vərilməsinə dair" şəhadətnamələrə əsasən verilmiş 0,03 hektar və 0,07 hektar torpaq sahələrinin hüdudları müəyyən edilmişdir. (yerquruluşu planı 1,2,3).

2. Hüdudları müəyyən edilmiş JN-839 F (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi Cavabdeh1, JN-839 G (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,03 hektar torpaq sahəsi X7 istifadəsindədir (yerquruluşu planı 2, 3).

3. Cavabdeh1 istifadəsində olan JN-839 F (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsində 2 (iki) ədəd yayayış, 1 (bir) ədəd qeyri-yaşayış tikilisi mövcuddur. Cavabdeh X7 istifadəsində olan JN-839 G (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,03 hektar torpaq sahəsində tikili mövcud deyil.

4. Baş X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı1 adına aprel 2002-ci il tarixdə tərtib olunmuş Qəbələ şəhəri, Nizami küçəsindəki 35 "A" saylı yaşayış evinin "Texniki Pasportu"ndakı "B" tikilisi (talvar) iddiaçının mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin üzərində yerləşir və həmin "B" tikilisi hal-hazırda mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 və X13 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə CN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə CN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, X15, İddiaçı3 və X16 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2-1(102)-1111\2019 nömrəli qərarından görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızına qarşı şəhadətnamələrin ləğv edilməsi haqqında iddia tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçıların iddiasının cavabdeh Qəbələ rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslərin ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə ləğv edilməsi hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmçinin həmin tarixli qərarla cavbadeh idarənin üzərinə JN-839G və JN-839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməməsi qərara alınmışdır. Həmçinin 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Kərimova Həcər Ramiz qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı1 və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər İddiaçı1 və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-52/2021 nömrəli qərardadından görünür ki, üçüncü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)- 1048/2018 saylı qərarının ləğv edilməsi, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızına qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-883/2021 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-52/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarından görünür ki, İddiaçı X14 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, X15, X18, İddiaçı3 və X10 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi və vicdanlı alıcı X9 məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)- 939/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 09 aprel 2024-cü il tarixli, e-2-1(116)-939/2023 nömrəli məktubda göstərilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarının icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana 1 (bir) ay müddət müəyyən edilməsi və əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarı

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Məhkəmənin mövqeyi:

Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-839 G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən Qəbələ şəhərində iddiaçılar X5, X4, X8, İddiaçı3 və X10 ümumi mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən Qəbələ şəhərində iddiaçılar X5, X4, X8, İddiaçı3 və X10 ümumi mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir.Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 və X13 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə CN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə CN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, X15, İddiaçı3 və X16 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MKnın 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızına qarşı şəhadətnamələrin ləğv edilməsi haqqında iddia tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçıların iddiasının cavabdeh Qəbələ rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslərin ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə ləğv edilməsi hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmçinin həmin tarixli qərarla cavbadeh idarənin üzərinə JN-839G və JN-839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməməsi qərara alınmışdır. Həmçinin 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Kərimova Həcər Ramiz qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı1 və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər İddiaçı1 və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.Daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-52/2021 nömrəli qərardadına əsasən üçüncü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)-1048/2018 saylı qərarının ləğv edilməsi, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızına qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-883/2021 nömrəli qərarına əsasən isə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-52/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarları qanuni qüvvələrini aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45.9 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh1 adına, 0,07 ha ha torpaq sahəsi isə İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan əlavə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 233 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarın ilə isə müəyyən edilir ki, iddiaçı X14 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, X15, X18, İddiaçı3 və X10 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi və vicdanlı alıcı X9 məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbində ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər əsasında mülkiyyətlərində olan torpaq sahəsindən Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması, onun tərəfindən özbaşına tikilmiş tikililərin onun vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini onun vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbini ilk növbədə iddiaçıların mülkiyyətinə JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a) əsasən verilmiş 0,07 ha ha torpaq sahəsiilə bağlı aşağıdakıları qeyd edir: JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a) 0,07 ha torpaq sahəsi İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 24 fevral 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyində Hüdudları müəyyən edilmiş JN-839 F (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi Cavabdeh1 istifadəsində olması göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyiJN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»)və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iddia etdiyi və mülkiyyətlərində olan torpaq sahəsi 0,07 hektar təşkil edir. JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a)əsasən İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi tam həcmdə Cavabdeh1 istifadəsində olduğundan və həmin hissə Cavabdeh1 tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətlərində olan 0,07 ha torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, eyni zamanda iddiaçılara məxsus Cavabdeh1 istifadəsində olan 0,07 hektar torpaq sahəsində özbaşına tikililər tikildiyindən, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdiyi maneələr mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması və özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdikləri 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmasına baxmayaraq, bütövlükdə Cavabdeh1 tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçılar iddia tələblərində cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini cavabdehin vəsaiti hesabına bərpa edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 24 fevral 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyində isə göstərilmişdir ki, Baş X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı1 adına aprel 2002-ci il tarixdə tərtib olunmuş Qəbələ şəhəri, Nizami küçəsindəki 35 "A" saylı yaşayış evinin "Texniki Pasportu"ndakı "B" tikilisi (talvar) iddiaçının mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin üzərində yerləşir və həmin "B" tikilisi hal-hazırda mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini onun vəsaiti hesabına bərpa edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbini iddiaçıların mülkiyyətinə JN-839 G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a) əsasən verilmiş 0,03 ha ha torpaq sahəsiilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətlərində olduğunu iddia etdikləri 0,03 ha torpaq sahəsiAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X7 adına 0,03 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarından isə görünür ki, iddiaçı X14 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, X15, X18, İddiaçı3 və X10 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi və vicdanlı alıcı X9 məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)- 153/2024 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X15, X18, İddiaçı3 və X10 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarış ləğv edilmiş və vicdanlı alıcı X9 məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 09 aprel 2024-cü il tarixli, e-2- 1(116)-939/2023 nömrəli məktubda göstərilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarının icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana 1 (bir) ay müddət müəyyən edilməsi və əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi İddiaçı1, İddiaçı2, X15, X18, İddiaçı3 və X10 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəliqərarları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçılara aid edilməli, 15 manat dövlət rüsumu isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçılara ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə X5, X4, X8, İddiaçı3 və X10 birgə mülkiyyətinə JN- 839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») əsasən verilmiş 0,07 torpaq sahəsindən cavabdehlər çıxarılmalı, cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililər cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə X5, X4, X8, İddiaçı3 və X10 birgə mülkiyyətinə JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a) əsasən verilmiş 0,07 torpaq sahəsindən cavabdehlər çıxarılsın, cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililər cavabdehlərin hesabına sökülsün və torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçılara aid edilsin, 15 manat dövlət rüsumu isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar