Məhkəmə qərarları › İş №2(025)-1000/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1000/2020

06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1000/2020 06.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən verilmiş JN-1081 B nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin, onlara (Ərizəçi1, X7) və digər ailə üzvlərinə məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara və digər ailə üzvlərinə Qəbələ rayonu Vəndam qəsəbəsində JN-1081B nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 1.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 adı səhvən “Gülxara” kimi, Ərizəçi2 adı səhvən “Kəbirə” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq şəhadətnamədə göstərilən səhv qeydlər aparıldığından bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1081B (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8, X2, X4, X9, X6 və X1 ümumi birgə mülkiyyətinə 1,02 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxx 1963-cü il tarixli АЗ № 364846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1963-cü il tarixdə Ağdaş rayonu, Vəndam qəsəbəsində anadan olmuş, ata qrafasında X12 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxx 1985-ci il tarixli İİİ-ЖГ № 432880 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxx 1985-ci il tarixdə X5 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə X11 soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan xx xxxxxx 1957-ci il tarixli İ-ИЕ № 001893 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1957-ci il tarixdə X8 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə X11 familyası verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1957ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1939-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur və həmin qəsəbədə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 1,02 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1081B (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X6” və “Ərizəçi1” əvəzinə “X2” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1081B (Kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilərƏrizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar