Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1004/2020 08.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X8 xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X1, X2 və X5 adına verilmiş JN-1304F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1304F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adının siyahısında 3-cü sırada soyadı texniki səhv olaraq Ərizəçi əvəzinə X3 qeyd edilmişdir. Paylı mülkiyyətlərində olan 0,16 ha torpaq sahəsini özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN-1304F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadını Ərizəçi əvəzinə texniki səhv olaraq X3 qeyd olunmuşdur. JN-1304F saylı kodu 40601004 olan torpaq şəhadətnaməsində qeyd edilən texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. Hesab edir ki, JN-1304F saylı şəhadətnamədə soyadının Abdullayeva əvəzinə “Nəbiyeva” kimi qeyd edilməsi texniki səhvdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində soyadı düzgün olaraq Abdullayeva kimi qeyd edilmişdir. İV-ЖГ № 498534 saylı doğum haqqında şəhadətnamədə soyadı Yusibova kimi qeyd edilmişdir. xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Vİİ-ЖГ № 311160 saylı nikahın bağlanması haqqında şəhadətnamədə nikah bağlananadək soyadı Yusibova, nikah bağlandıqdan sonra soyadı Abdullayeva kimi qeyd edilmişdir. JN-1304F saylı torpaq şəhadətnaməsində soyadındakı texniki səhvə məhkəmə qaydasında düzəliş edilməlidir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 1304F nömrəli (kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X4, X6 və X5 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonunda 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxx 1977-ci il tarixli, İV- ЖГ seriyalı, 498534 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1977-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 311160 №-li «Nikahın bağlanması haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X7 xx xxxxxx 1997-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxx 2020-ci il tarixli **********70 nömrəli məktubundan görünür ki, JN-1304F nömrəli “«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ raylon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 808 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 saylı ünvanda yaşayır. İşdə olan ərizəçiyə aid Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” qızı kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X4, X6 və X5 birgə mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1304F nömrəli (kod:40601004) şəhadətnamədə Ərizəçi soyadı səhvən «Nəbiyeva» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Yusibova, nikaha daxil olduğdan sonra Abdullayeva olduğundan, onun soyadının Abdullayeva (Yusibova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X4, X6 və X5birgə mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1304F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Abdullayeva (Yusibova) Samirə Rasim qızına aid hissədə Abdullayeva (Yusibova) Samirə Rasim qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1004/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1004/2020
08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver