Məhkəmə qərarları › İş №2(025)-1004/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1004/2022

31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1004/2022 31.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Nümayəndə, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Nümayəndə, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X7, Nümayəndə, X8, X2 və X9 adına verilmiş JN - 1345A nömrəli (kod:********) və Qəbələ rayon AİK-in 28 oktyabr 1998ci il tarixli 19 nömrəli qərarına əsasən X7, Nümayəndə, Ərizəçi3, X2 və X3 adına verilmiş JN - 1273 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının bizə aid hissəsədə bizə - Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni Nümayəndə, X10, X5, X11 və mərhum X12 Qəbələ rayonu Vəndam kəndində JN-1345A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,16 ha həyətyanı torpaq sahəsi və JN - 1273 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə o - Ərizəçi3 adı səhvən "Kamal" kimi, o - Ərizəçi2 soyadı səhvən "Cəlilova" kimi, o-Ərizəçi4 soyadı səhvən "Cəlilov" kimi göstərilmişdir. Eyni zamanda dövlət aktında o-Ərizəçi2 soyadı səhvən "Cəlilova" kimi, o-Ərizəçi4 soyadı səhvən "Cəlilova", adı səhvən "Familə" kimi göstərilmişdir. Lakin onlara məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və nikah haqqında şəhadətnamələrdə ad, soyad və ata adları Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 kimi göstərilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni və torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1273 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Nümayəndə, X8, X2 və X3 ümumi birgə mülkiyyətinə 1.42 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 1345A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X7, Nümayəndə, X8, X2 və X9 ümumi birgə mülkiyyətinə 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T 193066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 adı “Kamil” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə “Kamil” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Məmmədağalı kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ 826662 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 ilə X15 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Cəlilov, arvada Rəhmanova soyadı verilmişdir. Burada Ərizəçi3 adı “Kamil” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli XVİİ- JQ 410780 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi4 soyadı “Cəlilli”, ata adı “Əfrasim oğlu” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Cəlilli” olaraq, ata adı “Əfrasim oğlu” qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli İV-JQ 471606 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi X1 “Cəlilli” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Tüntül kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 708245 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Burada ərizəçi Süleymanova (Cəlilli) Cəmilə Əfrasim qızının soyadı “Cəlilli” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 09785581 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Süleymanova (Cəlilli) Cəmilə Əfrasim qızının tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.42 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 1273 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “X16” əvəzinə “X13”, “Ərizəçi4” əvəzinə “X14” səhv olaraq, həmçinin 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 1345A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “X16” əvəzinə “X13”, “Ərizəçi4” əvəzinə “X18” kimi və “Ərizəçi3” əvəzinə “X19” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1345A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-1273 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Süleymanova (Cəlilli) Cəmilə Əfrasim qızına, Ərizəçi3 və Ərizəçi4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar