Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1005/2020 03.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon X21 xx xxx 1998-ci il tarixli, 11 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0084 saylı dövlət aktı ilə mərhum X9, X17 və X10 adına verilmiş torpaq sənədinin onlara, yəni X6 və ona paylı mülkiyyət hüququ əsasında məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X21 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ailə üzvü dedikdə o, mərhum əri X11 və X14r. Ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair JN-0084 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onlara təqdim olunmuşdur. JN-0084 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında mərhum əri X1 Burcalıyev kimi, onun soyadı Burcalıyeva, ata adı Mubaq və X3 Burcalıyev kimi göstərilmişdir. Lakin, mərhum X4 ölüm şəhadətnaməsində soyadı Borcalıyev, onun şəxsiyyət vəsiqəsində soyadı Borçalıyeva, ata adı Mabud kimi, X3 Burcalıyev kimi qeyd olunmuşdur ki, bu da onlara müəyyən problemlər yaratmışdır. Bu səbəbdən paylarının bölünərək hər birinin adına “Çıxarış” alınması və payları üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Lakin JN-0084 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən X9, X18 qızı, X10 inisialları X6, Ərizəçi və X15 məxsusdur. Sözügedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baximdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Bununla əlaqədar olaraq adlarına “Çıxarış” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X38 müraciət etmişdir. Lakin DƏDRX-nin Qəbələ Ərazi ona “Çıxarış” verməkdən imtina etmiş və xx xxxx 2020-ci il tarixli, **********31 saylı məktubla bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN – 0084 nömrəli (kod:40615018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X9, X19, X23 və X7 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu Tikanlı kəndində 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 1957-ci il tarixli, İ-ЙЕ seriyalı, 215789 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1954-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan xx.xx.1975-ci il tarixli, İ-ЖГ seriyalı, 309198 №-li «Nikahın bağlanması haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X16 xx xxxxxx 1975-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Borçalıyev, arvada Borçalıyeva soyadı verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, AZ-lİ seriyalı, 029800 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə Qəbələ rayonu Tikanlı kəndində vəfat etmişdir və bu barədə xx.xx.2010-cu il tarixdə 12 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********31 nömrəli məktubundan görünür ki, JN- 0084 nömrəli “«Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ rayon Tikanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 357 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X13, X20, X24 və X8 birgə mülkiyyətinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 0084 nömrəli (kod:40615018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı səhvən «Burçalıyeva», ata adı səhvən «Mubad», mərhum X2 səhvən «Burçalıyev» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X9, X19, X23 və X7 birgə mülkiyyətinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 0084 nömrəli (kod:40615018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi və mərhum X6 aid hissədə Ərizəçi və mərhum X6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1005/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1005/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver