Məhkəmə qərarları › İş №2(025)-1006/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1006/2021

24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1006/2021 24.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 25.02.1999-cu il tarixli 04 saylı qərarı ilə X8, X4, X9 Razmiki, X1 adına verilmiş JN-594 saylı, kodu 40600068 olan dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi, Qəbələ rayon AİK-nin 25.02.1999-cu il tarixli 04 saylı qərarı ilə X10, X4, X5, X2, X6 və X3 adlarına verilmiş JN-594A, 594G, 594H və 594F saylı, kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin 25.02.1999-cu il tarixli 04 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-594 saylı dövlət aktında, JN- 594A saylı, 594G saylı, 594H saylı və 594F saylı şəhadətnamələrdə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 4-cü sırada Ərizəçi soyadı və adı texniki səhv olaraq Ərizəçi əvəzinə “Nasibova Radmila” kimi qeyd edilmişdir. Qeyd edilən JN-594 saylı kodu 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 0,04 ha, JN-594A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,22 ha, JN-594G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,71 ha, JN-594H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,05 ha və JN-594F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 1,13 ha torpaq sahəsi üzrə payları müəyyən etmək məqsədilə DƏDRX-nin 9 saylı Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd edilən JN-594 saylı dövlət aktında, JN-594A saylı, 594G saylı, 594H saylı və 594F saylı şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 4-cü sırada Ərizəçi soyadı və adı texniki səhv olaraq Ərizəçi əvəzinə “Nasibova Radmilla” kimi qeyd edilmişdir. Qeyd olunan torpaq sənədlərindəki texniki səhvləri düzəliş etmədən əməliyyat aparılması mümkün deyildir. Qeyd edilən texniki səhvlərə məhkəmə vasitəsilə düzəliş edilməlidir. AZE 09264863 saylı şəxsiyyət vəsiqəsində soyadı və adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. XX-ЖГ 374756 saylı doğum haqqında şəhadətnamədə də soyadı və adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-594G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X10, X4, X5, X2, X7 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,71 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-594H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X10, X4, X5, X2, X7 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-594F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X10, X4, X5, X2, X7 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-594A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X10, X4, X5, X2, X7 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X8, X4, X5 və X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09 aprel 1997-ci il tarixli, XX- ЖГ seriyalı, 375756 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli **********15 nömrəli məktubundan görünür ki, JN-594A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2020-ci il tarixli, 158 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Nic qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 714 nömrəli arayışdan görünür ki, Ərizəçi adı, soyadı və atasının adı Ərizəçi olduğu halda JN-594H KOD40600068, JN 594A KOD40600068, JN-594G KOD40600068 və JN-594F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X2 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X2 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X10, X4, X5, X2, X7 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-594G, JN-594H, JN-594F və JN-594A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X8, X4, X5 və X1 birgə mülkiyyətlərinə verilmiş JN- 594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı səhvən “Nasibova”, adı səhvən “Radmila” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X10, X4, X5, X2, X7 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-594G, JN-594H, JN-594F və JN-594A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X8, X4, X5 və X1 birgə mülkiyyətlərinə verilmiş JN-594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar