Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-102/2022 10.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə X2, X5, Ərizəçi3 Firuddin oğlunun və X6 adına verilmiş JN-797 F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, X7 münasibətdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 26.01.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-797 F saylı, kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada X3 adı texniki səhv olaraq Firidun əvəzinə “Firudddin”, 2-ci sırada Ərizəçi2 adı Məhbubə əvəzinə “Məhubə” kimi, 3-cü sırada Ərizəçi3 ata adı texniki səhv olaraq Firidun əvəzinə “Firuddin” kimi, 4-cü sırada Ərizəçi1 soyadı Kərimov əvəzinə “Kərimova“, adı Elton əvəzinə “Eltək", ata adı “Firidun” əvəzinə “Firuddin qızı” kimi qeyd edilmişdir. Qeyd edilən JN-797 F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan texniki səhv DƏDRX -nin 9 saylı Qəbələ Ərazi İdarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edərkən müəyyən edilmişdir. Qeyd olunan texniki səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Mülkiyyət sənədindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-797F, kod 40601004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26.02.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X1, X4, Ərizəçi3 Firuddin oğlunun və X8 ümumi birgə mülkiyyətinə 0,08 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 07 iyun 1989-cu il tarixdə verilmiş XİV-JQ № 420857 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. Həmçinin ata qrafasında mərhum X3 adı “Firidun”, ana qrafasında Ərizəçi2 adı “Məhbubə” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Bum kənd soveti tərəffindən 06 mart 1957-ci il tarixdə verilmiş İ-İE № 215810 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Məhbubə” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 30 dekabr 1986-cı il tarixdə verilmiş Xİİİ- JQ № 329535 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Firidun” olaraq qeyd edilmişdir. Həmçinin ata qrafasında mərhum X3 adı “Firidun”, ana qrafasında Ərizəçi2 adı “Məhbubə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2022-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X11 19 aprel 1988-ci il tarixdə X9 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Nikah haqqında arayışda Ərizəçi2 adı “Məhbubə” olaraq, mərhum X3 adı “Firidun” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2016-cı il tarixdə verilmiş AZ-İ 825999 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 16 fevral 2006-cı il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X3 adı “Firidun” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 22.07.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 26.04.2010-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Məhbubə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Firidun” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,08 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-797F, kod 40601004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X13” kimi, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Firuddin oğlu” kimi, “Ərizəçi2” əvəzinə “X12” kimi və “X11” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-797F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X7 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-102/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-102/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver