Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1020/2021 29.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Şahismayılzadə (Mürsəlli) Günay Səxavət qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Şahismayılzadə (Mürsəlli) Günay Səxavət qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, Nümayəndə, X10, X6 və X3 adma verilmiş JN-2129A (kod:********) və JN-2129B (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin onlara aid hissədə onlara, yəni Ərizəçi1 qızma və X5 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən onların istifadəsində olan və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-2129A (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən soyadı “Mürsəlov”, adı “Şirvan”, “qızı” sözü əvəzinə “oğlu” kimi, X1 soyadı “Mürsəlova” kimi qeyd olunmuşdur. Həmçinin, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən bizim istifadəmizdə olan və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-2129B (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən soyadı “Mürsəlov”, adı “Şirvan”, “qızı” sözü əvəzinə “oğlu” kimi, X1 soyadı “Mürsəlova” kimi qeyd olunmuşdur. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 05 aprel 2021-ci il tarixli, **********03 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamələr”də soyadları, adları və ata adı düzgün qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2129A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, Nümayəndə, X10, X6 və X3 ümumi birgə mülkiyyətinə 0.15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-2129B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən Nümayəndə, X10, X6 və X3 ümumi birgə mülkiyyətinə 0.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 25.10.2016-cı il tarixli AZ-T № 004918 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Şahismayılzadə (Mürsəlli) Günay Səxavət qızının soyadı “Mürsəlli” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bunud kənd İ.Ə.N tərəfindən verilmiş 02.10.2015-ci il tarixli AZ-İİ№ 018819 saylı nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 arasında 02 oktyabr 2015-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Şahismayılzadə, arvada Şahismayılzadə soyadı verilmişdir. Burada ərizəçi Şahismayılzadə (Mürsəlli) Günay Səxavət qızının soyadı “Mürsəlli” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 20 mart 1971-ci il tarixli AZB № 074614 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 04 may 2021-ci il tarixli AZ- İİ№ 428421 saylı nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 ilə Nümayəndə arasında 31 mart 1993-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Mürsəlov, arvada Mürsəlova soyadı verilmişdir. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.15 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-2129A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və 0.13 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-2129B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X10” və “X7” əvəzinə “X6” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-2129A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-2129B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Şahismayılzadə (Mürsəlli) Günay Səxavət qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1020/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1020/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver