Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1021/2020 07.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi2 və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1158 saylı kod 40601004 saylı şəhdatənmənin Ərizəçi1, Ərizəçi2 və mərhum X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1953-cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində, Ərizəçi2 isə xx.xx.1977-ci ildə ünvan 1 ünvanında yaşayırlar. Qəbələ şəhəri ərazisində Aqrar İslahat aparılan zaman təşkil olunmuş komissiyanın xx xxxxxx 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1158F saylı kod 40601004 saylı şəhadətnaməyə əsasən mülkiyyətlərinə digər mülkiyyətçilərlə birlikdə 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan sənədlə də torpağa dair mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Lakin mülkiyyət sənədi verilən zaman sənəddə “X18” əvəzinə səhv olaraq “X14”, “Ərizəçi1” əvəzinə “X10” və “Ərizəçi2” əvəzinə “X15” qeyd edilmişdir. X32 xx.xx.2012-ci il tarixdə “qan dövranı çatışmamazlığı” xəstəliyindən vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair sənədlərlə şəxsiyyətlərini təsdiq edən sənədlər arasındakı bu uyğunsuzluğu müvafiq qaydada çıxarışın verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edəndə bilmişdir. Buna görə də maraqlı şəxsə müraciət etmiş, lakin maraqlı şəxs xx xxxx 2020-ci il tarixli məktubda yaranmış çətinliklə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də, şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi məqsədiylə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında Ərizəçi2 və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-1158F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X14, X16, X11, Nümayəndə, X12, X15 və X1 birgə mülkiyyətinə JN-1158F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1977-ci il tarixli, V-ЖГ seriyalı, 320678 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1977-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X3, anası X6r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi1 xx xxxxxxxx 1953cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X13, anası X7r. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxx 1982-ci il tarixli, İ-ЖГ seriyalı, 322818 nömrəli “boşanma haqqında” şəhadətnamənin surətindən görünür ki, X18 ilə X17 arasında nikahın pozulması xx xxxx 1982-ci il tarixdə Qutqaşen rayon VVAQ şöbəsində 14 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Ağayeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 065662 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X18 “Qan dövranı çatmamazlığı” xəstəliyindən xx.xx.2012-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 45 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********64 nömrəli məktubundan görünür ki, JN-1158F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1284 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X5 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1158F, kod 40601004 saylı şəhadətnamədə Ərizəçi1 soyadı və ata adı səhvən “X10” kimi, X4 adı isə səhvən “Ramin” kimi yazılmışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1004 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X5 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1158F, kod 40601004 saylı şəhadətnamədə X8 ata adı səhvən “Əhməd” kimi yazılmışdır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X14, X16, X11, Nümayəndə, X12, X15 və X1 birgə mülkiyyətinə 0,57 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-1158F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən «Fərzəliyev», ata adı səhvən «Abdul», Ərizəçi2 adı səhvən «Ramin» və mərhum X8 ata adı səhvən «Əhməd» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni qismən əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN-1158F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adları qeyd olunan hüquq sahiblərindən X11, Nümayəndə, X12 və X2 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və mərhum X9 aid olan hissəsinin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və mərhum X9 məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X14, X16, X11, Nümayəndə, X12, X15 və X1 birgə mülkiyyətinə verilmiş JN-1158F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və mərhum X9 aid hissədə Ərizəçi1, Ərizəçi2 və mərhum X9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1021/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1021/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver