Məhkəmə qərarları › İş №2(025)-1021/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1021/2021

30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1021/2021 30.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-939A, KOD 40800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-1093, KOD 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara dair hissəsində yəni- Ərizəçi1 və Ərizəçi2 qızma məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə Qəbələ rayonu, Bum kənd sakinləri mərhum X3, X11, X12, X15, X6 və onlara yəni-Ərizəçi1, Ərizəçi2 0,10 ha həyətyanı torpaq sahəsinə görə JN-939A, KOD 40800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə ona, mərhum X3 və onlara yəni-Ərizəçi1, Ərizəçi2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.89 ha torpaq sahəsinə görə JN-1093, KOD 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, soyad səhvən “Zeynalova”, ata adı “Qalinur qızı” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1 və Ərizəçi2 kimi yazılır. X1 20.02.2015-ci il tarixində kəskin miokardin infarktından vəfat etdiyindən, hazırda ona məxsus torpaq sahələrinə notariat ofisində vərəsəlik işi açılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmalıdır. Lakin Şəhadətnamədə və Dövlət Aktında soyad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq 09 iyun 2021-ci il tarixli, **********88 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1093 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X2, X8 və X4 ümumi birgə mülkiyyətinə 0.89 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-939A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X2, X8, Ərizəçi1 Qalinur qızının, X4, X9, X13 və X5 ümumi birgə mülkiyyətinə 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Yakutsk şəhəri ZAQS şöbəsi tərəfindən verilmiş 17.04.1972-ci il tarixli İ-CH 274256 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 tam adı “X10” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 25.09.2010-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Yakutsk şəhəri ZAQS şöbəsi tərəfindən verilmiş 19.04.1989-cu il tarixli İ-CH 454886 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X10 ilə X16 arasında 19.04.1989-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 05.10.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bum kənd soveti tərəfindən verilmiş 07 dekabr 1960-cı il tarixli İ-İE № 989925 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.89 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 1093 (Kod: ********) nömrəli « “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-939A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Qalinur qızı” və “Ərizəçi2” əvəzinə “X14” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-939A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə, JN-1093 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar