Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1023/2021 17.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 iştirakları ilə Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Nümayəndə, Ərizəçi2, X8 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, JN-087F, KOD 40600068 saylı və JN-087G, KOD 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və JN-0087, KOD 40600068 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara dair hissədə Nümayəndə, Ərizəçi2, X8 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17 avqust 2021-ci il tarixdə ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəçilər siyahısında qeyd olunmuş X2 adının həmin siyahıdan çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə onlara, Nümayəndə, Ərizəçi2, X8 və Ərizəçi4 Nic kəndi ərazisindən 0,39 ha həyətyanı torpaq sahəsinə görə JN-087F, KOD 40600068 saylı və 0,49 ha həyətyanı torpaq sahəsinə görə JN-087G, KOD 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə onlara, yəni Nümayəndə, Ərizəçi2, X8 və Ərizəçi4 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,49 ha torpaq sahəsinə görə JN-0087, KOD 40600068 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və torpağa mülkiyyət hüququna dair dövlət aktında sonradan onlara məlum olmuşdur ki, soyadları səhvən “Gülmalyan”, 1-ci, 2-ci və 3-cü sırada adları səhvən “Qeras”, “Lauri”, “Qerta”, ata adları səhvən 1-ci, 2-ci və 3-cü sırada “Qaraqinoviç”, “Qerosovna”, “Qerosoviç” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə Nümayəndə, Ərizəçi2, X8 və Ərizəçi4 kimi yazılır. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında soyadı, adı və ata adları səhv qeyd olunduğundan bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Şəhadətnaməni və dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, həmin sənədlərdəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların qaldırılması barədə müraciət etmiş, müvafiq olaraq 09 iyun 2021-ci il tarixli, **********92 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-087F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X3, X10, X9 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-087G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X3, X10, X9 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X3, X10, X9 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 18 avqust 1962-ci il tarixli, АЭ seriyalı, 090988 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1962-ci ildə Qəbələ rayonu Nic kəndində doğulmuş, bu barədə 1962-ci ilin avqustun ayının 18də Qəbələ rayon Nic kənd sovetində 94 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan 30 iyul 2004-ci il tarixli, AZ-İ seriyalı, 510054 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxxx 1989-cu ildə Qəbələ rayonu Nic kəndində doğulmuş, bu barədə 1989-cu ilin may ayının 03-də Qəbələ rayon Nic kənd inzibati ərazisində 85 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Nümayəndə Qaraqinoviç, anası Ərizəçi2 Maisovnadır. İşdə olan 04 oktyabr 2018-ci il tarixli, AZ-T seriyalı, 068199 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx xxxxx 1959-cu ildə Qəbələ rayonu Nic kəndində doğulmuş, bu barədə 1959-cu ilin aprel ayının 25-də Qəbələ rayon Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 88 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X11 Saşa, anası X1r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 may 2021-ci il tarixli, 196 nömrəli Arayışdan görünür ki, X8 xx xxxxxx 1986-cı ildə Qəbələ rayonu Nic kəndində doğulmuş, bu barədə 1986-cı ilin yanvar ayında Qəbələ rayon Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 02 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X13 Qaraqinoviç, anası X5. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.11.2018-ci il tarixli, AZ-İİ seriyalı, 280233 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə ilə X6 26 iyul 1985-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 52 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gülmalov, arvada Gülmalova soyadı verilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə göndərilmiş ərizəçilərə məxsus şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının təsdiqlənmiş surətlərindən görünür ki, ərizəçilərin ad, soyad və ata adı “Nümayəndə”, “Ərizəçi2” və “Ərizəçi4” kimi qeyd edilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş ərizəçilərə məxsus doğum haqqında akt qeydlərinin surətlərindən görünür ki, ərizəçilərin ad, soyad və ata adı “Nümayəndə”, “Ərizəçi2” və “Ərizəçi4” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 09 iyun 2021-ci il tarixli **********92 nömrəli məktubundan görünür ki, JN-087G, 087F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə və JN-0087 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2020-ci il tarixli, 319 nömrəli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Gülmalov Geras Kareginoviç Qəbələ rayonu Nic qəsəbə sakinidir və həmin qəsəbədə yerləşir. İşdə olan ərizəçilərə aid şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, ərizəçilərin ad, soyad və ata adı “Nümayəndə”, “Ərizəçi2” və “Ərizəçi4” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X3, X10, X9 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-087F və JN-087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçi Nümayəndə soyadı səhvən “Gülmalyan”, adı səhvən “Qeras”, ata adı səhvən “Qaraqinoviç”, Ərizəçi2 soyadı səhvən “Gülmalyan”, adı səhvən “Lauri”, ata adı səhvən “Maisovna”, Ərizəçi4 soyadı səhvən “Gülmalyan”, ata adı səhvən “Qerosoviç” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni qismən əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN-087F və JN-087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında adı qeyd olunan hüquq sahiblərindən X7 da məxsusluğu barədə tələb qoyulsa da, o, ərizəçilərin siyahısından çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X3, X10, X9 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-087F və JN-087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 aid hissədə Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X3, X10, X9 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-087F və JN-087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 aid hissədə Nümayəndə, Ərizəçi2 və Ərizəçi4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1023/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1023/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver