Məhkəmə qərarları › İş №2(025)-1025/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1025/2020

04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1025/2020 04.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-061F, KOD 40613038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-0061, KOD 40613038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona yəni-X8 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə JN-126 nömrəli kodu 40604048 olan Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 5-ci sırada Ərizəçi2 adı texniki səhv olaraq X1 qeyd edilmişdir. Bundan əlavə Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş, JN-119A saylı kodu 40604048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada Ərizəçi1 əvəzinə texniki səhv olaraq Ərizəçi1 Əjdər oğlu, 5-ci sırada isə Ərizəçi2 əvəzinə texniki səhv olaraq X3 qeyd edilmişdir. Qeyd olunan mülkiyyət sənədləri üzrə olan torpaq sahələrinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki,göstərilən Dövlət aktı və şəhadətnamədə ad,ata adı və soyadda texniki səhvlərə yol verilmişdir. Belə ki İN-126 saylı ,kodu 40604048 olan Dövlət aktında hüquq subyektləri siyahısında 5-ci sırada Ərizəçi2 əvəzinə soyad və ata adında düzgün qeyd aparılmamış X1 səhv qeyd aparılmışdır. Bundan əlavə İN-119A saylı şəhadətnamədə isə hüquq sahiblərinin siyahısında 1-ci sırada Ərizəçi1 əvəzinə səhv qeyd aparılaraq Ərizəçi1 Əjdər oğlu yazılmışdır. Hüquq sahiblərinin siyahısında 5-ci sırada isə Ərizəçi2 əvəzinə Məsimli Teymur oğlu kimi qeyd edilməklə adı səhv yazılmışdır. Qeyd olunan səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlar. Odur ki, məhkəmə işə Ərizəçi2 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-126 (Kod: 40604048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Ərizəçi1 Əşkər oğlu, X5, X14, X11 və X6 ümumi birgə mülkiyyətinə 2.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 119A (Kod: 40604048) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən Ərizəçi1 Əjdər oğlu, X5, X14, X11 və X7 ümumi birgə mülkiyyətinə 0,68 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxxx 1993-cü il tarixli XVİİ-ЖГ № 410563 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1993-cü ildə Qəbələ rayonu Çarxana kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 120 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi1 Əşkər oğlu, anası X2r. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1993-cü il tarixdə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Qutqaşen rayon qeydiyyat bürosu tərəfindən verilmiş xx xxxxxx 1962-ci il tarixli АЗ № 286275 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Əşkər oğlu xx xxxxxx 1962-ci ildə Qəbələ rayonunda doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 257 nömrə ilə qeyd edilmişdir. X4, anası X9r. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 Əşkər oğlu xx xxxxxx 1962-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və Qəbələ rayonu Çarxana kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı Ərizəçi2 və ailə üzvlərinin mülkiyyətinə 2.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-126 (Kod: 40604048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X10”, həmçinin Ərizəçi1 Əşkər oğlunun və ailə üzvlərinin mülkiyyətinə 0,68 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-119A (Kod: 40604048) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Əjdər oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-119A (Kod: 40604048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-126 (Kod: 40604048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar