Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1028/2020 13.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçilərinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi1 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Nümayəndə, Ərizəçi1 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN – 046F, KOD 40613005 saylı Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN – 181F, KOD 40613018 saylı Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamənin həmçinin Ərizəçi3, Nümayəndə və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilərinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, onun, Ərizəçi1, Ərizəçi3, X1, X4 və X2 mülkiyyətinə X6 xx xxx 1998-ci il tarixli 09 saylı qərarı ilə Qəbələ rayonu, Corlu kəndi ərazisində 0.53 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN – 046F saylı Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan məlum olmuşdur ki, səhvən Nümayəndə ata adı “Şirin”, Ərizəçi1 adı “Ayişə”, ata adı “Tahir” kimi yazılmışdır. Həmçinin həmin şəxslərin mülkiyyətinə X6 xx xxx 1998-ci il tarixli 09 saylı qərarı ilə Qəbələ rayonu, Corlu kəndi ərazisində 0.29 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN – 181F saylı Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə Ərizəçi3 ata adı “Kamil”, Ərizəçi1 ata adı “Tahir” kimi qeyd olunmuşdur. Hazırda torpaq sahəsi ilə bağlı bir sıra məsələləri həll etmək istəyirlər. Şəhadətnamədə “soyad” və “ata adı” düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin,Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən mən aidiyyatı üzrə xidmətin 9 saylı X12 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmişəm, müvafiq xx xxxxxxxx 2020-ci il tarixli **********30 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-046F (Kod: 40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X3, X4, X5, Nümayəndə Şirin oğlu, X9 və Ərizəçi3 ümumi birgə mülkiyyətinə 0,53 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-181F (Kod: 40613018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X3, X4, X5, Nümayəndə, Ərizəçi1 Tahir qızı və Ərizəçi3 Kamil oğlunun ümumi birgə mülkiyyətinə 0,29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 260 saylı doğum haqqında arayışın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1971-ci il tarixdə Qəbələ rayon, Corlu kəndində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1971-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Mirzəbəyli kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-T № 009945 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1xx xxxxxxxx 1997-ci il tarixdə Qəbələ rayon, Corlu kəndində anadan olmuş, ata qrafasında Ərizəçi3, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Səyyar-Asan 10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxxx 1997-ci il tarixdə Qəbələ rayon, Corlu kəndində anadan olmuşdur və hal-hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Mirzəbəyli kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-T № 009946 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndəxx xxxx 1999-cu il tarixdə Qəbələ rayon, Corlu kəndində anadan olmuş, ata qrafasında Ərizəçi3, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Səyyar-Asan 10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxx 1999-cu il tarixdə Qəbələ rayon, Corlu kəndində anadan olmuşdur və hal-hazırda həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,53 ha və 0,29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-046F (Kod: 40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Nümayəndə” əvəzinə “Nümayəndə Şirin oğlu” və “Ərizəçi1” əvəzinə “X9” kimi, JN-181F (Kod: 40613018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində isə yalnışlığa yol verilərək, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Kamil oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-046F (Kod:40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-181F (Kod:40613018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Nümayəndə, Ərizəçi1 və Ərizəçi3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1028/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1028/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver