Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1028/2021 14.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh1 (eyni zamanda cavabdehlər Cavabdeh7 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi), Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X10, Cavabdeh6 və Cavabdeh7 qarşı “ümumi birgə mülkiyyətdəki daşınmaz əmlakların, onların üzərindəki payların müəyyən edilməsinə və payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X10, Cavabdeh6 və Cavabdeh7 qarşı “ümumi birgə mülkiyyətdəki daşınmaz əmlakların, onların üzərindəki payların müəyyən edilməsinə və payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə ümumi birgə mülkiyyət hüququna xitam verilməsinə, Qəbələ rayonu Vəndam qəsəbəsində aparılmış Aqrar islahatları nəticəsində qəsəbə sakini (keçmiş qaynatası) Cavabdeh1 onun da daxil olduğu 8 (səkkiz) nəfərdən ibarət ailə üzvlərinə həmin qəsəbə ərazisində torpağın mülkiyyətinə verilməsinə dair 11 saylı şəhadətnamə əsasında verilmiş 2,1 ha həyətyanı torpaq sahəsindəki və 0075 saylı dövlət aktı əsasında verilmiş 1,1 ha pay (əkin) torpağı sahəsindəki paylarının müəyyən edilməsinə, bu paylarının cavabdehlərə məxsus ümumi birgə mülkiyyətdəki paylardan fiziki bölgü yolu ilə naturada ayrılmasına və torpaq sahələrinin (həyətyanı və pay sahələrindəki) ayrıca daşınmaz əmlak kimi tam mülkiyyət hüquqları ilə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərlə ümumi birgə mülkiyyət hüququna xitam verilməsi, Qəbələ rayon Vəndam qəsəbəsində aparılmış Aqrar islahatları nəticəsində qəsəbə sakini (keçmiş qayınatası) Cavabdeh1, həmçinin iddiaçının da daxil olduğu 8 (səkkiz) nəfərdən ibarət ailə üzvlərinə Vəndam qəsəbəsi ərazisində verilmiş 0,895 ha əkin torpaq sahəsindəki, JN-0075 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,10 ha əkin torpaq sahəsindəki və JN-011E saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha həyətyanı torpaq sahəsindəki paylarının müəyyən edilməsi, bu payların cavabdehlərə məxsus ümumi birgə mülkiyyətdəki paylardan fiziki bölgü ilə naturada ayrılması və torpaq sahələrinin (həyətyanı və pay sahələrindəki) ayrıca daşınmaz əmlak kimi tam mülkiyyət hüquqları ilə iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ilin ikinci yarısında Qəbələ rayonu Vəndam kənd sakini Cavabdeh3 ilə ailə həyatı qurduqdan sonra onun atası (keçmiş qayınatası) Cavabdeh1 təsərrüfat başçısı olduğu ünvanda, sonuncunun Vəndam qəsəbəsindəki evlərində yaşayarkən həmin ünvana qeydiyyata alınmış, ad-soyadı Cavabdeh1 ailə üzvü kimi təsərrüfatbaşı kitabına daxil edilmişdir. Həmin vaxt ölkədə aparılan aqrar islahatla bağlı olaraq ailə başçısı olan Cavabdeh1 və digər ailə üzvlərinə, həmçinin İddiaçı da həyətyanı və pay torpağı ayrılmış və onlara səkkiz nəfərin ad soyadının daxil olduğu birgə mülkiyyət hüquqlarına dair şəhadətnamə və dövlət aktı verilmişdir. 2020-ci ildə İddiaçı məhkəmə qaydasında əri Cavabdeh3 boşanmış və həmin evdən ayrılaraq ata evinə köçmüşdür. Bir müddət işsiz qaldıqdan sonra və ehdiyaclarını ödəyə bilmədiyinə görə işləmək üçün Bakı şəhərinə köçmüşdür. Hal-hazırda Bakıda heç kimə möhtac olmamaq üçün yaşayaraq və işləyərək özünü saxlayır. Yaranmış zərurətlə bağlı olaraq İddiaçı cavabdehlərlə ümumi birgə mülkiyyətdə olan əmlakından öz ehdiyacları üçün istifadə etmək, mülkündən faydalanmaq, gəlir əldə etmək istəyir. Lakin cavabdehlərlə münasibətinin olmadığı üçün onlarda İddiaçı öz payından, yaxud birgə mülkiyyətdən istifadə etməyə imkan vermədikləri üçün bu mümkün olmur və mülkiyyət hüququnu istəyinə görə gerçəkləşdirə bilmir. Təsərrüfatdan faydalana bilmədiyi, istifadə etdikləri pay torpağından cavabdehlər İddiaçı heç bir pay, gəlir ayırmadıqları üçün əmlakını naturada ayırmaq, öz payının üzərində müstəqil sərəncam vermək fikrindədir. Lakin cavabdehlər İddiaçı razılıqla bölgüyə də, payının ayrılmasına da icazə vermir, heç sənədlərin surətlərini belə təqdim etmirlər. Bu üzdən İddiaçı məhkəməyə müraciət etmək və hüquqlarını məhkəmə qaydasında müdafiə etmək qərarına gəlmişdir. İddiaçı əlində müvafiq sənədlər olmadığı və işdən ayrılaraq müvafiq sənədləri toplaya bilmədiyi üçün müvafiq sorğularla aidiyyəti orqanlara müraciətlər edilmişdir. Bu sorğulardan bəzilərinə müəyyən cavablar verilsədə, bəzilərinə natamam cavablar verilmiş, bəziləri isə sorğuları cavablandırmamışdırlar. Belə ki, Qəbələ RİH-i başçısının Vəndam qəsəbə inzibati Ərazi Nümayəndəliyindən almış olduğu 15.01.2021-ci il tarixli 04 nömrəli arayışda göstərilmişdir ki, “Qəbələ rayon Vəndam qəsəbə sakini Cavabdeh3 Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitabında adına 0,12 ha torpaq sahəsində 2000-ci il tarixində tikilmiş 130kv.m. ev qeyd olunmuşdur.” Arayışa əsasən Cavabdeh3 ailə tərkibində İddiaçı da adı keçir. İddiaçı boşandıqdan sonra həmin ailəni tərk etmiş və hal-hazırda həmin ailə ilə birlikdə yaşamır, birgə təsərrüfat aparmır. İddiaçı payının müəyyən edilməsinə və naturada ayrılıb ona təhvil verilməsinə dair, cavabdehlərlə aralarında razılıq yoxdur və olacağı da gözlənilmir. Nəinki razılıq, onlar ümumiyyətlə, sənədləri iddiaçıdan gizlədir, surətlərini verməkdən yayınır, hüququ olan əmlaklara dair haqlarını tanımaqdan, qəbul etməkdən, hüquqları barədə iddiaçını məlumatlandırmaqdan, haqlarını verməkdən faktiki olaraq imtina edirlər. Bu üzdən hüquqlarını məhkəmə qaydasında bərpa və müdafiə etmək, təsdiq etmək məcburiyyətində qalmışdır.İddiaçı öz payını cavabdehlərin ümumi birgə mülkiyyətdəki paylarından ayırmaq, öz payının üzərində xüsusi mülkiyyət hüququnu fərdi qaydada, təkbaşına olaraq qeydiyyata aldırmaq niyyətindədir. Bunun üçün ilk növbədə birgə mülkiyyətdəki əmlakların dairəsi –iştirakçısı otağı olduğu həyatyanı və pay torpaqlarının ümumi ölçüsü aydınlaşdırılmalı, hər bir əmlak üzərindəki payının miqdarı müəyyən edilməli, naturada bölünərək İddiaçı ayrılmalı və təhvil verilməlidir. Hazırda İddiaçı mülkiyyət hüququnun olduğu əmlaklardan məhrum edilmiş, həmin əmlakların hansı ərazidə, hansı konfiqurasiyada və hansı ölçüdə olduğunu bilmir. Məhkəmə yolu ilə bunun dəqiqləşdirilməsinə və payının ayrılaraq onun ixtiyarına verilməsinə zərurət vardır. Bunun üçün ilk növbədəmüvafiq sənədlərin məhkəməyə gətizdirilməsi təmin edilməlidir, çünki bu sənədlər İddiaçı yoxdur, aidiyyatı orqanlar isə natamam məlumatlar verməklə sənədlərin surətlərini müxtəlif bəhanələrlə iddiaçıya təqdim etməkdən yayınmışlar. Eyni zamanda da iş üzrə keçiriləcək ekspertiza yolu ilə payının naturada ayrılma imkanları müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ilə aralarında olan rəsmi nikah Qəbələ rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli 2(025)- 654/2020 saylı qətnaməsi ilə ləğv edilmiş, cavabdehin təqsiri üzündən ailələri dağılmışdır. İddiaçı iddia edir ki, onunla ailə həyatı qurduqdan sonra bigə nikahları dövründə ev və torpaq sahəsi almışlar. Lakin bu belə deyildir. Onlar nikaha girməmişdən bir nəçə il öncə onun özünə məxsus evi və torpaq sahəsi var idi. Birgə nikah dövründə isə dövlət tərəfindən verilmiş pay torpaq sahələri vardır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 (eyni zamanda cavabdehlər Cavabdeh7 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə Cavabdeh6 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Qəbələ rayonu Vəndam qəsəbəsində 0,8950 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və Cavabdeh7 ümumi birgə mülkiyyətində verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN-011E (kod:********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Cavabdeh1, X7, Cavabdeh4, X3, Cavabdeh6, X4, X5 və İddiaçı Bilal qızının birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN-0075 (kod:********) saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Cavabdeh1, X7, Cavabdeh4, X3, Cavabdeh6, X4, X5 və İddiaçı Bilal qızının birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli, 04 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Cavabdeh3 Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabda adına 0,12 ha torpaq sahəsində 2000-ci il tarixdə tikilmiş 130 kv.m ev qeyd olunmuşdur. Ailə tərkibi arvadı İddiaçı, oğlanları X16, X13, qızı X14, gəlini X1 ibarətdir. Cavabdeh3 atası Cavabdeh1 Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabda ailə tərkibi arvadı Cavabdeh2, oğlu Cavabdeh5, qızı X11, gəlini X8, nəvələri X15, X12 və X6 ibarətdir. İş materiallarında olan Qəbələ rayonu Vəndam qəsəbəsinin 18 fevral 2021-ci il tarixli, 10 nömrəli məktubunda göstərilmişdir ki, qəsəbədə aparılan Aqrar islahatları nəticəsində qəsəbə sakini Cavabdeh1 8 (səkkiz) nəfərdən ibarət ailə üzvlərinə 11 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 2,1 ha həyətyanı və 0075 saylı dövlət aktına əsasən 1,1 ha pay (əkin) torpağı verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-654/2020 nömrəli 13 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 ilə cavabdeh İddiaçı arasında 06.04.1998-ci ildə Qəbələ rayon Vəndam kənd İnzibati Ərazi Nümayəndəliyində qeydə alınmış və 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 08.10.2005-ci il təvəllüdlü X9 cavabdeh – anası İddiaçı yanında saxlanılması, Cavabdeh3 13.07.2020-ci il tarixdən başlayaraq, 08 oktyabr 2005-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində 0,8950 ha yaşayış məntəqələri torpaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və Cavabdeh7 ümumi birgə mülkiyyətində verilmişdir. Eyni zamanda Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarları ilə Cavabdeh1, X7, Cavabdeh4, X3, Cavabdeh6, X4, X5 və İddiaçı Bilal qızının ümumi birgə mülkiyyətinə JN-011E nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,40 ha torpaq sahəsi, JN-011F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,25 ha torpaq sahəsi və JN-0075 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,10 ha torpaq sahəsi verilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahələri üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçı torpaq sahələrindən paylarının müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 8 bərabər birgə mülkiyyətçisi olduğundan, iddiaçının payı 1/8 hissə üzrə müəyyən olunmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “payın naturada ayrılması” tələbi ilə bağlı qeyd edir ki, ilkin olaraq iddiaçının qeyd olunan torpaq sahəsinə payı müəyyən edilməli, həmin tələblə bağlı qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq “çıxarış” alınmalı, sonradan müvafiq icra hakimiyyəti orqanına payın naturada ayrılıb ona təqdim olunması barədə müraciət olunmalı, bundan imtina olunduqda isə məhkəməyə müraciət edilə bilər. Bu səbəbdən də məhkəmə həmin hissədə də iddianın təmin olunmamasını əsaslı və qanuni hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin qismən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la ümumi birgə mülkiyyətə verilmiş 0,8950 ha torpaq sahəsindən, Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarları ilə ümumi birgə mülkiyyətə JN-011E nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,40 ha torpaq sahəsindən və JN-0075 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,10 ha torpaq sahəsindən İddiaçı 1/8 hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la ümumi birgə mülkiyyətə verilmiş 0,8950 ha torpaq sahəsindən, Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarları ilə ümumi birgə mülkiyyətə JN-011E nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,40 ha torpaq sahəsindən və JN-0075 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,10 ha torpaq sahəsindən İddiaçı 1/8 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1028/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1028/2021
14.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver