Məhkəmə qərarları › İş №2(102)-2804/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2804/2025

21.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2804/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil orderi əlavə olunmadıqda, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə, kassasiya baxışından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-530/2025 nömrəli 2025ci il 30 may tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh1 tərəfində n birgə verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında nəzərdə keçirərək, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş, paylı mülkiyyətdə olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrində iddiaçının və digər mülkiyyətçilərin paylarının, həmçinin həmin torpaq sahələrində mərhum İsmayılov Kərəm Mövlam oğlunun payına düşən, ondan miras qalmış torpaq sahələrində bütün cavabdehlərin miras paylarının müə yyən edilməsi, həmin payların mülkiyyətçilərin paylarına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Oğuz Rayon Məhkəməsinin 2(054)-34/2025 nömrəli 2025-ci il 23 yanvar tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim S.Zeynalova).

3. Cavabdeh1 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-530/2025 nömrəli 2025-ci il 30 may tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ə.Kərimov (sədrlik edən), Z.Sadiqov və E.Hüseynov).

4. Qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh1 birgə kassasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2025-ci il 8 avqust tarixli məktubu ilə kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

5. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2804/2025 nömrəli 2025-ci il 21 avqust tarixli qərardadı ilə Cavabdeh6 kassasiya şikayəti icraata qəbul edilmişdir.

6. İlkin olaraq məhkəmə kollegiyası Cavabdeh6 kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin (bundan sonra – MPM) tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul edilməsi haqqında qərardad ləğv edilərək, iş həmin hissədə kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

7. Belə ki, MPM-in 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş n əticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin dispozisiyasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni prosessual qanunvericiliyin həmin müddəasına görə kassasiya şikayətinin verilməsi üçün şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, kassasiya şikayəti vermək hüququnun yaranması üçün tərəfin apellyasiya məhkəməsindən tələbi olmalı və həmin tələb təmin olunmamalıdır.

8. Hazırkı işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edilmiş, lakin həmin qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 şikayəti vermiş, Cavabdeh6 isə qətnaməni mübahisələndirməmişdir. Odur ki, Cavabdeh6 a pellyasiya məhkəməsindən hər hansı tələbi olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan və apellyasiya məhkəməsindən tələbi olmayan şəxsin isə kassasiya şikayəti verməsi mülki prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına əsasən yol verilmir.

9. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh6 apellyasiya şikayəti verməməsi onu hazırkı iş üzrə kassasiya şikayəti vermək imkanından məhrum edir.

12. Cavabdeh1 kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti MPM-in tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir.

13. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə olunur.

14. İş materiallarından müəyyən edilir ki, cavabdehlərin bir gə verdiyi kassasiya şikayətinə vəkilin orderi əlavə edilsə də, həmin orderdə yalnız digər Cavabdeh6 adı qeyd edilmişdir.

15. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

16. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

17. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 408.1.3, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2804/2025 nömrəli 2025-ci il 21 avqust tarixli qərardadı ləğv edilsin. Cavabdeh6 Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-530/2025 nömrəli 2025-ci il 30 may tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Cavabdeh1 kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdehlər Cavabdeh6 və Cavabdeh1 kassasiya şikayəti onun qaytarılması məsələsinin həlli üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar