Məhkəmə qərarları › İş №2(102)-2319/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2319/2025

06.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2319/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələb (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X3 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi, ona məxsus evin qarşısında qanunsuz inşa edilmiş tikilidən çıxarılması və tikilinin sökülməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-56/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən ümumi sahəsi 30,5 kv metr olan fərdi yaşayış evi və 0,3 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Fərdi yaşayış evi və ümumi (birgə) torpaq sahəsi üzərində İddiaçı, ümumi (birgə) torpaq sahəsi üzərində X7 hüquq sahibləri kimi tanınmışdır. xx.xx.2021-ci ildə evin texniki pasportu İddiaçı adına tərtib edilmiş, torpaq sahəsinin planı və fərdi yaşayış evinin yerləşdiyi koordinatlar qeyd edilmişdir.

2. X8 29 may 1992-ci il tarixli vəsiyyətnamə ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşə n 1 otaqlı evini qardaşı qızı İddiaçı vəsiyyət etmiş, qalan bütün vərəsələri həmin paydan məhrum etmişdir.

3. X8 xx.xx.2005-ci ildə ölmüşdür.

4. İddiaçı xx.xx.2008-ci il tarixdə X5 10 il müddətinə etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə ümumi birgə mülkiyyətində olan 0,3 ha torpaq sahəsinin bərabər paylarla aralarında naturada bölünməsi, küçədən evinin yerləşdiyi hissəyə olan giriş-çıxış qapısı istifadəsində saxlamaqla 0,15 ha torpaq sahəsi onun, digər giriş-çıxış qapısı cavabdeh X2 istifadəsində saxlanılaraq həmin hissədə olan 0,15 ha torpaq sahəsinin axırıncının mülkiyyətində saxlanılması, ona məxsus evin tam qarşısında öz başına qanunsuz inşa edilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan torpaq sahəsi və onun yerləşdiyi ev xx.xx.2005-ci il tarixdə vəfat etmiş bibisi X6 məxsus olmuş, axırıncının birinci növbəli vərəsələri olmamış və sağlığında yəni xx.xx.1992-ci il tarixli vəsiyətnamə əsasında Kürdəmir rayonunda yerləşən evi və evin yerləşdiyi torpaq sahəsini ona vəsiyyət etmişdir. Mirasqoyanın vəfatından sona ona vəsiyyət edilmiş miras əmlakı faktiki qəbul edib idarə etməyə başlamışdır. Lakin Bakı şəhərində yaşadığından həmin evin həyətyanı sahəsinə və orada olan meyvələrə baxmaq üçün Kürdəmir rayon Atakişili kənd sakini X5 x x.xx.2008-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. 2018-ci ildə etibarnamənin müddətinin bitməsi və evin sənədlərinin alınması səbəbindən həmin evə gəlmiş, ona məxsus evin qarşısında sonuncunun qardaşı Cavabdeh2 ev tikdiyini, onun evinin isə mal tövləsi etdiyini müəyyən etmişdir. Bundan sonra cavabdehdən onun evinin qarşısında tikilmiş evin sökülməsini tələb etsə də sonuncu bundan imtina etmişdir. Bundan əlavə, cavabdeh X2 ümumi birgə mülkiyyətində olan torpaq sahəsi rəsmi olaraq 0,30 ha olmuş olsa da, faktiki olaraq istifadəsində 0,1 ha torpaq sahəsi mövcud olmuşdur.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsini Sərxanə Əhmədovadan almışdır. Torpaq sahəsini Sərxanə Əhmədovadan alsa d a bununla bağlı aralarında rəsmi al-satqı olmamış, ona görə də evə dair heç bir hüquqmüəyyənedici sənəd almamışdır. Torpaq sahəsini aldıqdan sonra həmin ərazidə özünə yaşayış evi tikmişdir. Onun evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsində tikilməmişdir. Sənədləşdirmə işləri aparılmasa da evi özbaşına yox, Sərxanə Əhmədovadan aldığı torpaq sahəsində tikmişdir. Mülkiyyətçilər arasında yaranmış mübahisənin ona heç bir aidiyyəti olmamış, Sərxanə Əhmədova pulunu qaytardığı təqdirdə oradan çıxmağa hazırdır. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(041)-1916/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2 022- ci il tarixli 10/6212 nömrəli ekspert rəyi natamam olmaqla tərəflərə məxsus torpaq sahələrinin dəqiq kordinatları müəyyən edilmədiyindən, Cavabdeh2 tərəfindən inşa edilmiş yaşayış evinin bölgüdən sonra kimin torpaq sahəsinə aidiyyəti müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli 2(041)-240/2022 saylı qərardadla iş üzrə əlavə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

9. İş üzrə alınmış məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1851 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən, ümumi sahəsi 30,5 kv metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0,15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsinin İddiaçı istifadəsində saxlam aqla, evin arxa hissəsindən küçəyə girişçıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətində olan 0,3 ha torpaq sahəsinin İddiaçı ilə cavabdeh X7 arasında bərabər paylarla naturada bölünməsi mümkündür. Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.1-ci bəndinə uyğun olaraq bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı payına düşən 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən, ümumi sahəsi 30,5 kv metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0,15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsinin İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülki yyətində olan 0,3 ha torpaq sahəsinin İddiaçı ilə cavabdeh X7 arasında bərabər paylarla naturada bölünməsi mümkündür.

10. Həmçinin, mübahisəli torpaq sahəsinin bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı payına düşən 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən mübahisəli daşınmaz əmlak ümumi sahəsi 30,5 kv metrdən ibarət fərdi yaşayış evi və 0,3 ha torpaq sahəsindən ibarətdir. Fərdi yaşayış evi İddiaçı ayrıca, torpaq sahəsi isə cavabdeh X7 ilə birgə mülkiyyətdədir. Birgə mülkiyyətdə olan 0,3 ha torpaq sahəsinin tərəflər ar asında bölgüsü zamanı mövcud olan ümumi sahəsi 30,5 kv metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi sahənin İddiaçı düşən 0,15 ha torpaq sahəsinin tərkibində olması mütləq hal kimi nəzərə alınmalıdır. Digər tərəfdən, X7 ümumi mülkiyyətdə olan 0,3 ha torpaq sahəsinin bir hissəsini digər mülkiyyətçinin razılığı olmadan Cavabdeh2 satmış və sonuncu mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin alqı-satqısı və eləcə də Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evi sənədləşdirilməmişdir. Ekspert rəylərində torpaq sahəsinin bölgüsü zamanı Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı düşən 0,15 ha torpaq sahəsinin tərkibində olması onu göstərir ki, evin və torpaq sahəsinin naturada bölgüsünü təmin etmək üçün həmin sənədsiz ev də cavabdeh tərəfindən sö külməlidir. Ekspert rəylərini də nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir.

12. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-210/2023 nömrəli qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia tələbi təmin edilərək torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonu Atakişili kəndində yerləşən və ümumi mülkiyyətdə olan 0,3 torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 paylarının müəyyən edilməsi, İddiaçı payına düşən 0,15 ha torpaq sahəsində və mülkiyyətində olan fərdi yaşayış evinin qarşısında özbaşına tikilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin Cavabdeh2 hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın müştərək qaydada X1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iş üzrə 100 manat ekspe rtiza xərcinin müştərək qaydada X1 və Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 30,5 kv metr olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, evin bölgüsü mübahisə predmetinə aid edilməmişdir. Həmin çıxarışda sahəsi 0,3 ha torpaq sahəsi İddiaçı və X7 ümumi (birgə) mülkiyyətindədir. Ekspert rəyinə görə torpaq sahəsinin ikidə bir hissələrə bölünməsi mümkündür, İddiaçı və X2 hər birinin payı 0,15 ha təşkil edəcəkdir. Bölgü sərhəddi ekspertin təsdiq etdiyi torpaq sahəsinin bölgü sxeminə əsasən müəyyən edilməlidir.

14. Məhkəmə iddia tələbinin İddiaçı məxsus evin tam qarşısında və onun payına düşən 0,15 ha torpaq sahəsində özbaşına qanunsuz inşa edilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi hissəsinə münasibətdə hesab etmişdir ki, ekspert rəyində Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı payına düşən 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyindən həmin hissədə də iddia təmin edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 213, 214.1, 215.1 və 220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh2 Müxtar oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçının vəkilinin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsinin X7 tərəfindən Cavabdeh2 satılması etiraf edilmişdir. Belə olan halda, Cavabdeh2 həmin torpaq sahəsinə sahiblənməsinə və həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə mülkiyyətçinin razılıq verməsi öz təsdiqini tapmışdır. Ekspert rəyindən aydın şəkildə görünür ki, həyətə 2 giriş-çıxış qapısı açılması mümkündür. Hər 2 giriş-çıxış qapısı yola açılır. Bununla da, məhkəmənin Cavabdeh2 məxsus evin sökülmədən torpaq sahəsinin naturada ayrılmasının mümkün olub-olmaması barədə ekspert qarşısında sual qoymaması məhkəmə araşdırmasının obyektiv aparılmaması və məhkəmə qətnaməsinin qərəzli olmasından xəbər verir. İddiaçı tərəfindən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməsinə baxmayaraq, hakim tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqdansa, işə baxılıb qanunsuz qətnamə qəbul edilmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasının, Cavabdeh2 ailə üzvləri ilə birlikdə evdən çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi tələbinə heç bir aidiyyəti yoxdur. Cavabdeh2 ailə üzvləri üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmadan, MPM-in 387.2.4-cü maddəsində qeyd olunan prosessual normaların kobud pozulm ası kimi qiymətləndirilməli olan, qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh2 ailə üzvləri işdə iştirak etməyə cəlb olunmamış, onların hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir. Belə olan halda Cavabdeh2 məxsus evin sökülməsi barədə qətnamə qəbul edilməsini qanunsuz hesab edirik. Çünki, Cavabdeh2 torpaq sahəsini zəbt etməmiş, əksinə pul verib almışdır. Lakin hüquqi savadsızlıqdan sənədləşmə proseduru pozulmuşdur. Sənədləşmə prosedurunun pozulması isə həmin alqı-satqının baş tutmasını təkzib edə bilməz. İddiaçı tərəfindən bölgünün hansı texniki göstəricilər üzrə aparılmalı olması iddia ərizəsində göstərilməmiş, bölgü planı təqdim edilməmiş, ekspert tərəfindən isə mötəbər olmayan, yəni digər cavabdehlə razılaşdırılmayan sxem təqdim edilmişdir. Cavabdeh2 məxsus ev sökülmədən, digər girişçıxışdan istifadə oluna biləcəyi halda sxem evin sökülməsinə hesablanmış formada verilmişdir.

18. Cavabdeh X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdehin anasıdır. Mübahisəli torpaq sahəsinin olduğu kəndə uzun illərdir ki, gedib-gəlir. Cavabdeh2la aralarında razılıq əldə edərək həmin torpaq sahəsini ona 6000 manat məbləğində satmışdır. İddiaçıya həmin pul vəsaitindən verməmişdir. Çünki iddiaçı ona mübahisəli torpaq sahəsinə heç bir iddiasının olmadığını və satıb pulunu özünə götürməyini demişdir. Çünki orada yaşamaq niyyəti olmamışdır. O özünə məxsus evdə yaşadığını bildirmişdir. Bibisi (mübahisəli torpağın sahibi) 2004-cü il tarixdə vəfat etdikdən sonra onun evinə gedib-gəlmişdir. Cavab deh2 2008-ci ildə oraya köçmüşdür. Ev tikiləndə iddiaçının məlumatı olmuş və iddiaçıya məxsus evə giriş-çıxış üçün kifayət qədər yol mövcuddur. Cavabdeh2 qardaşına iddiaçı tərəfindən etibarnamə verilməsinə səbəb onun adına vəsiyyətnamə olmasıdır.

19. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən həyətdə yeni evin inşa olunmasından xəbəri olmamışdır. O il ərzində müxtəlif vaxtlarda həmin kəndə gedib-gəlmişdir. Cavabdeh2la aralarında heç bir danışıq olmamışdır. Vüqarın qardaşı Qoşqara həmin həyəti kirayə haqqı ödəmək şərtilə və həyətdə olan ağaclara qulluq edilməsi üçün vermişdir. Ancaq hazırkı vaxta kimi ondan kirayə haqqı almamışdır. Daha əvvəllər Cavabdeh2 qardaşını tanımamışdır. Etibarnaməni isə oxumadan imzalamışdır. O, hazırda bacısı X7 ilə mülkiyyətlər ində olan əşyanın bölünməsi və ya payının ayrılmasını, eyni zamanda orada tikilmiş digər evin sökülməsini xahiş etmişdir.

20. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh2 ev tikməsi nəticəsində iddiaçının evinin ön hissəsi qapadılmışdır ki, bu da gün işığının qarşısını alır. Uzun illərdir ki, tərəflər arasında mübahisə davam edir. Cavabdehin həmin həyətdə yaşaması və ağaclara qulluq edilməsi məqsədilə həmin həyətdə olan evdə yaşamasına icazə verilmişdir. Cavabdeh isə bir müddət sonra oradakı ağacları kəsərək, özünə ev tikməyə başlamış, iddiaçının bundan xəbəri olmamışdır.

21. Mülki işin apellyasiya icraatı zamanı alınmış 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə görə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı ilə X2 mülkiyyətinə verilmiş Kürdəmir rayonu Atakişili kənd ərazisində yerləşən, ümumi sahəsi 30,5 kv metrdən ibarət fərdi yaşayış evi (torpaq sahəsində yerləşən digər yeni ev xaric) və həmin evin küçədən giriş-çıxış qapısı olan hissəsi İddiaçı istifadəsində saxlanılmaqla 0,3 ha torpaq sahəsinin mülkiyyətçilər İddiaçı ilə X7 arasında naturada bərabər surətdə bölünməsi mümkündür. Lakin bu halda X3 qalacaq 0,15 ha hissədə faktiki gediş-gəliş yolu bağlanacaqdır. Baxış zamanı faktiki gediş-gəliş yolunun iki bərabər hissədə bölünməklə torpaq sahəsinin 0,15 ha olmaqla iki bərabər hissədə bölünməsi mümkünlüyü mütəxəssis tərəfindən təsbit olunmuşdur (sxemdə göstərilmişdir).

22. Məhkəmə iclasında iştirak edən 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X9 izahatında bildirmişdir ki, mübahisəli ərazinin iki giriş-çıxışı vardır. Hətta hazırkı istinad olunan Bölgü sxeminə əsasən layihədə nəzərdə tutulmuş yol üzrə də mübahisəli torpaq sahəsində mövcud olan hər iki evə sərbəst giriş-çıxış mümkündür. Belə ki, sxemdən də göründüyü kimi, sonradan tikilmiş və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinə 4 metr enində giriş, iddiaçıya mərhum valideynindən miras qalmış evə isə 3,9 metr enində giriş qoyulmaqla giriş-çıxış mümkündür. İddiaçıya məxsus evlə Cavabdeh2 tikdiyi ev arasındakı məsafə təxminən 1,5 metr təşkil edir. Hətta İddiaçı bölünüb ayrılan hissənin digər – şimal hissədən də əlavə giriş-çıxışı mövcuddur.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-56/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov - sədrlik edən və məruzəçi, Tale Kərimov və Cahid İmanov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(041)-210/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0,3 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya məhkəməsi mütəxəssisin məhkəmədə bildirdiklərini verdiyi rəylə müqayisəli şəkildə təhlil edərkən belə qənaətə gəlmişdir ki, 16 iyul 2024-cü il tarixli mütəxəssis rə yinə uyğun olaraq torpaq sahəsinin bölgü sxeminə əsasən (İ cild, 202-ci səhifə) Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0,3 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 paylarının müəyyən edilməsi mümkündür. Qeyd edilən bölgü əsasında mülkiyyətçilərin torpaq sahələrinə sərbəst giriş-çıxışları da mümkündür. Həmin bölgü əsasında məhkəmə hesab etmişdir ki, Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin X3 ayrılan payda qalması da real olaraq mümkündür.

25. Məhkəmə X7 və İddiaçı tərəfindən mübahisəli yerin Cavabdeh2 satılması üzrə iradə ifadəsi nəticəsində orada hər iki mülkiyyətçinin davamlı qaydada etirazsız davranışına əsaslanaraq sonuncunun özünə tikmiş olduğu evin vicdanlılıq və dürüstlük qaydaları daxilində gələcəkdə sənədləşdirilməsi baxımından hazırkı bölgünü qanuni, ədalətli və vicdanlı hesab etmişdir. Bu mütəxəssis rəyi ilə təsdiq olunmaqdadır. Həmçinin, iddiaçı öz ərizəsində Cavabdeh2 qardaşı X5 13 mart 2008-ci il tarixdə 10 il müddətə etibarnamənin verilməsini Bakı şəhərində yaşadığından həmin evin həyətyanı sahəsinə və orada olan meyvələrə baxmaq üçün verdiyini göstərsə də, məhkəmədə izahatında verdiyi etibarnaməni oxumadan imzaladığını bildirmişdir.

26. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 157.4, 220, 221 və 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin xx.xx.202 4-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilmiş halları əsas götürməklə iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və həmin qətnamədən apellyasiya şikayəti verməmiş cavabdeh X2 xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş qaydada naturada bölünməsinə etiraz etməməsinə əhəmiyyət verməmiş, qətnamənin İddiaçı ilə Sərxanə Əhmədovaya məxsus birgə mülkiyyətdə olan 0,30 ha torpaq sahəsinin naturada bölünməsini mübahisələndirməyə subyektiv hüququ olmayan iddiaçının mülkiyyətində olan 30,5 kv metr sahəli 1 mərtəbəli evin tam qarşısında, cəmi bir metr ara məsafə saxlamaqla (fotoşəkillər məhkəmə elektron sisteminə əlavə edilib) qanunsuz özbaşına yaşayış evi inşa etmiş Cavabdeh2 maraqlarını təmin təmin etmək məqsədi daşımışdır. Bununla da məhkəmə iddiaçının Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 152.1-ci maddələrinin hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin apellyasiya instansiya məhkəməsi 16 saylı DƏDRX-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə münasibət bildirməmiş, düzgün hüquqi qiymət verməmiş, ekspert rəyləri ilə mütəxəssis rəyləri arasındakı uğunsuzluqların aradan qaldırılması üçün həmin rəyləri vermiş ekspertlərin dindirilməsinin vacibliyinə diqqət yetirməmiş, iş üzrə təkrar və ya əlavə ekspertizasının keçirilməsinin münkünlüyünü nəzərə almamışdır. b)

29. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

30. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfind ən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı təl əb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirdiyindən məhkəmənin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallar ını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. İddiaçının kassasiya şikayətinin torpağın mülkiyyətçisi Sərxanə Əhmədovanın birinci instansiya məhkəməsinin qətnaməsi ilə aparılmış bölgü ilə razılaşması, qətnamədən apellyasiya şikayəti verməməsi, torpağa hüququ olmayan Cavabdeh2 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olmaması, Cavabdeh2 inşa etdiyi özbaşına tikilinin tikinti normalarına və qaydalarına uyğun olmaması, torpaq sahəsinin bölgüsü aparılarkən məhkəmənin istinad etdiyi mütəxəssis rəyinin əvvəlki ekspert rəyi ilə ziddiyyət təşkil etməsi kimi halların diqqətd ən qaçırılması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı torpaq sahəsinə və həmin sahədə yerləşən 30,5 kv metr yaşayış evinə mülkiyyət hüququ 07 iyul 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, özünün bildirdiyi kimi Cavabdeh2 evi iddiaçının torpaq sahəsinə hüququ qeydiyyata alınana kimi 2015-2016-cı illərdə inşa etdirmişdir. İddiaçı miras qalmış yaşayış evi və ümumi mülkiyyətdə olan torpaq sahəsinin idarəçiliyini 13 mart 2008-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 qardaşı X4 idarəçiliyinə vermişdir. Torpaq sahəsinin digər mülkiyyətçisi olan Sərxanə Əhmədova isə ümumi mülkiyyətdə olan 0,3 ha torpaq sahəsinin özünə çatan yarısını 6000 manata Cavabdeh2 satdığını, İddiaçı bundan məlumatlı olduğunu bildirmişdir. Cavabdeh2 2008-ci ildə oraya köçmüş, sonunc u tərəfindən ev tikiləndə iddiaçının məlumatı olmuşdur. Belə halda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 sahibliyində olan yaşayış evinə torpaq sahəsindən giriş-çıxış üçün yolunun müəyyən olunmasında bilavasitə marağı vardır və qətnamənin torpaq sahəsinin bölgüsü əlaqədar hissəsindən şikayət vermək hüququ vardır. Həmçinin apellyasiya məhkəməsi torpaq sahəsinin naturada bölgüsü zamanı hansı sənədlərin sübut kimi qəbul edilməli, hansıların qəbul edilməməli olmasını da əsaslandırmışdır.

50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövq eyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-56/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar