Məhkəmə qərarları › İş №2(107)-1046/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1046/2025

02.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1046/2025 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin naturada real bölünməsi, ölçü işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı iddiaçı2, iddiaçı iddiaçı1 nümayəndəsi Sadıqlı Sabir Təbriz oğlunun və cavabdeh cavabdeh1 iştirakları ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə Ismayıllı rayonu, Aşağı Cülyan kənd sakinləri X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə ünvan 1 ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X1 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən iddiaçı2 müraciətinə baxılaraq ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşdırma işləri aparılması üçün ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan çöl-ölçmə işləri aparmaq mümkün olmamış, bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Mülki işin araşdırılması məqsədi ilə çöl ölçmə işlərinin aparılması üçün “xxxx” publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri ərazidə olmuşlar. Cavabdehlər icazə vermədiklərinə görə çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Iddiaçılar JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Respublikada aparılan məlum torpaq islahatları zamanı o zaman bir ailə formasında yaşadıqları Ismayıllı rayon Cülyan kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi mərhum (2022-ci ildə vəfat etmiş) iddiaçılar iddiaçı1 əri və iddiaçı2 atası Eyubov Saleh Şəmi oğlu, iddiaçı1 və övladları cavabdeh2 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla dörd nəfərin birgə mülkiyyətlərinə verilərək Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-022B KOD 40724028 olan şəhadətnamə yazılmışdır. Həmin həyətyanı torpaq sahəsinin 0,05 hektarı iddiaçı1 payına düşür. Qeyd edilən mülkiyyətində olan torpaq sahəsindən digər birgə mülkiyyətçilərdən oğlu cavabdeh2 bölgüyə narazılığına və birgə mülkiyyətçi olmayan oğlu cavabdeh1 ölçü işlərinə maneçilik törətməsinə görə real bölgü planının tərtib edilməsi mümkün olmamışdır. O, iddiaçı1 həyətyanı torpaq sahəsinin naturada real şəkildə bölünərək mülkiyyət payının ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Ərazi Idarəsinə müraciət etmişdir. Həmin təşkilat ## ####### 2024-cü il tarixli *-**-*-**/*-E****-**/**** saylı məktubla tələbini təmin etməkdən imtina etmişdir. Imtinaya əsas kimi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölgüsünə birgə mülkiyyətçilər razılığa gələ bilmədiyindən və bölgüyə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və saziş tələb olunduğu göstərilmişdir. Əgər payçılar arasında narazılıq varsa müvafiq qaydada məhkəməyə müraciət edilməlidir. Həqiqətdə də birgə mülkiyyətçilər, yəni iddiaçı1 ilə cavabdehlər arasında qanuni mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin real bölgü aparılması üçün ölçü işlərini aparılmasının həyata keçirməyinə maneələr var və tələb olunan birgə mülkiyyətdə olan torpaq sahəsinin bölgüsünə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və sazişin əldə edilməsi mümkün deyildir.Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

4. Iddiaçı iddiaçı1 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Iddiaçı iddiaçı2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Ismayıllı rayonu,Cülyan kəndində yaşayır. Iddiaçılar iddiaçı1 anası, iddiaçı2 isə bacısıdır. X5 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə X5, anası X7, qardaşı X2 və bacısı X6 ümumi birgə mülkiyyətlərinə ünvan 1 ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. O, 49 ildir Cülyan kəndində yaşayır. 15 ildir ata evinə baxır və ailəsi ilə birlikdə həmin həyətdə yaşayır. Mübahisəni yaradan anasıdır. Anasının hərəkətindən sonra aralarında mübahisə yaranmışdır. Ata həyətinə öz vəsaiti hesabına zabor çəkmişdir. Bacısı iddiaçı2 35 il bundan qabaq gəlin köçüb Bakı şəhərinə gedibdir və 35 ildən sonra gəlib ata həyətindən torpaq istəyir. Qəbələ Ərazi Idarəsinin mütəxəssisi ölçmə işlərinin aparılması üçün əraziyə gəlmişdir. O, mütəxəssisə ərazidə ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Mübahisəli torpaq sahəsi onun həyətidir və həmin torpaq sahəsində ölçmə işlərinin aparılmasına icazə vermir. O, həyətindəki torpaq sahəsindən ölçülüb kiməsə pay verilməsinə imkan verməyəcəkdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş,iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, JN022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998ci il tarixli ** saylı qərarı ilə Ismayıllı rayonu, Aşağı Cülyan kənd sakinləri X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə ünvan 1 ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X1 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən iddiaçı2 müraciətinə baxılaraq ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşdırma işləri aparılması üçün ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan çölölçmə işləri aparmaq mümkün olmamış, bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli, №*-16-16/2-10/229/2025 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatında *(***)- ****/**** saylı mülki iş üzrə ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə ##.##.2025-ci il tarixdə saat 16:00-da baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət verilmiş, qeyd olunan tarixdə iş üzrə tərəflərin baxışda iştirak etməməsi səbəbindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı sorğuya cavab məktubunda mülki işin araşdırılması məqsədi ilə çöl ölçmə işlərinin aparılması üçün “xxxx” publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri ərazidə olduqları, cavabdehlər icazə vermədiklərinə görə çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsinin mümükün olmadığı qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisi Vasif Bədəlli tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktda mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə Ismayıllı Rayon Məhkəməsinin icraatında olan *(***)- ****/**** saylı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə gedildiyi, cavabdeh mübahisə predmeti olan torpaq sahəsini 15 il istifadə etdiyini bildirərək ölçü işlərinin aparılmasına icazə vermədiyindən mübahisə predmeti olan torpaq sahəsi ölçülmədiyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2025- ci il tarixli, *-**-*-**/*-****/**** saylı sorğuya cavab məktubunda mülki işin araşdırılması məqsədi ilə çöl ölçmə işlərinin aparılması üçün “xxxx” publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri ərazidə olduqları, cavabdehlər icazə vermədiklərinə görə çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmadığı və akt tərtib edildiyi qeyd edilmişdir. Iddiaçılar JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edirlər. Cavabdeh cavabdeh1 49 ildir ki, Cülyan kəndində yaşadığını,mübahisəli torpaq sahəsinin 15 ildən artıq müddətdir ki, onun istifadəsində olduğunu, ata həyəti onun tərəfindən qorunub saxlanıldığını, sözügedən torpaq sahəsində ev tikərək ailə üzvləri ilə birlikdə yaşadığını, mübahisəli torpaq sahəsindən kiməsə torpaq sahəsinin bölünüb verilməsinə icazə verməyəcəyini bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır.

9. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçı iddiaçı1 mübahisəli torpaq sahəsi üzrə birgə mülkiyyətçi olduğunu təsdiq edən JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni məhkəməyə təqdim etdiyindən və şəhadətnamə üzrə 0.20 hektar həyətyanı torpaq sahəsindən payına düşən 0.05 hektar hissəsnin naturada bölünərək ayrılmasını tələb etdiyinə görə iddia tələbi əsaslı sayılıb təmin edilməlidir.

10. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, mübahisə predmeti olan JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada yerində real bölünərək ayrılması üçün Məhkəmə Ekspertiza Mərkəzinin eksperti və reyestr idarəsinin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh cavabdeh1 maneçilik törətməsi iddiaçı Arifə Eyubovun birgə mülkiyyətdə olan 0.20 hektar həyətyanı torpaq sahəsindən öz payına düşən 0.05 hektar hissəsi üzərində mülkiyyət hüququnun məhdudlaşması ilə nəticələnir. Ona görə də məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin və reyestr idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılmasına mülkiyyətçi olmayan cavabdeh cavabdeh1 tərəfindən icazə verilmədiyindən və birgə mülkiyyətdə olan 0.20 hektar həyətyanı torpaq sahəsi üzrə dörd nəfər birgə mülkiyyətçi olduğundan və mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılması məhkəmə qaydasında mümkün olduğundan sözügedən torpaq sahəsinin naturada ayrılması üçün ekspert və mütəxəssis rəyi verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair hissəsinin mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla mütəxəssis rəyi olmadan naturada yerində real bölünərək ayrılmasını qanuni və ədalətli hesab edir.

11. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu,Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar hissəsi naturada real bölgü əsasında bölünərək ayrılmalı və həmin torpaq sahəsi üzərində iddiaçı iddiaçı1 mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağa qoyulmalıdır.

12. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddia tələbi təmin edilmiş, JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması, JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.05 hektar hissəsi üzərində iddiaçı iddiaçı1 mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağanın qoyulması, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı iddiaçı1 verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4, 152.5, 157.1, 157.2, 157.4, 220.2, 220.3, 223.2, 223.3 və 223.4-cü maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə; Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamə; Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ####### 2024-cü il tarixli, 3-21-3- **/*-E-****-**/**** saylı müraciətə baxılması barədə məktub; Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli, 3-21-3- **/*-****/**** saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş; Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli, №*-16-16/2-10/229/2025 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı; Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3-42/2- ***/**** saylı sorğuya cavab məktubu; Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisi Vasif Bədəlli tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktı; Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3- **/*-****/**** saylı sorğuya cavab məktubu; ## ###### 2024-cü il tarixli, №********** nömrəli mədaxil qəbzi.

15. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının torpaq sahəsində payının mövcudluğunu təsdiqləyən çıxarışa istinad etmiş, cavabdehlərin çöl-ölçmə və ekspertiza işlərinin aparılmasına mane olduğunu göstərmiş və bunun əsasında iddianın təmin edilməsinin mümkünlüyü nəticəsinə gəlmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, “mövcud vəziyyəti və giriş-çıxışı nəzərə almaqla” iddiaçının 0,05 ha payının naturada ayrılması mümkündür. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, qətnamədə torpaq sahəsi “ümumi birgə mülkiyyət” kimi təsvir olunsa da, məhkəmə mübahisəni MM-nin 220 və 223-cü maddələri (paylı mülkiyyət) üzrə həll etmişdir. Halbuki şəhadətnamə dörd nəfərin ümumi birgə mülkiyyətinə verildiyini göstərir; bu halda əvvəlcə birgə mülkiyyətdə payların müəyyən edilməsi (birgə → paylıya transformasiya) məsələsi həll olunmalı, yalnız bundan sonra naturada bölgünün mümkünlüyü müzakirə edilməli idi. Məhkəmə isə “0,05 ha” payı sanki əvvəlcədən müəyyən olunmuş pay kimi qəbul etmiş, bu barədə heç bir hüquqi əsaslandırma verməmişdir. Məhkəmə “mövcud giriş-çıxış yeri nəzərə alınmaqla mütəxəssis rəyi olmadan” 0,05 ha-nın yerində real bölünərək ayrılmasını qanuni saymışdır. Lakin naturada bölgü üçün ən azı bölgü planı, sərhədlərin koordinatları, keçid (servitut) məsələsi və qalan payların yerləşimi göstərilməli, bu isə yalnız ekspertiza və çöl-ölçmə ilə mümkündür. Qətnamədə bu zəruri elementlər yoxdur; bölgünün harada və necə həyata keçiriləcəyi müəyyən edilməyib. Bu, maddi hüququn tətbiqində səhv olmaqla yanaşı, qərarın icraolunmaz dərəcədə qeyri-müəyyən qalmasına gətirir. Şəhadətnaməyə görə birgə mülkiyyətçilər dörd nəfərdir. Onlardan biri – X6 – işə tərəf kimi cəlb edilmədən, bölgünün “yerində” aparılması barədə qərar çıxarılıb ki, bu da onun payına (sərhədlərinə, keçidinə) bilavasitə təsir edir. Məhkəmə bu riski nəzərə almadan, payların yerləşimini və balansını qiymətləndirmədən naturada bölgü barədə nəticəyə gəlib. Qətnamə Zəfəri “mülkiyyətçi olmayan cavabdeh” kimi xarakterizə etməklə (öz payı yoxdur) eyni zamanda onu paylı/birgə mülkiyyət münasibətlərinin nəticələrinə görə sanki mülkiyyətçi kimi məsul tutur və səlahiyyətindən kənar “qadağa” ilə məhdudlaşdırır. Bu, münasibətin yanlış hüquqi qiymətləndirilməsidir. MM-nin 218ci maddəsi (ümumi mülkiyyətin növləri) Torpaq sahəsi ümumi birgə mülkiyyət kimi rəsmiləşdirilmişdir. Məhkəmə isə bu münasibəti paylı mülkiyyət kimi qiymətləndirərək, sanki hər kəsin payı əvvəlcədən müəyyən edilibmiş kimi bölgü aparıb. Bu, hüquqi münasibətin yanlış kvalifikasiyasıdır. MM-nin 220-ci maddəsi (paylı mülkiyyətdə tərəfin payı) və 223- cü maddəsi (paylı mülkiyyətin bölünməsi) Bu maddələr yalnız paylı mülkiyyət münasibətlərinə şamil olunur. Halbuki işdə söhbət ümumi birgə mülkiyyətdən gedir. Birinci instansiya məhkəməsi payların müəyyən edilməsini keçmədən birbaşa “naturada bölgü” qərarı verib. MM-nin 207-ci maddəsi (mülkiyyətçinin hüquqları) Torpaqda payı olan digər mülkiyyətçi (X6) işə cəlb edilmədən bölgü aparılıb. Onun mülkiyyət hüquqları pozulub. MM-nin 244 və 245-ci maddələri (servitut hüquqları və zəruri keçid) Naturada bölgü zamanı çıxış-giriş yolları və servitut məsələləri həll edilməyib. Bu isə bölgü qərarını icraolunmaz vəziyyətə salır. Göründüyü kimi, məhkəmə MM-nin 207, 218, 220, 223, 244 və 245-ci maddələrinin tətbiqində yanlışlığa yol vermiş, nəticədə birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

17. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı2 və iddiaçı iddiaçı1 nümayəndəsi Sadıqlı Sabir Təbriz oğlu apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Iddiaçı iddiaçı1, cavabdeh cavabdeh2 və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Iddiaçı iddiaçı1 məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

26. Işdə olan sənədlərdən görünür ki, JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarına əsasən Ismayıllı rayonu, Aşağı Cülyan kənd sakinləri X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə ünvan 1 ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilməklə 2478 nömrə ilə qeydə alınmışdır.

27. Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 11 ayının 30 günündə 492 nömrə ilə qeyd edilmişdir.

28. Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ####### 2024-cü il tarixli, 3-21-3- **/*-E-****-**/**** saylı müraciətə baxılması barədə məktubdan görünür ki, Sadıqlı Sabir Təbriz oğlu Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə rəsmi məktubla müraciət etmiş, onun müraciətinə cavab olaraq qüvvədə olan qanunvericiliyin tələblərinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət etmək hüququ izah edilmişdir.

29. Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli, 3-21-3- **/*-****/**** saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildirişdən görünür ki, iddiaçı2 müraciətinə baxılmış, ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşdırma işləri aparılması üçün ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan çölölçmə işləri aparmaq mümkün olmamış, bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

30. Ismayıllı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ismayıllı rayon Aşağı Cülyan kənd sakinləri X1, X7,X2 və X6 birgə mülkiyyətlərinə verilmiş mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinə tərəflərin və ekspertin iştirakı ilə yerində müayinə keçirilməklə, həmin torpaq sahəsinin naturada 1/4 hissədə bərabər bölünməsinin mümkün olub-olmaması müəyyən edilsin. b) JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ismayıllı rayon Aşağı Cülyan kənd sakinləri X1, X7,X2 və X6 birgə mülkiyyətlərinə verilmiş mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinə tərəflərin və ekspertin iştirakı ilə yerində müayinə keçirilməklə, həmin torpaq sahəsinin naturada 1/2 hissədə bərabər bölünməsinin mümkün olub-olmaması müəyyən edilsin.

31. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisi Vasif Bədəlli tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə Ismayıllı Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə gedilmiş, cavabdeh mübahisə predmeti olan torpaq sahəsini 15 il istifadə etdiyini bildirərək ölçü işlərinin aparılmasına icazə verməmişdir. Bu səbəbdən mübahisə predmeti olan torpaq sahəsi ölçülməmişdir.

32. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3-42/2- ***/**** saylı sorğuya cavab məktubundan görünür ki, mülki işin araşdırılması məqsədi ilə çöl ölçmə işlərinin aparılması üçün “xxxx” publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri ərazidə olmuşlar. Cavabdehlər icazə vermədiklərinə görə çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.

33. Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli, №*-16-16/2-10/229/2025 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, *(***)-****/**** saylı mülki iş üzrə ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə ##.##.2025-ci il tarixdə saat 16:00da baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət verilmiş, qeyd olunan tarixdə iş üzrə tərəflərin baxışda iştirak etməməsi səbəbindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır.

34. Ismayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə mütəxəssis rəyi verilməsi üçün DƏDKR publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə sorğu edilmiş, mütəxəssis qarşısında həll edilməsi üçün hazırki qətnamənin 30-cu bəndində qeyd edilmiş suallar qoyulmuşdur.

35. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3- **/*-****/**** saylı sorğuya cavab məktubundan görünür ki, mülki işin araşdırılması məqsədi ilə çöl ölçmə işlərinin aparılması üçün “xxxx” publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri ərazidə olmuşlar. Cavabdehlər icazə vermədiklərinə görə çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır və akt tərtib edilmişdir.

36. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, mübahisə predmeti olan JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada yerində real bölünərək ayrılması üçün Məhkəmə Ekspertiza Mərkəzinin eksperti və reyestr idarəsinin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh cavabdeh1 maneçilik törətməsi iddiaçı Arifə Eyubovun birgə mülkiyyətdə olan 0.20 hektar həyətyanı torpaq sahəsindən öz payına düşən 0.05 hektar hissəsi üzərində mülkiyyət hüququnun məhdudlaşması ilə nəticələnir. Ona görə də məhkəmə hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin və reyestr idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılmasına mülkiyyətçi olmayan cavabdeh cavabdeh1 tərəfindən icazə verilmədiyindən və birgə mülkiyyətdə olan 0.20 hektar həyətyanı torpaq sahəsi üzrə dörd nəfər birgə mülkiyyətçi olduğundan və mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılması məhkəmə qaydasında mümkün olduğundan sözügedən torpaq sahəsinin naturada ayrılması üçün ekspert və mütəxəssis rəyi verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair hissəsinin mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla mütəxəssis rəyi olmadan naturada yerində real bölünərək ayrılmasını qanuni və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qanunun tələbini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair hissəsinin mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla mütəxəssis rəyi olmadan naturada yerində real bölünərək ayrılması ilə bağlı gəldiyi nəticə reallığı əks etdirmir.

37. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 16-cı bəndində göstərilən hallardan ibarətdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh apellyasiya şikayətində məhkəmənin “mövcud giriş-çıxış yeri nəzərə alınmaqla mütəxəssis rəyi olmadan” 0,05 ha-nın yerində real bölünərək ayrılmasını qanuni saydığını, lakin naturada bölgü üçün ən azı bölgü planı, sərhədlərin koordinatları, keçid (servitut) məsələsi və qalan payların yerləşiminin göstərilməli olduğunun, bunun isə yalnız ekspertiza və çöl-ölçmə ilə mümkün olduğunu qeyd etmişdir.

38. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, araşdırılıb cavab verilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu,Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı1 payına düşən hissənin naturada real bölgü əsasında bölünərək ayrılması mümkündürmü? 2. Mümkün olduğu halda hansı ölçülərdə, hansı koordinatlarda və hansı qaydada ayrıla bilər? Iş üzrə xxxx publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsində çöl ölçmə işlərinin aparılması, həmin torpaq sahəsində ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi, müəyyən edilmiş paylardan iddiaçı iddiaçı1 payına düşən hissənin naturada real ayrıla bilməsi məsələsinə aydınlıq gətirilməsi, bütün ölçmə işlərinin aydın şəkildə əks olunmuş sxemdə göstərilməsi, çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsinə maneəçilik törətməyin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.

39. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyində göstərilmişdir ki, JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə Ismayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə Cülyan kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DWG) arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda sözügedən JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş 0,20 hektar torpaq sahəsinin üzərində cavabdeh cavabdeh1 məxsus 2 ədəd fərdi yaşayış evi vardır. Cülyan kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DWG) ilə, qərarda göstərilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğuna, torpaq sahəsinin üzərində cavabdeh cavabdeh1 məxsus 2 ədəd fərdi yaşayış evi yerləşdiyinə görə iddiaçı iddiaçı1 payına düşən hissənin naturada real bölgü əsasında bölünərək ayrılması mümkün deyildir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Ismayıllı rayonu, Cülyan kəndi ərazisində təqdim edilmiş həyətyanı torpaq sahələrinin faktiki ölçülərinin, konfiqurasiyasının, qonşuluqlarının JN-022B KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” hissəsində göstərilən torpaq sahəsinə uyğun olmadığından, ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmadı.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

42. Hazırki iş üzrə iddia tələbi həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması ilə bağlı olmuşdur. Işin hallarından göründüyü kimi təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə tədqiqat obyektinə ## ##### 2026-cı il tarixdə baxış keçirilmiş, hazırki qətnamənin 39 və 40-cı bəndlərində qeyd edilmiş mütəxəssis və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. Rəylərdən görünən odur ki, iddiaçı iddiaçı1 payına düşən hissənin naturada real bölgü əsasında bölünərək ayrılması mümkün deyil, buna görə də iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir.

43. Apellyasiya şikayətinin digər bir dəlili X6 işə tərəf kimi cəlb edilmədən, bölgünün “yerində” aparılması barədə qərar çıxarılması ilə bağlı olmuşdur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb və sistemə əlavə edilmiş, məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd edilən halı iş materialının 178, 187, 189, 193, 198, 208, 209 və 226-cı vərəqlərində olan sənədlər sübut edir.

44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi lazım bilir ki, iddiaçı iddiaçı2 Ismayıllı rayonu, Cülyan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən iddiaçı1 payına düşən 0.05 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması tələbi ilə çıxış etdiyindən bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

45. Mülki işin materiallarının 84-cü vərəqində olan ## ###### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi iddiaçı2dır. Qeyd edilən hal iddiaçının subyekiv hüququnun olduğunu deməyə əsas verir.

46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-022B KOD ******** nömrəli şəhadətnamə ilə Ismayıllı rayonu, Aşağı Cülyan kənd sakinləri X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına maneçilik törədilməsi cavabdehlər cavabdeh1 və cavabdeh2 qadağan edilməli, iddia tələbi həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsinə aid hissədə təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat iddiaçılar iddiaçı1 və iddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN1700326621, X18, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22).

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası torpaqda ölçü işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-022B KOD ******** nömrəli şəhadətnamə ilə Ismayıllı rayonu, Aşağı Cülyan kənd sakinləri X1, X7, X2 və X6 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına maneçilik törədilməsi cavabdehlər cavabdeh1 və cavabdeh2 qadağan edilsin. Iddia tələbi həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsinə aid hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat iddiaçılar iddiaçı1 və iddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN1700326621, X18, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar