Məhkəmə qərarları › İş №2(046)-10/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-10/2025

24.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-10/2025 24.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı və eyni zamanda iddiaçı Məmmədova (İslamova) Mədinə Mehman qızının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızının cavabdehlər Cavabdeh7,Məmmədova Zı̇ nı̇ yət Mövsüm qızı, Cavabdeh2, Cavabdeh3, Məmmədova (Rasulova) Fı̇ rəngı̇ z Mövsüm qızı, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı ümumi-birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahəsindəki payların naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi-birgə mülkiyyətdə olan, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-444F saylı şəhadətnamədə göstərilən 0,78 hektar və torpağa mülkiyyət hüququna dair JN-0065 saylı dövlət aktında göstərilən 2,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumi-birgə mülkiyyətdə olan, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-444F saylı şəhadətnamədə göstərilən 0,78 hektar həyətyanı torpaq sahəsindən paylarının naturada ayrılması və ümumi-birgə mülkiyyətdə olan, Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-0065 saylı dövlət aktında göstərilən 2,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 palyarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı və eyni zamanda iddiaçı Məmmədova (İslamova) Mədinə Mehman qızının nümayəndəsi İddiaçı1 ərizə təqdim edərək, iş üzrə zəruri olan sübutları əldə edib yenidən məhkəməyə müraciət edəcəyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızı məhkəməyə gəlməmişlər. İddaçı Məmmədov Mı̇ ri Mehman oğlu məhkəməyə ərizə göndərərək iş üzrə zəruri olan sübutları əldə edib yenidən məhkəməyə müraciət edəcəyinə görə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər Məmmədova Zı̇ nı̇ yət Mövsüm qızı, Cavabdeh2, Cavabdeh3, Məmmədova (Rasulova) Fı̇ rəngı̇ z Mövsüm qızı, Cavabdeh5, Cavabdeh6 və X1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İşə əlavə edilmiş sənədlərdən görünür ki,iddia ərizəsinin verilməsi üçün məhkəmə 100 manat dövlət rüsumu İddiaçı1 tərəfindən ödənilmiş, 100 manat ekspertiza tədqiqatının dəyəri ödənilməmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçılar İddiaçı1, Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu qaytarılmalı,100 manat ekspertiza xərci iddiaçılara aid edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçılar İddiaçı1, Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızının cavabdehlər Cavabdeh7 Səlı̇ m qızı, Məmmədova Zı̇ nı̇ yət Mövsüm qızı, Cavabdeh2, Cavabdeh3, Məmmədova (Rasulova) Fı̇ rəngı̇ z Mövsüm qızı, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı ümumi-birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahəsindəki payların naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. İddiaçılar İddiaçı1, Məmmədov Mı̇ ri Mehman oğlu və İslamova Mədı̇ nə Mehman qızından 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar