Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1033/2022 09.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X15, X8, X16, X10 və X17 adına verilmiş JN - 1345A nömrəli (kod:********) və Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X15, X8, X18, X10 və X11 adına verilmiş JN - 1273 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının bizə aid hissəsədə bizə - X5, X20 və X21 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİKin 15 dekabr 1997-ci il tarixli 27 nömrəli qərarına əsasən, X26, X9 və X23 Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-058F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1 səhvən adı “Minarə”, Ərizəçi2 səhvən soyadı “Quliyev” kimi qeyd olunub. Həmçinin Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli 27 nömrəli qərarına əsasən, X26, X9 və X23 Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-058H (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1 səhvən adı “Minarə”, Ərizəçi2 səhvən soyadı “Quliyev” kimi qeyd olunub. Həmçinin Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X26, X9 və X23 Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-0058 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət X2 səhvən adı “Minarə”, Ərizəçi2 səhvən soyadı “Quliyev” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 08 iyul 2022-ci il tarixli, **********00 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi idarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağım tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamələrdə, “Nikah haqqında şəhadətnamələrdə soyadları, adları və ata adları düzgün qeyd edilmişdir.. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0058 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X24, X7 və X22 ümumi birgə mülkiyyətinə 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-058H (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli 27 nömrəli qərarına əsasən, X24, X7 və X22 ümumi birgə mülkiyyətinə 0.23 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-058F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli 27 nömrəli qərarına əsasən, X24, X7 və X22 ümumi birgə mülkiyyətinə 0.26 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/249 saylı doğum haqqında arayışdan görünür ki, burada Ərizəçi1 adı “Minirə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd soveti tərəfindən verilmiş 04 yanvar 1973-cü il tarixli AZ № 157900 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X31 arasında 04 yanvar 1973-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Mironov, arvada Mironova soyadı verilmişdir. Burada ərizəçi Mironova (Gülməmmədova) Minirə Şəmsəddin qızının adı “Minirə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Minirə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/248 saylı doğum haqqında arayışdan görünür ki, burada Ərizəçi2 soyadı “Quluyev” olaraq qeyd olunmuşdur. Həmçinin burada “anası” qrafasında digər Ərizəçi1 adı “Minirə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Soltannuxa kənd İ.Ə.N tərəfindən verilmiş 05 avqust 2005-ci il tarixli AZ-İ 160682 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X19 arasında 05 avqust 2005-c il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Quluyev, arvada Quluyeva soyadı verilmişdir. Burada Ərizəçi2 soyadı “Quluyev” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Quluyev” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0058 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında, həmçinin müvafiq olaraq 0.23 ha və 0.26 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-058H (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN- 058F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X12” kimi və “Ərizəçi2” əvəzinə “X28” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-058F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-058H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 0058 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi2 və Ərizəçi1 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1033/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1033/2022
09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver