Məhkəmə qərarları › İş №2(025)-1039/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1039/2022

29.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1039/2022 29.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dairmülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X7, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə iştirakları ilə İddiaçı X7 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X12 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 xüsusi mülkiyyətində olan JN-058A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş Qəbələ rayonu, Vəndam kəndi ərazisindəki 0,12 ha həyətyanı torpaq sahəsində vərəsəlik üzrə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X12 xx.xx.1963-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 1990-cı ildə ailə qurmuş və həmin evlilikdən 3 övladı vardır. Valideynləri, atası X15 xx.xx.1971-ci il tarixində, anası X8 xx.xx.2002-ci il tarixində ürək, qan dövranı çatmamazlığından vəfat etmişlər. Valideynlərinin xx.xx.1951-ci il tarixli birgə nikahlarından 5 övladı olmuşdur. Bacısı Əliyeva (Salehova) Yazda Talıb qızı xx.xx.1954-cü ildə anadan olmuşdur. Qardaşı Cavabdeh2 xx.xx.1956-cı ildə anadan olmuşdur. Qardaşı Cavabdeh4 xx.xx.1959-cu ildə anadan olmuşdur. Qardaşı Cavabdeh3 xx.xx.1961-ci ildə anadan olmuşdur. X2 1966-cı ildə anadan olmuş və xx.xx.1987-ci il tarixində vəfat etmiş, ailəli olmamışdır. X1 adına Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonu, Vəndam kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə JN-058 A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 2002-ci ildə anası X8 vəfat etdiyi günə kimi və ondan sonra da torpaq sahəsində olan 1960-cı illərdə tikilən evdə o, anası və digər ailə üzvləri ilə birlikdə yaşamışlar. Digər bacı və qardaşları həmin təsərrüfatdan ayrılaraq, kəndin başqa hissəsində özlərinə ev tikərək yaşamışlar. Təkcə qardaşı Cavabdeh4 Bakı şəhərinə köçərək, orada özünə ev alaraq yaşamışdır. O, anası vəfat etdikdən sonra köhnə ev istismara yararsız olduğundan həmin torpaq sahəsində özünə və uşaqlarına fərdi yaşayış evi inşa etdirmiş və hal-hazıradək həmin təsərrüfatda özü və ailəsi ilə birlikdə yaşamaqla sahiblik, istifadə etməklə idarə edir. Anasından qalmış miras əmlak ilə əlaqədar bacı və qardaşlarının arasında hər hansı narazılıq olmamışdır. Lakin Bakı şəhərində yaşayan qardaşının Cavabdeh4 miras əmlakdan pay almaq istədiyindən və narazılıqlar yarandığından Notariat Ofisində miras əmlakda payların müəyyən edilməsi baş tutmamışdır. Ona görə də ona mərhum anasının vərəsəsi kimi miras payının müəyyənləşdirilərək verilməsini istəyir. Notariat orqanında mirasın açılmasında mübahisə olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X12 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X7 vəkili Vəkil qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə və İddiaçı izahatındakı xüsusatları eynilə təsdiq edərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, mərhum anası X4 qalan mirasdan ona çatan hissənin qardaşı Cavabdeh4 verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək,mərhum anası X4 qalan mirasdan ona çatan hissənin yarısının qardaşı X10, yarısının isə qardaşı Cavabdeh4 verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək,mərhum anası X4 qalan mirasdan ona çatan hissənin yarısının qardaşı X10, yarısının isə qardaşı Cavabdeh4 verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə iddia tələbini qismən qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, mərhum qaynanası X4 qalan mirasdan əri Cavabdeh4 çatan hissəsinin ona verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, cavabdehlərin ərizələrini və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN-058A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»dən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28oktyabr1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X5 paylı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 15aprel 2022-ci il tarixdə verdiyi AZ- İİ227476 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X808dekabr 2002-ci il tarixdə «ürək qan dövranı çatmamazlığı»ndan vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Vəkil ünvanlanmış 22 iyun 2022-ci il tarixli, 05/Q-274/16 nömrəli məktubda göstərilmişdir ki, X15 xx.xx.1971-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində vəfat etmiş, Qəbələ rayon Vəndam qəsəbə İƏN tərəfindən xx.xx.1971-ci il tarixdə 12 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. X13 xx.xx.1987-ci il tarixdə Bakı şəhəri Sahil qəsəbəsində vəfat etmiş, Qəbələ rayon Vəndam qəsəbə İƏN tərəfindən xx.xx.1987-ci il tarixdə 08 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. X15 və Salehova (Rəcəbova) Yengə Səfəralı qızı xx.xx.1951-ci il tarixdə nikah bağlamışdır. Qəbələ rayon Vəndam qəsəbə İƏN tərəfindən xx.xx.1951-ci il tarixə 11 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın26aprel 2022-ci il tarixdə X10 ünvanladığı 1236 saylı məktubunda göstərilmişdir ki, Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə vətəndaş X9 və digər vərəsələrin müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 adına vərəsəlik işi açılmalıdır. İş materiallarında olan Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 13 may 2022-ci il tarixdə X10 ünvanladığı 1145 saylı məktubunda göstərilmişdir ki, 08dekabr 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən torpaq sahələrinə dair vərəsəlik hüquqlarının miras şərikləri ilə aralarında olan mübahisə səbəbindən məhkəmədə rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizəyə baxıldığı, qanunvericilkdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığını, o cümlədən miras şərikləri arasında ixtilaflar mövcud olduğunu, bu səbəbdən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 564 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Vəndam qəsəbə sakini X7 ailə tərkibi arvadı xx.xx.1970-ci il təvəllüdlü X11, oğlu xx.xx.1994-cü il təvəllüdlü X16 və qızı xx.xx.1995-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, 41 nömrəli arayışda göstərilmişdir ki, X5 və İddiaçı mülkiyyətində olan torpaq və əmlaka dair vergi borcları İddiaçı adına açılmış YVÖK tamamilə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1956-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 xx.xx.1965-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 xx.xx.1959-cu ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-058A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X5 paylı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı JN-058A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə X5 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsindən, valideynindən miras olan hissəsindən vərəsə kimi payını tələb edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı X7 mərhum X5 mülkiyyətdə olan torpaq sahəsindən digər mülkiyyətçilərinin paylarına mütənasib surətdə onun payına düşən hissədən vərəsə kimi payı müəyyən edilməlidir Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : İşin halları ilə müəyyən olunur ki, iddiaçının və cavabdehlərin valideynləri, anaları X8 isə 08 dekabr 2002-ci il tarixdə «ürək qan dövranı çatmamazlığı»ndan vəfat etmişdir. O, miras əmlaka dair heç bir vəsiyyətnamə qoymamışdır. Miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən X3 Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən miras şərikləri arasında ixtilaflar mövcud olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, JN-058A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə mərhum X5 mülkiyyətinə verilmiş torpaq sahəsinindən əvvəlcə iddiaçının və digər vərəsələrin (cavabdehlərin) payları (0,12 ha :5 = 0,024 ha) müəyyən edilməlidir. Həmiin 0,12 ha miras torpaq sahəsindən qanun üzrə vərəsələrin payları (0,12 ha : 5 = 0,024 ha) müəyyən edilməklə və vərəsələrin öz paylarına düşən hissələri iddiaçının və Cavabdeh4 xeyrinə imtinaları, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da öz paylarından yarısının iddiaçı Fərhad Salehovun xeyrinə imtinaları və sonuncunun öz payı da nəzərə alınaraq (0,024 ha + 0,012 ha + 0,012 ha) İddiaçı vərəsə kimi mirasdan payı 0,048 ha ha müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-058A nömrəli (kod ********) «Torpağın mülkiyyət verilməsinə dair» şəhadətnamə ilə mərhum X5 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsindən iddiaçı X7 vərəsə kimi mirasdan payı 2/5 hissə (0,048 ha) müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-058A nömrəli (kod ********) «Torpağın mülkiyyət verilməsinə dair» şəhadətnamə ilə mərhum X5 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsindən iddiaçı X7 vərəsə kimi mirasdan payı 2/5 hissə (0,048 ha) müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar