Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-104/2022 02.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən, X8, X6, X2 və X3 adına verilmiş JN-071F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara aid hissədə onlara, yəni Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızına və Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən istifadələrində olan və Qəbələ rayonu Cığatelli kəndində yerləşən 0,85 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq X9, X6, X4 və X5 mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-071F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızının səhvən soyadı “Sədullayeva”, Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızının səhvən soyadı “Sədullayeva” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmjakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Birgə mülkiyyətçilərdən X10 onun həyat yoldaşım olmuş, 24 fevral 2009-cu ildə nikahı rəsmi qaydada pozulmuşdur. Nikah pozulduqdan sonra o, Şəmsəddinova soyadını qəbul etmişdir. Həmçinin o, Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızı 01 oktyabr 2015-ci il tarixdə X15 ilə rəsmi nikaha daxil olaraq, Mehdizadə soyadını qəbul etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə müraciət etsələr də, həmin idarə tərəfindən ona ünvanlanmış 16 noyabr 2021-ci il tarixli, **********92 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə, “Nikah haqqında şəhadətnamə”də soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-071F, kod 40605028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X8, X6, X2 və X3 ümumi birgə mülkiyyətinə 0,85 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Həmzəli kənd soveti tərəfindən 17 yanvar 1977-ci il tarixdə verilmiş İV-JQ № 344586 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İşdə olan 28 oktyabr 1997-ci il tarixdə verilmiş İ-BA № 400352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “X11” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Xırxatala kənd İ.Ə.D tərəfindən 01 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ 045425 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 oktyabr 2015-ci il tarixdə X15 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Mehdizadə, arvada Mehdizadə soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçi X1 “Sədullayeva” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 24 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ 095234 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X7 arasında olan nikah 24 fevral 2009-cu il tarixdə ləğv edilmiş, nikah ləğv olunandan sonra ərə Sədullayev, arvada Şəmsəddinova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçi Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızı qızının soyadı “Sədullayeva” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 22.08.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 29.08.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,85 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-071F, kod 40605028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X4” əvəzinə “X2” kimi və “X11” əvəzinə “X12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-071F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızına və Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-104/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-104/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver