Məhkəmə qərarları › İş №2(025)-104/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-104/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-104/2024 06.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X12 və X8 iştirakları ilə İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 qalan miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X21 və X15 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. 21 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X16 və X17 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası MPM-nin57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı mərhum atası xx.xx.2006-cı il tarixində vəfat etmiş X9 olaraq, mərhum atasından qalan miras əmlak üzərində vərəsəlik hüququnun tanınması ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Qəbələ Asan Xidmət Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək vərəsəlik işinin açılmasına imtina etmişdir. Hesab edir ki, mərhum atasından qalan miras əmlakın varisi olaraq qeyd edilən miras əmlaka dair cavabdeh tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasındaİddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verib, eyni zamanda göstərmişdir ki, X9 onun atasıdır. Atası 2006-cı ildə vəfat etmişdir. Atasının 3 övladı birinci həyat yoldaşından doğulmuş, 3 övladı da 3-cü dəfə evləndirmişlər, həmin həyat yoldaşından doğulmuşdur. Anası rəhmətə gedəndən sonra atalarını 2 dəfə evləndirmişdir, ikinci həyat yoldaşından övladı doğulmamışdır. 3-cü həyat yoldaşından 3 övladı var. Atasından 0,14 ha torpaq sahəsi, 236 kv.metr ev qalmışdır. Əlavə olaraq atasından maşın qalmış, onu üçüncü qardaşı satmışdır. Həmin torpaq sahəsində hal-hazırda doğma qardaşı X21 və ögey anası X15 qalır. Ona qaynanası ayrı yerdə torpaq almış, ev tikmişdir. Onun borcları var, istəyir ki, ona düşən payı alıb, satıb borclarını ödəsin. O, tək yaşayır, heç kimi yoxdur. Atasından miras qalan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. O, Qəbələ şəhəri, Ə.Cavad küçəsində yaşayır. Həmin evi onun adına qaynanası almışdır, oranı satıb borclarını verməlidir. O, tək təhna yaşayır, özü xəstəlikdən əziyyət çəkir, köməksiz vəziyyətdə qalır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər X16, X21 və X18iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Eyni zamanda göstərdilər ki, iddiaçı hazırda iddia etdiyi torpaq sahəsində yaşamamış və iddiaçı ilə münasibətləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs X15 və cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxs X10 və cavabdehin nümayəndəsininiştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olanQəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdəverilmiş AZ-İİ seriyalı 272863 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9xx.xx.2006-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006ci il tarixdə 44 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 067192 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ƏbdürəhimovaMafizət Dursun oğluxx.xx.1980-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.21980-ci il tarixdə 43 № ilə qeyd edilmişdir. İş materillarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 05/238 nömrəli arayışdan görünür ki, X9 ilə X5 17 noyabr 1987-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 87 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdürəhimov, arvada Əbdürəhimova soyadı verilmişdir. İş materillarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 05/240nömrəli arayışdan görünür ki, X9 ilə X11 09mart 1981-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdürəhimov, arvada Əbdürəhimova soyadı verilmişdir. İş materiallarında olan 24 yanvar 1961-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, atası X9, anası X2r. İş materillarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06iyul 2022-ci il tarixli, 05/239 nömrəli arayışdan görünür ki, X9 ilə X13 01fevral 1957-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdürəhimov, arvada Əbdürəhimova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil X6 ünvanlanmış 07 iyul 2020-ci il tarixli, **********32 nömrəli məktubda göstərilmişdir ki, Abdurahmanov (Əbdürəhimov) Həsən Məhəmməd oğlunun Qəbələ şəhərində, keçmiş ünvanı H.Aslanov ev 40 olan fərdi yaşayış evinə aid köhnə texniki pasport və Abdurahmanov (Əbdürəhimov) Həsən Məhəmməd oğlunun X14 da daxil olmaqla 5 nəfər ilə birlikdə mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinə dair JN 1265F olan şəhadətnamə vardır, lakin çıxarış verilməmişdir. İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli, 4468 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ şəhərində yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisində ərizəyə baxılmış, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığını, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən göndərilmiş notarius işinə əlavə olunan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş, xx.xx.1931-ci il təvəllüdlü X3 adına 660 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vərəsəlik işi açılmış və əmanət kitabçasında olan pul məbləğinə dair 2V-706 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 ailə tərkibi arvadı X15, oğlanları X21, X22, X16 və X19 və qızı X4 ibarətdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddiarədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsində olduğu kimi, mirasın qəbulunun 2 forması müəyyən edilib: 1) notariat ofisinə mirasın qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi Hazırkı işdə iddiaçı mirası 1-ci formada qəbul etməyib, yəni mirasın açılmasından sonra 6 ay ərzində notariusa ərizə verməyibdir. Mirasın 2-ci formada qəbuluna gəldikdə isə, iddiaçı miras predmeti olan evdə və torpaq sahəsində daimi yaşayış yeri üzrə qeydiyyatda deyildir. Bu onu göstərir ki, bu ev və torpaq sahəsi onun adətən istifadə etdiyi ev və torpaq sahəsi deyildir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras evə və torpaq sahəsinə yiyələnmə müəyyən hərəkətlərin edilməsi ilə mümkündür. Belə ki, iddiaçının həmin evə şəksiz yiyələnməsi orada yaşaması, onun yenidən və ya cari təmirində hansısa formada iştirak etmə, kommunal ödənişləri etmə, torpaq sahəsinin əkilib-biçilməsində iştirak və digər hərəkətlərdə ifadə oluna bilərdi. İddiaçı həmin hərəkətləri etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mirası qəbul etmək üçün müddəti hər hansı üzrlü səbəb olmadan ötürübdür. Eyni zamanda məhkəmə İddiaçı izah edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən yenidən Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar