Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1042/2021 18.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 (eyni zamanda ərizəçilər Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X2, X3, X5 və X1 adına verilmiş JN – 248 nömrəli (kod:********) «Torpağ mülkiyyət hüququna dair» Dövlət aktının onlara aid hissədə onlara, yəni Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ağasıyeva (Nərimanova) Gülnar Mürvət qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, onlara – Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ağasıyeva (Nəzirova) Gülnar Mürvət qızına JN – 248 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında onların soyadları səhvən “Nərimanov(a)” kimi göstərilmişdir. Lakin onlara məxsus digər sənədlərdə soyadları Nəzirov kimi kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında (nikaha daxil olandan sonra) şəhadətnamələrdə və digər sənədlərdə soyadları “Nəzirov” kimi qeyd edilmişdir. Ərizəçi2 nikaha daxil olmamışdan əvvəlki soyadı Nəzirova olmuşdur. Lakin dövlət aktında soyadı səhvən “Nərimanova” kimi göstərilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Dövlət aktında soyadları səhv olduğundan bu mümkün deyildir. Torpağa mülkiyyət hüququnu dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktında yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən Ərizəçi1 aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 18 iyun 2021-ci il tarixli, **********58 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 (eyni zamanda ərizəçilər Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi) ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Ərizəçi1 dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-248 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X2, X3, X5 və X1 birgə mülkiyyətinə JN-248 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və X6. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və X6. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 18 iyun 2021-ci il tarixli **********58 nömrəli məktubundan görünür ki, JN-248 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Yemişanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Yemişanlı kənd sakinidi və hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X2, X3, X5 və X1 birgə mülkiyyətlərinə verilmiş JN-248 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 soyadları səhvən «Nərimanov(a)» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Nəzirova, nikaha daxil olduğdan sonra Ağasıyeva olduğundan, bu məsələyə də münasibət bildirərək onun soyadının Ağasıyeva (Nərimanova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X2, X3, X5 və X1 birgə mülkiyyətlərinə verilmiş JN-248 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ağasıyeva (Nərimanova) Gülnar Mürvət qızına aid hissədə Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ağasıyeva (Nərimanova) Gülnar Mürvət qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1042/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1042/2021
18.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver