Məhkəmə qərarları › İş №2(025)-1045/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1045/2020

14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1045/2020 14.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 (eyni zamanda ərizəçi X7 etibarnamə üzrə nümayəndəsi (anası)) iştirakı ilə Ərizəçilər Ərizəçi1 və X7 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və X11 məhkəməyə ərizə ilə müraciət edərək, JN-1689F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni X14 və Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1957-ci ildə Naxçıvan şəhərində və Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızı xx.xx.1984-cü ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşlar. X11 xx.xx.2007-ci ildə X20 ilə nikaha daxil olaraq soyadını “Muradxanova” kimi qeyd etdirmişdir. Qəbələ rayon X17 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə X13, Ərizəçi1, X11, X4 və X8 Qəbələ şəhəri ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə JN-1689F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, Ərizəçi1 adı “Tamara” kimi və X7 adı isə “Güllər” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1 və X21 kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə adları düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən onlar, aidiyyatı üzrə xidmətin 9 saylı X26 ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq xx xxxx 2020-ci il tarixli, **********79 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 (eyni zamanda ərizəçi X7 etibarnamə üzrə nümayəndəsi (anası)) qeyd olulanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini, eyni zamanda ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-1689F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X13, X10, X5, X14 və X6 birgə mülkiyyətinə JN-1689F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 36/69 nömrəli Doğum haqqında arayışdan görünür ki, X21 xx xxxxxx 1984-cü ildə Qəbələ şəhərində doğulmuşdur. X3, anası Ərizəçi1dır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 375990 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X15 xx xxxxxx 1975-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 48 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı, 348049 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X7 xx xxxxxxxx 2007-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 140 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Muradxanov, arvada Muradxanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********79 nömrəli məktubundan görünür ki, JN-1689F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1235 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X16 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 1689F.ş kod 40601004 saylı şəhadətnamədən Ərizəçi1 adı Tamaşa əvəzinə səhvən Tamara yazılmışdır. Qızının adı Gülər əvəzinə səhvən Güllər yazılmışdır. Ərizəçi1 aid işdə olan P4680611 nömrəli “Xarici Pasport”un surətindən görünür ki, onun ad, soyad və ata adı düzgün olaraq Ərizəçi1 kimi yazılmışdır. Ərizəçi Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızına aid işdə olan P4901844 nömrəli “Xarici Pasport”un surətindən görünür ki, onun ad, soyad və ata adı düzgün olaraq X2 yazılmışdır. Ərizəçi X9 aid işdə olan xx.xx.2003-cü il tarixli, AB073209 nömrəli “Tələbə bileti”nin surətindən görünür ki, onun ad, soyad və ata adı düzgün olaraq X2 yazılmışdır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X13, X10, X5, X14 və X6 birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-1689F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 adı səhvən «Tamara», ərizəçi Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızının adı səhvən «Güllər» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN-1689F (Kod: 40601004) nömrəli«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adları qeyd olunan hüquq sahiblərindən X13, X4 və X8 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN-1689F (Kod: 40601004) nömrəli«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməninƏrizəçi1 və Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızına aid olan hissəsinin ərizəçilər Ərizəçi1 və Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızına məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Həmçinin məhkəmə, ərizəçi X1 əvvəlcə Zülfüqarova, nikaha daxil olduğdan sonra Muradxanova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Muradxanova (Zülfüqarova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X13, X10, X4, X14 və X6birgə mülkiyyətinə verilmiş JN-1689F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1 və Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızına aid hissədə Ərizəçi1 və Muradxanova (Zülfüqarova) Gülər Əliyəddin qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar