Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1048/2020 12.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş Səfər adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması və maddi təminatı üçün hər qazancının və (və ya) başqa gəlirlərinin ¼ miqdarında alimentə əlavə olaraq sabit pul məbləğində hər ay 100 manat müəyyən edilməsinə və hər ay Səfərin 5 yaşınadək mütəmadi müalicəsi üçün 80 manat müalicə xərcin, cəmi hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ miqdarından əlavə olaraq 180 (bir yüz səksən) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə dəftərxanaya vasitəsilə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, birgə nikahdan xx xxxx 2018-ci il tarixdə anadan olmuş oğulları X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq ayda 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment, uşağın xəstəliyi ilə əlaqədar 80 (səksən) manat və əlavə olaraq 3 il ərzində hər ayda 100 manat, cəmi 350 (üç yüz əlli) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Səfər adlı uşağları doğulmuşdur. Nikahları Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-828/2020 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından xx xxxx 2018-ci il tarixdə doğulmuş X4 onun himayəsində saxlanılaraq onun yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ miqdarında alınaraq ona verilməsi Qəbələ Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə qət edilmişdir. Hazırda faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Cavabdeh tərəfindən uşağın saxlanılması üçün ona ödəməli olan aliment təqribən 105-120 manat təşkil edir. Bu məbləğ isə uşağın normal yaşayışını təmin etmək üçün kifayət etmir. Həmçinin cavabdeh uşağın kənar xərclərində də iştirak etmir. Belə ki, X4 “İrsi fermentopafiya-Qlukoza 6 Fosfat Dehidrogenora fermentinin aktivliyinin defisiti” xəstəliyindən əziyyət çəkir. Uşaq müntəzəm olaraq həkimin müayinə və nəzarəti altında olmalıdır. Müayinə hər ay aparılmalıdır. Uşağın müayinə və müalicəsi böyük xərc tələb edir. Lakin cavabdeh bu xərclərin heç birində iştirak etmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, alimentin ¼ miqdarında təyin edilməsinə etiraz etməmişdir. Lakin oktyabr ayında əvvəlcə 40 manat, daha sonra isə 54 manat aliment ona yüklənmişdir. Bu səbəbdən alimentin sabit pul məbləğində təyin edilməsini xahiş edir. Uşağın xəstəliyinə görə bəzən hər ay müalicə üçün qan institutuna gedirlər. Bu səbəbdən uşağın xəstəliyi üçündə əlavə pul tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, 416 manat əməkhaqqı alsa da, hazırda onun da yarsını alır. Uşaq onunla birlikdə olanda son 6-9 ay ərzində həkimə getməmişlər. Əgər iddiaçı əsaslı həkim sənədi görsədərsə, müalicə xərcləri ödəməsinə etiraz etməz. Həmçinin 3 yaşına çatanadək uşağa pul ödənilməsinə də narazıdır. Göstərilən nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-828/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2017-ci il iyulun 22-də qeydə alınmış 21 nömrəli nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X4 cavabdeh - anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 473 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan “Ambulator, X5 Kartasından” Çıxarışdan görünür ki, X4 “İrsi fermentopafiya-Qlukoza 6 Fosfat Dehidrogenora fermentinin aktivliyinin defisiti” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2871 nömrəli arayışdan görünür ki, Cavabdeh məcburi köçkün olmaqla Qəbələ rayon Zarağan-2, bina 1, 57 saylı mənzildə yaşayır. İş materiallarında olan Kəlbəcər RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü X4 ananın yanındadır.Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-828/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2017-ci il iyulun 22-də qeydə alınmış 21 nömrəli nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, cavabdehin isə kifayət qədər qazancı olduğunu, lakin son vaxtlar iş olmadığından əmək haqqını tam ala bilməmişdir, bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 üçün 170 manat aliment, uşağın xəstəliyi ilə əlaqədar 80 (səksən) manat və əlavə olaraq 3 il ərzində hər ayda ona 100 manat, cəmi 350 (üç yüz əlli) manat tutulmasını xahiş edir. Cavabdeh isə əməkhaqqının hal-hazırda az olduğunu, uşağın xəstə olmadığını, bu səbəbdən alimentin artırılmasına və uşaq üçün əlavə xərclərin ödənilməsinə etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin artırılması hissəsində qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği artırılmalı, hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə belə qənaətə gələrkən övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə uşağın müayinə-müalicə üçün əlavə xərc olaraq 18 yaşına çatanadək hər ay üçün 80 (səksən) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Lakin iş materiallarına uşağın xəstəliyi və çəkilməsi tələb edilən xərclərlə bağlı heç bir sənəd əlavə edilməmiş, eyni zamanda iddiaçı həmin halı məhkəmədə sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsaəsn hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikddir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə əlavə xərc olaraq 3 il ərzində hər ay üçün 100 (yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 50 (əlli) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə qənaətə gələrkən, ananın azyaşlı uşağa qulluq ilə əlaqədar heç bir yerdə işləməsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Lakin əlavə xərcin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-828/2020 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, hər ay sabit pul məbləğində - 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində və uşağ 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimnet tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, uşağın 3 yaşına çatana qədər ödəniləcək alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməli, iddia tələbinin qalan hissədə təmin edilməməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-828/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin, hər ay sabit pul məbləğində - 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində və uşağ 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Uşaq 3 yaşına çatanadək ödənilən alimnetin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1048/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1048/2020
12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver