Məhkəmə qərarları › İş №2(025)-1048/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1048/2021

30.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1048/2021 30.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə 19 oktyabr 2021-ci ildən qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.07.2021-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin olunmuş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: X2 hərhansı bir psixi xəstəlikdən əzab çəkirmi? X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MƏHKƏMƏ PSİXİATRİK EKSPERTİZA MƏRKƏZİ” X4 23 oktyabr 2021-ci il tarixli, 3490 saylı məhkəmə-psixiatrik ekspertizasının aparılmasından imtina edilməsi haqqında məktubu ilə birlikdə mülki iş 26 oktyabr 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmış və məhkəmənin 26.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası 30.11.2021-ci il saat 12:00-a təyin edilmişdir. Ərizəçi 29 noyabr 2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxsə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar