Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1049/2021 28.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 29.06.2000-ci il tarixli 07 saylı qərarı ilə X7, X2, X5 və X8 adına verilmiş JN-043A saylı kodu 40303018 və JN- 043F saylı kodu 40303019 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 29.06.2020-ci il tarixli 07 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 043A saylı və JN-043F saylı kodları 40303018 olan şəhadətnamələrdə göstərilmiş hüquq sahiblərinin adları siyahısında hər iki şəhadətnamədə 2-ci sırada onun adı texniki səhv olaraq Mülayim əvəzinə “Gülayim”, ata adı isə Əlisoltan əvəzinə “Alisoltan” kimi qeyd edilmişdir. Qeyd edilən JN-043A və JN-043F saylı şəhadətnamələr üzrə mülkiyyətə verilmiş torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin JN-043A və JN-043F saylı şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi adı texniki səhv olaraq Mülayim əvəzinə “Gülayim”, ata adı isə Əlisoltan əvəzinə “Alisoltan” kimi qeyd edilmişdir. Qeyd olunan JN-043A və JN-043F saylı şəhadətnamələrdə olan səhvlərdə düzəliş edilmədən əməliyyat aparılması mümkün deyil. Hesab edir ki, həmin səhvlərə düzəlişlər məhkəmə qaydasında edilməlidir. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində adı və ata adı düzgün olaraq Mülayim Əlisoltan qızı kimi qeyd edilmişdir. İ-ИЕ № 684454 saylı doğum haqqında şəhadətnamədə də adı və ata adı düzgün olaraq Mülayim Əlisoltan qızı kimi qeyd edilmişdir. İİİ- ЖГ № 395362 saylı nikahın bağlanması haqqında şəhadətnamədə də adı və ata adı düzgün olaraq Mülayim Əlisoltan qızı kimi qeyd edilmişdir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 043F nömrəli (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 iyun 2000-ci il tarixli 07 nömrəli qərarına əsasən, X11, X4, X9 və X8 birgə mülkiyyətinə Qəbələ rayonu Bunud kəndində 0,02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 043A nömrəli (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 iyun 2000-ci il tarixli 07 nömrəli qərarına əsasən, X11, X4, X9 və X8 birgə mülkiyyətinə Qəbələ rayonu Bunud kəndində 0,58 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 14 noyabr 1958-ci il tarixli, İ-ИЕ seriyalı «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X6 xx.xx.1958-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan Qəbələ rayonu Vəndam kənd soveti tərəfindən verilmiş 01.09.1984-cü il tarixli, İİİ-ЖГ seriyalı, 395362 №-li «Nikahın bağlanması haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X3 01 sentyabr 1984-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 85 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Göyüşov, arvada Göyüşova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 20 may 2021-ci il tarixli **********27 nömrəli məktubundan görünür ki, JN – 043F və JN-043A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Bunud kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 74 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi adına verilmiş JN № 043A Kod 40303018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi texniki səhv olaraq X1 yazılmışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Bunud kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 75 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi adına verilmiş JN № 043F Kod 40303018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi texniki səhv olaraq X1 yazılmışdır. İş materiallarında olan ərizəçiyə aid AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 29 iyun 2000-ci il tarixli 07 nömrəli qərarlarına əsasən X11, X4, X9 və X8 birgə mülkiyyətinə 0,02 ha və 0,58 ha həyətyanı torpaq sahələrinin verilməsini təsdiq edən JN – 043F və JN- 043A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi adı səhvən «Gülayim», ata adı səhvən «Alisoltan» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 29 iyun 2000-ci il tarixli 07 nömrəli qərarlarına əsasən X11, X4, X9 və X8 birgə mülkiyyətinə 0,02 ha və 0,58 ha həyətyanı torpaq sahələrinin verilməsini təsdiq edən JN – 043A və JN-043F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1049/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1049/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver